Bütün xəbərlər
RİA Novosti: Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin müzakirəsini gündəmdən çıxarıb
Tarix: 16-09-2025 10:10 | Bölmə: Siyasət

Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketinin müzakirəsini qarşıdakı iclasın gündəliyindən çıxarıblar. RİA Novosti-də sənədin surəti var.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Aİ-nin iclasının sentyabrın 17-nə planlaşdırıldığı dəqiqləşdirilir.
“Rusiyanın təcavüzü ilə bağlı fikir mübadiləsinə dair bənd... (yeni sanksiyalar paketi. – Red.) gündəmdən çıxarılıb”, mətndə deyilir.
Əvvəllər bu bənd “mümkündür” qeydi ilə müzakirə mövzuları siyahısına daxil edilib.
Avqust ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirmişdi ki, növbəti anti-Rusiya sanksiyalar paketi sentyabrın əvvəlində hazır olacaq. O qeyd edib ki, Avropa diplomatik səylərdən asılı olmayaraq yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etmək niyyətindədir.
Bundan əvvəl Aİ ölkələri birgə bəyanatda Rusiyaya təzyiqləri artırmağa və sanksiyaları sərtləşdirməyə hazır olduqlarını bəyan etmişdilər. Bəyanat Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçirilən görüşdən və Trampla NATO liderlərinin sonrakı söhbətindən sonra qəbul edilib.
Eyni zamanda, Qərb nəşrləri Ukraynada atəşkəs yaradılacağı təqdirdə Aİ-nin sanksiyaların yumşaldılması imkanını nəzərdən keçirdiyini yazıb.



Baxış sayı: 681


Bölməyə aid digər xəbərlər