Bütün xəbərlər
Solodov: "Kamçatka zəlzələsi uzun müddət davam edən afterşok seriyasının bir hissəsidir"
Tarix: 19-09-2025 06:56 | Bölmə: Karusel

Sentyabrın 19-da səhər Kamçatkada baş vermiş 7,4 bal gücündə zəlzələ iyulun 30-dan bəri yarımadada qeydə alınan təxminən 2000 afterşoklardan biridir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kamçatka diyarının qubernatoru Vladimir Solodov “Rossiya 24” telekanalında məlumat verib.
Qubernator hadisənin sakinlərə ciddi psixoloji təsir etdiyini qeyd edib. Evlərində qalmaqdan qorxanlar üçün müvəqqəti yerləşdirmə mərkəzləri açıq qalır.
Mütəxəssislər sosial müəssisə və binalara, o cümlədən əvvəllər çatlar əmələ gəlmiş binalara baxış keçirirlər. Solodovun sözlərinə görə, həyat və sağlamlıq üçün təhlükə aşkar edilməyib.
Qeyd edildiyi kimi, yeraltı təkanlar Petropavlovsk-Kamçatski və Vilyuçinskdə 6,0 bal gücündə hiss olunub. Nalıçevo çayının mənsəbində 30 sm hündürlüyündə dalğa qeydə alındığından sunami xəbərdarlığı edilib. Lakin dağıntı və tələfat barədə məlumat verilməyib.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər