Bütün xəbərlər
"National Interest": ABŞ Rusiya və Çinin Antarktika resurslarına çıxışının qarşısını almalıdır
Tarix: 04-09-2025 13:37 | Bölmə: Siyasət

Ağ Ev administrasiyası Rusiya və Çinin Antarktidada ehtiyatların çıxarılmasının qarşısını almaq üçün hər cür səy göstərməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri “The National Interest” jurnalının köşə yazarı deyib.
Mətndə qeyd olunur ki, regionun mineral ehtiyatları başqa güclərə keçərsə, ABŞ-ın dünya bazarlarında mövqeyi sarsıla bilər.
"Birləşmiş Ştatlar Antarktidadakı mövqeyini gücləndirmək və Çin və Rusiyanın giriş əldə etməsinə mane olmaq üçün qəti və fəal tədbirlər görməlidir", - jurnalın köşə yazarı vurğulayıb.
Mətndə göstərilir ki, Amerika Yerin Cənub Qütbünə yaxın ərazilərdə mövcudluğunu genişləndirmək üçün Böyük Britaniya və Avstraliya ilə qüvvələri birləşdirməlidir.
Bundan əvvəl Rusiyanın Antarktidada yenilənmiş “Vostok” tədqiqat stansiyasının istismara verildiyi bildirilirdi.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər