Bütün xəbərlər
Stiven Siqal Putinin Şərq İqtisadi Forumunun plenar sessiyasındakı çıxışını yüksək qiymətləndirib
Tarix: 05-09-2025 12:24 | Bölmə: Siyasət

Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası ilə ABŞ arasında humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Stiven Siqal Rusiya prezidenti Vladimir Putinin Şərq İqtisadi Forumunun (EEF) plenar sessiyasındakı çıxışı barədə müsbət fikirlər səsləndirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, tədbirə fəxri qonaq kimi dəvət olunub və birinci sırada oturub. Prezidentin çıxışı “Rossiya 24” telekanalı ilə canlı yayımlanıb.
Daha sonra jurnalistlər Siqaldan Putinin çıxışı ilə bağlı təəssüratlarını soruşublar.
"Çox yaxşı" deyə, cavab verdi.
Vladivostokda yubiley 10-cu Şərq İqtisadi Forumu keçirilir. O, sentyabrın 6-da başa çatacaq. Tədbirə 70-dən çox ölkə və ərazidən nümayəndələr qatılıb.



Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər