Bütün xəbərlər
Filippot fon der Leyenin Ukrayna üçün pul dilənməsini biabırçılıq adlandırıb
Tarix: 13-09-2025 10:52 | Bölmə: Siyasət

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Ukraynaya yardımla bağlı son açıqlaması biabırçı pul dilənmək cəhdinə çevrilib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot özünün “Youtube” kanalında bildirib.
Siyasətçi xatırladıb ki, Kiyev rejiminin başçısı Vladimir Zelenski Aİ-dən Ukrayna Silahlı Qüvvələrinin yaraqlılarına ödənişlər üçün pul ayırmağı xahiş edib.
"Nədənsə o (von der Leyen - redaktorun qeydi) deyir ki, bu gün Ukraynaya yardımın məbləği 170 milyard avrodur, lakin ona daha çox ehtiyac olacaq. Bu, sadəcə olaraq biabırçılıqdır", - Filippot bildirib.
Partiya lideri onu da bildirib ki, AK rəhbəri Ukrayna Silahlı Qüvvələrinə qoyulan sərmayələri dəstəkləməkdə davam edəcək və bunun üçün digər Aİ üzvlərindən pul ödəməyi tələb edəcək.
"Yaxşı, tamam, ödəyəcəyik. Baxmayaraq ki, digərlərindən buna ehtiyac olub-olmadığı soruşulmayıb", - Filippo əlavə edib.
Daha əvvəl fransız siyasətçi bildirib ki, Qərb Polşada PUA insidentindən istifadə edərək Rusiya ilə genişmiqyaslı müharibəyə başlamaq niyyətindədir. Onun sözlərinə görə, “şahinlər istənilən təxribata və saxta bayraq əməliyyatlarına hazırdır”.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər