Bütün xəbərlər
Zaxarova: "Rusiya İrəvan və Bakının “3+3” görüşünü əlaqələndirmək üçün addımlar atacağını gözləyir"
Tarix: 12-09-2025 16:16 | Bölmə: Siyasət

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycan və Ermənistanın “3+3” formatında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixlərinin razılaşdırılması üçün addımlar atacağını gözləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Diplomatın vurğuladığına görə, Rusiya bütün məsələlər üzrə tərəfdaşlarına kömək etməyə hazır olduğunu təsdiqləyir.
“Biz azərbaycanlı və erməni həmkarlarımızın bu platformada iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixlərinin (“3+3” – redaktorun qeydi) tez bir zamanda əlaqələndirilməsi üçün fəal addımlar atacağını gözləyirik”, - deyə, Zaxarova brifinq zamanı bildirib.
“3+3” platforması Cənubi Qafqazın üç ölkəsi (Azərbaycan, Ermənistan və Gürcüstan) və üç böyük regional güc (İran, Rusiya və Türkiyə) arasında birgə əməkdaşlıq üçün yaradılıb.
Daha əvvəl xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirmişdi ki, Rusiya “3+3” regional məsləhətçi platformasının tam hüquqlu təşkilata çevrilməsi üzərində işləyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın sonunda nazirlərin “3+3” formatında görüşünün hazırlandığını bildirib.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər