18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi
Tarix: 02-07-2021 04:08 | Bölmə: Siyasət
Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan bu ilin iyul vəavqust aylarında yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də baş verənlər isə səbr kasasını daşıran son damla oldu. Vətən müharibəsi başlamışdı və bütün Azərbaycan bir neçədəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü.
Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi vəAzərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.
Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti dəQarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüştapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu”barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı vəAzərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı vərəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.
Prezident İlham Əliyev müharibənin gedişində dəfələrləbəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən isə xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabınıdöyüş meydanında verdi. Heç vaxt mülki əhaliyə əl qaldırmadı. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də həmin metoddan istifadə etdi. Amma Azərbaycan xalqı öz haqlıdavasında axıra qədər getdi.
Prezident İlham Əliyev hər dəfə yeni kənd vəşəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günügözləyirlər. Prezident İlham Əliyev həmişə deyirdi ki, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bu gün döyüş meydanında başverənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Bu, həm dəxalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi.
Vətən müharibəsi regional və qlobal miqyasda Azərbaycana dəstəyi də nümayiş etdirdi. Biz kimin kim olduğunu gördük vəçoxları nəhayət, anladılar ki, Azərbaycanın ərazi bütövlüyübaşqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətli vəönəmlidir. Azərbaycan Ermənistandan fərqli olaraq heçkimdən kömək istəmədi. O, yalnız öz gücünə arxalandı, xalqın marağı dövlətin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbəvurdu. Bu da ondan irəli gəldi ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas özəlliyi onun Azərbaycanın milli maraqlarını ehtiva etməsidir. Onun hakimiyyətdə olduğu 17 il ərzində ölkəmizin xarici siyasət kursunda yalnız bu prinsiplər üstünlük təşkil edib: Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu qoruyub saxlamaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək. Və bu da nəticə: Azərbaycan 30 ildir məruz qaldığı təcavüzü aradan qaldırdı, döyüş meydanında olduğu kimi, diplomatiya arenasında da qalib gəldi.
Prezident İlham Əliyevin Azərbaycanın milli mənafelərinin qorunmasına xidmət edən xarici siyasət kursunda əsas müddəalardan biri də ərazi bütövlüyü prinsipinin prioritet elan edilməsi idi. Vətən müharibəsinin gedişi vədüşmən üzərində qazanılan parlaq qələbə nəhayət ki, məsələyə son nöqtəni qoydu. Amma bu nəticənin əldəolunması xeyli zəhmət bahasına başa gəlmişdir. Azərbaycan Prezidenti ölkənin xarici siyasətini xoş niyyət üzərində qurub. Biz bütün ölkələrlə qarşılıqlı hörmət və bir-birinin işinəqarışmamaq prinsiplərinə əsaslanan münasibətlər formalaşdırmışıq. Bu, dünya miqyasında, beynəlxalq aləmdəqəbul edilən prinsipdir və Azərbaycan onun ən gözəl örnəyidir. Təsadüfi deyil ki, indi Azərbaycan dünyada etibarlıtərəfdaş kimi qəbul olunur. Azərbaycan İslam ƏməkdaşlığıTəşkilatının fəal üzvüdür, eyni zamanda, Avropa İttifaqı iləyaxın münasibətləri var. Avropa İttifaqının 9 üzvü iləAzərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib. Yəni bu, o deməkdir ki, bizim xarici siyasət gündəliyimiz əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi vəqarşılıqlı fayda üzərində qurulub. Bir sözlə, Azərbaycanın yürütdüyü xarici siyasət kursu bizə çoxlu dostlar qazandırıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara qoşulub. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edib. Bu görüşlər üçün dünyadakı 200 ölkə arasında məhz Azərbaycanın seçilməsi təbii ki, Prezident İlham Əliyevin müstəqil xarici siyasət kursuna olan hörmətin təzahürüdür.
Azərbaycan beynəlxalq miqyasda söz sahibinə çevrilməsin dəonun iqtisadi gücü də əhəmiyyətli rol oynayıb. Uğurlu enerji diplomatiyası Azərbaycanı Avropanın strateji tərəfdaşına çevirib. Ancaq Vətən müharibəsinin gedişində Ermənistan bu tərəfdaşlığın təhlükəli subyektinə çevrilmişdi. Onlar Ermənistanla dövlət sərhədimizdə bir neçə kilometr məsafədəyerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələkeçirmək istəyirdi. Bununla onlar həm də Avropa istehlakçılarını şantaj edirdi. Lakin onlara ciddi cavab verildi, Azərbaycan onların geriyə çəkilməsinə nail oldu. Bir məqama da toxunaq ki, Prezident İlham Əliyev ölkənin iqtisadi gücünüdiplomatik müstəviyə yaxşı transformasiya edib, ölkəmizin ətrafında kifayət qədər beynəlxalq maraq toplayıb. Beləolmasaydı biz 2011-ci ildə 155 ölkənin səsini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməzdik. Hələ o vaxtlar bələ HəHələ u hadisə ölkənin beynəlxalq miqyasda tanıdılması istiqamətində illərdir həyata keçirilən gərgin əməyin bəhrəsi kimi görünürdü. Bu, bizə şər-böhtan atan qüvvələrə ən yaxşı cavab idi. Çünki Azərbaycan illərdir dünyada müasir, müstəqil və inkişafda olan ölkə kimi tanınır vəbunu son illərdə Bakının ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərdən də görmək olur. Türk Şurasının dövlət başçılarının zirvə görüşü, Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Dini Liderlərinin ikinci Bakı sammiti, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti... Yeri gəlmişkən qeyd edək ki, BMT-dən sonra bu, ən böyük beynəlxalq təsisatdır. BMT-nin rəhbəri yoxdur, amma Qoşulmama Hərəkatının lideri var, bu da Azərbaycandır.
Bu liderliyin bəhrəsini biz elə Vətən müharibəsinin gedişindədə gördük. Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın maraqlarının əksinə münaqişə ilə bağlı yeni sənədin qəbul edilməsinəçalışanda maraqlı vəziyyət yarandı. Qoşulmama Hərəkatında təmsil olunan ölkələr bu sənədin qəbuluna imkan vermədilər. Onlar haqqın, ədalətin yanında durdular. Bu hadisəAzərbaycanın öz haqlı davası ətrafında ədalətli komanda formalaşdırdığını göstərdi. Baxmayaraq ki, hələ uzun illər öncəbir çox beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi iləbağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar vəqətnamələr qəbul etmişdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən başqa BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri birmənalı şəkildə Dağlıq QarabağıAzərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bu, münaqişə iləbağlı beynəlxalq hüquqi çərçivəni müəyyən etdi, Azərbaycanın mövqelərini möhkəmləndirdi. İndi təsəvvür edin ki, Azərbaycan bu addımları vaxtında atmasaydı bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi.
Amma qəbul olunan beynəlxalq qərar və qətnamələrin çoxu uzun illər idi ki, kağız üzərində qalmışdı. Ermənistanın indi düşdüyü vəziyyətin əsas səbəblərindən biri onların təcavüzkar siyasətidirsə, digər mühüm səbəb beynəlxalq birliyin vaxtında təcavüzkarın cəzalandırılmaması ilə bağlı göstərdiyi anlaşılmaz mövqedir. Bu isə özlüyündə suallar doğurur: niyə indiyə qədər bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Niyə təcavüzkar dövlətə qarşısanksiyalar tətbiq olunmadı? Halbuki Prezident İlham Əliyev dəfələrlə beynəlxalq kürsülərdən, BMT Baş Assambleyasının iclaslarında bəyan etmişdi ki, Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Bütün bunlar baş verməyəndə Azərbaycan özü təkbaşına 30 ildir icra olunmayan həmin qətnamələri döyüş meydanında icra etdi. Bu, həm də beynəlxalq hüquqda ədalətin bərpası, haqqın qalib gəlməsi idi.
Bu günlərdə qardaş Türkiyənin Azərbaycana dəstəyini xüsusi vurğulamaq lazımdır. Vətən müharibəsi başlayan kimi Türkiyədərhal öz mövqeyini ortaya qoydu. Qardaş ölkənin bütün rəsmi şəxsləri bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və bütün işğal edilən torpaqlar öz sahibinəqaytarılmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Prezident İlham Əliyevlə təmaslarında Azərbaycanın haqlı davasını dəstəklədi və qətiyyətlə bildirdi ki, sona qədər Azərbaycanın yanındadır. Ona görə də Türkiyənin siyasi vəmənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynadı. Çünki Prezident Rəcəb Tayyib Ərdoğanın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.
Beləliklə, 44 gün davam edən Vətən müharibəsindəAzərbaycan təkcə döyüş meydanında deyil, həm dədiplomatiya sahəsində qalib gəldi. Bu qələbə istisnasız olaraq Prezident İlham Əliyevin diplomatiyasının ən böyük uğurudur. Çünki ölkəmizin illərlə topladığı beynəlxalq nüfuz haqlıdavamıza qüvvət verdi, onu daha güclü etdi. Bu çətin günlər qardaşlığın, dostluğun dəyərini anlatdı. Biz bir daha şahidi olduq ki, tarix heç vaxt öz funksiyasını dəyişmir, dostlar düşmənə, düşmənlər dosta çevrilmir. Qalib gələn ədalət vəölməyən həqiqət olur.
Bu qələbə bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Gördülər ki, ötən 30 ildə Azərbaycan öz haqlı davasından bir addım da geri çəkilməyib və Azərbaycan Prezidenti döyüş meydanında tarixi ədaləti bərpa etməkdə qərarlıdır. Bu, işğalçını sülhə məcbur etmək, düşmənə layiq olduğu yeri göstərmək üçün əsil ölüm-qalım mübarizəsi idi. Biz həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin arzusunun, onun öz davamçısına vəsiyyətinin tarixi reallığa çevrilməsini gördük. İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə Azərbaycan tarixinə şanlı səhifə yazdı. Doğma xalqı qarşısında bütün zamanların ən dəyərli missiyasını uğurla həyata keçirən Böyük Sərkərdənin başçılıq etdiyi müzəffər ordu 1992-ci il mayın 8-də əlimizdən zorla alınan Şuşanı da 2020-ci ilin noyabrın 8-dədoğma nəfəslərlə isindirdi.
Artıq həyatımızda yeni dövr başlayır. Bu dövrün özəllikləri olacaq. Biz Azərbaycanın beynəlxalq münasibətlərdəyürütdüyü siyasətin yeni konturlarını görəcəyik. İkitərəfli vəçoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidəolunacaq. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.
Fərid Hüseynov,
Masallı Gənclər Evi
Baxış sayı: 521
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.