Bütün xəbərlər
Səs yazısı yayılan direktor işdən çıxarıldı
Tarix: 12-05-2025 23:50 | Bölmə: Sosial

                ses-yazisi-yayilan-direktor-isden-cixarildi




Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səsyazısı ilə əlaqədar olaraq araşdırmalar aparılıb. 
Sabaha-inamla.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılmışdı. Səs yazısında o, “Son zəng” üçün pul yığılmasını və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edirdi.










Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib