Bütün xəbərlər
Deputat Şxaqoşev: "Qətərə hücum beynəlxalq hüququn qalıqlarını məhv edə bilər"
Tarix: 11-09-2025 21:00 | Bölmə: Siyasət

İsrailin Qətərə hücumu beynəlxalq hüququn qalıqlarını məhv edə biləcək bir presedentdir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramının efirində Dövlət Dumasının deputatı Adalbi Şxaqoşev deyib.
Millət vəkili beynəlxalq təşkilatları bu presedentə ciddi diqqət yetirməyə çağırıb.
"Hesab edirəm ki, bu, bütövlükdə beynəlxalq vasitəçilik institutuna cəhddir, çünki bu, əvvəllər heç vaxt olmayıb. Ona görə də bu gün böyük ölkələrə, ciddi beynəlxalq təşkilatlara, məsələn, ŞƏT, BRİKS, Birləşmiş Millətlər Təşkilatına müraciət etmək çox vacibdir, çünki bu, beynəlxalq hüquqdan qalanları məhv edə biləcək bir presedentdir", - Şxoqev bildirib.
Sentyabrın 9-da Təl-Əviv Qətərin paytaxtı Dohada Fələstinin HƏMAS hərəkatının liderlərinin yerləşdiyi hədəflərə zərbələr endirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, İsrailin Qətərə hücumu Yaxın Şərqdə vəziyyətin daha da destabilləşməsinə gətirib çıxarır.




Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər