18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
Zəfər Paradının Marşını yazan dirijor və onun general atası ilə müsahibə - Video
Tarix: 26-06-2021 01:22 | Bölmə: Siyasət
Hərbçi olmaq sözsüz ki, cəsarət tələb edir. Ancaq hərbi sənətlə birləşdirməyin özü daha böyük hünərdir. Birbaşa cəbhədə döyüşməsən belə, ölkəyə səfər edən Prezidentləri, baş nazirləri və digər rəsmi şəxsləri hərbi orkestrin ifasında yüksək peşəkarlıqla qarşılamaq böyük məsuliyyət və zəhmət tələb edir. Çünki mərasimlərdə hər bir element dəqiqliklə icra olunmalıdır. Necə deyərlər, səhv etmək şansın yoxdur. Həmin mərasimlər qonaq üçün ölkə haqqında ilkin təsəvvür formalaşdırır.
Ömrünün 50 ilini bu işə həsr edən və ölkədə hərbi orkestr məktəbini yaradan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin rəisi, general-mayor, xalq artisti Yusif Axundzadə və onun yolunu davam etdirən oğlu, nazirliyin Əlahiddə Nümunəvi orkestrinin rəisi, əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadə də bu çətin işin öhdəsindən gələnlərdəndir.
Silahlı Qüvvələrin Hərbi Orkestr Xidmətində ilk ali hərbi rütbəyə yüksələn general diqqət mərkəzində olmağı sevməsə də, kənardan peşəkar fəaliyyətinə görə həmişə təriflər eşidib. Baş hərbi dirijor Y.Axundzadə Azərbaycan müstəqilliyinə qovuşduğu 30 il müddətində ölkəyə rəsmi səfərə gələn, sayını belə unutduğu çoxsaylı dövlət başçılarını qarşılayıb. 75 yaşlı Axundzadə öz peşəsini oğlu R. Axundzadəyə də sevdirə bilib. Hazırda generalın 13 yaşlı oğul nəvəsi də truba alətində ifa edir. O da gələcəyin hərbi dirijoru olmağa namizəddir.
“Qafqazinfo” dirijorlar Yusif və Rüfət Axundzadələrin iş yerində qonaq olub. Orkestrin çəkiliş hazırlıqlarını izləyib, onlarla həmsöhbət olub.
İyunun 15-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı orkestrin müşayiəti ilə qarşılayan Rüfət Axundzadə üçün 24 illik fəaliyyəti dövründə bu qarşılanma mərasimi ən qürurverici tədbirlərindən biri olub. O, Şuşada bu işi həyata keçirməkdən böyük fəxarət hissi keçirdiyini deyir: “28 illik işğaldan sonra ilk dəfə Şuşada rəsmi qarşılanma mərasimində Prezidenti qarşılamaq bizim üçün əvəzolunmaz bir duyğudur. Biz tədbirləri daim Bakı şəhərində keçirirdik. Şuşada olmaqdan qürur duyduq. Mərasimdə Əlahiddə Nümunəvi Hərbi Orkestr Türkiyə və Azərbaycan himnlərini səsləndirdi. Tədbir yüksək səviyyədə keçdi.
Xidmətimizin rəisi Yusif müəllim həmişə arzulayırdı ki, Cıdır düzündə bizim orkestr çıxış etsin. Bu, çox məsuliyyətli tədbir idi. Ona görə də çox həyacanlı idik. 1 gün qabaqdan axşam saatlarında məşq etdik. Sonra iyunun 15-də tədbirdən qabaq yenə məşqə başladıq və günorta qarşılanma mərasimi baş tutdu.
Cənab Prezidentin həmişəki kimi orkestrə qayğısı çox olub. Həmin gün də ölkə başçısı və birinci vitse-prezident Mehriban xanım da maşından düşən kimi bizimlə salamlaşdı. Türkiyənin müdafiə naziri Hulusi Akar da salamlaşdı. Ora 60 nəfərə yaxın orkestr getmişdi. Demək olar ki, heyətin heç biri bundan əvvəl Şuşada olmamışdı. Hamımız şəhərdən zövq aldıq”.
.jpg)
2020-ci ilin dekabrın 10-da Bakıda Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə keçirilən möhtəşəm Hərbi Paradda səsləndirilən “Qələbə Marşı”nın da müəllifi R. Axundzadədir. Bəstəkar olmasa da, belə bir marş yazmaq hissinin onda müharibə dövründə yarandığını vurğulayıb: “Bu marş bədahətən alındı. Mən Prezidentin çıxışlarına baxırdım. O, xarici jurnalistlərə böyük ustalıqla cavab verərək onları yerinə otuzdururdu. Bu, mənə çox böyük ruh verirdi. Marşı 1 aya ərsəyə gətirdik. Adı “Qələbə” marşı olduğundan onu çox böyük məsuliyyətlə yazırdım.
Marş 3 hissəyə bölünür. Onun əvvəli mülayim tonda başlayır, bu da ölkəmizin tolerant olduğunun nümayişidir. İkinci hissədə isə musiqi öz-özünə danışır. Bu da Ermənistanın danışıqlar yoluyla məsələnin həll edilməsinə isti yanaşmamasının göstəricisi idi. Bizim ordumuz buna görə də əks-hücuma keçir. Üçüncü hissədə isə Şərur yallısından bir parça səsləndirilir. Çünki bizim əsgərlərimiz Şuşanı alarkən yallı gedirdilər. Sonra yenidən tolerant ölkə olmağımıza qayıdırıq. Marş özü-özlüyündən bu cür alındı. Onu ifa etmək lap məsuliyyətli idi. Biz paradda 6 saat yarım soyuq havada ayaqüstə qaldıq. Bu, böyük bir kişilik məktəbidir.
.jpg)
Marş hazır olanda son versiyaya birinci növbədə xidmətin rəisi Yusif Axundzadə qulaq asıb. O, bəyəndi və bəzi yerlərdə dəyişikliklərlə bağlı təkliflərini səsləndirdi. Xalq artistləri Fəxrəddin Kərimov, Teymur Göyçayev, Firəngiz Əlizadə, Müdafiə nazirinin müavini Kərim Vəliyev və digər şəxslər də qulaq asıb bəyəndiklərini dedilər. Marş Zəfər Paradında səsləndirildikdən sonra ölkə başçısının çıxışlarında arxa fonda məhz bu marş səsləndirilir. Mən də sevinirəm ki, marşım bəyənilib və davamlı olaraq səsləndirilir".
R.Axundzadə 16 yaşından etibarən hərbi orkestrdə fəaliyyət göstərib, daha sonra isə əsgər kimi xidmət edərək zabit pilləsinə yüksəlib: "Musiqiçidən orkestrin rəisi vəzifəsinə qalxmışam. Biz layiqincə bu orkestri bütün rəsmi tədbirlərdə təmsil edirik. Bütün ölkələrdə bizi tanıyırlar. Bizə Moskvanın, Türkiyənin, İngiltərənin Kral Orkestr heyətindən qonaqlar gəlmişdi. İngiltərənin Kral Orkestri ilə birgə Flarmoniyada konsert verdik. Demişdilər ki, sizi Amerikanın orkestri ilə bir səviyyədə tutmaq olar. Biz həm patriotik əsərlər, caz musiqisi, həm marşlar, həm də tanınmış kinolardan "sound track"lər də ifa edirik. Son illərdə solistlərlə də işləyirik və daim yeniliklər etməyə cəhd edirik. “Qarabağ şikəstə”sini bu yaxınlarda orkestrin ifasında eşidəcəksiniz”.
.jpg)
Polkovnik-leytenantın sözlərinə görə, ölkəmizə gələn rəsmi şəxslərin qarşılanma mərasimi əsasən xidmət rəisi, hərbi dirijor Yusif Axundzadənin iştirakı ilə keçirilib: “Son illər bəzi tədbirləri mən də keçirirəm. Bu zaman maraqlı hadisələr çox olur. Bizim üzərimizə çox böyük məsuliyyət düşür, ona görə çalışırıq ki, səhv etməyək. Milli Qvardiya, Hərbi Orkestr Azərbaycanın atributudur. Hər gün keçirilən məşqlərə nəzarət edirəm. Elə vəziyyət olub ki, biz 1 saata qonaq ölkənin dövlət himnini əzbərləmişik. Bəzən olub ki, bizə qısa müddət ərzində qonaq gələcəyini bildiriblər. Məsələn, Venesuela Prezidenti gələndə qısa müddət ərzində internetdən həmin ölkənin himninin notunu tapmışıq. İfadan sonra Venesuela Prezidenti bizə minnətdarlığını bildirib. Ancaq xəbərləri olmayıb ki, bizim orkestr onların himnini 1 saata əzbərləyib. İsveçrənin dövlət başçısı himndən sonra bizə yaxınlaşıb, onlar üçün bir əsər səsləndirməyimizi xahiş etmişdi. Biz qarşılanma mərasimi olacaq yerlərə həmişə qabaqcadan gedirik ki, problem yaranmasın. Formanı sahmana salırıq, alətləri kökləyirik.
.jpg)
Mərasimlər zamanı səhhətimizdə problem yaşadığımız anlar da olub. Elə Yusif müəllim özü elə olub ki, qızdırmalı, nasaz halda mərasimi idarə edib. Ancaq buna baxmayaraq, çox məsuliyyətli insan olduğu üçün işini yerinə yetirib. Yadıma gəlir ki, qış ayında Şəhidlər xiyabanında Rusiya Prezidenti Vladimir Putini qarşılayırdıq. Yusif müəllimin bir müddət halı olmadı, ancaq buna baxmayaraq, çıxıb o soyuqda tədbiri keçirdi. O, öz vətəninə və torpağına sadiqdir. Məni də belə tərbiyə edib.
Sözün düzü, atam məni bu sahəyə yönəltdi. Saksafon alətində ifa etmək mənim xoşuma gəlirdi. Uşaqlıqdan hərbi formanı görürdüm, xoşuma gəlirdi. Yusif müəllim dedi ki, truba alətində ifa etmək çox gözəldir. Ondan sonra müsabiqələrdə çıxış etdim, mükafatlara layiq görüldüm. Daha sonra Bakı Musiqi Akademiyasına daxil oldum, paralel olaraq dirijorluğu öyrənməyə başladım. Zərb alətlərində ifa etməyi xoşlayırdım. Bacım da rejissordur. İncəsənət Gimnaziyasının müəllimidir. 13 yaşında oğlum var. 2-3 ildir ki, o da truba alətində ifa edir. Bülbül adına məktəbdə oxuyur. Yaxşı da alınır, ondan razıyam”.
.jpg)
Söhbətimizə R. Axundzadənin atası, general-mayor Yusif Axundzadə ilə davam edirik. 75 yaşlı Axundzadənin qarşılanma mərasimləri ilə bağlı maraqlı xatirələri var. O, söhbətimizə 2005-ci ildə ölkə Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı ikisi arasında baş tutan dialoqla başlayır: “2005-ci ilin dekabr ayı idi. Bizə komanda verildi ki, İranın Prezidenti Naxçıvana gəlir. Cənab Prezident İlham Əliyev də Naxçıvana getdi. Daha sonra Milli Qvardiyanın Fəxri Qaravolu və Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri və mən ora yollandıq. Qarşılanma mərasimi başlamamış biz hamımız düzüldük. Cənab Prezident həmişə qarşılanma mərasimi üçün bir neçə dəqiqə tez gəlir. Mənə yaxınlaşdı, hal-əhvalımı, vəziyyətimin necə olduğunu soruşdu. Mən ona açıq ürəklə dedim ki, Cənab Prezident vəziyyətimiz əladır, ancaq maddi rifahımız aşağıdır. Sual verdi ki, nə qədər maaş alırsız? Mən də izah etdim ki, bu qədər. Filarmoniyanın simfonik orkestri bizdən qat-qat artıq maaş alır. Biz isə bütün Prezident tədbirlərində iştirak edirik. O zaman Prezidentin köməkçisi Əli Əsədov idi. Əsədovu çağırdı və tapşırıq verdi ki, bizim maaşımızı iki dəfə yarım qaldırsınlar. Bir həftədən sonra Prezidentin fərmanı çıxdı və maaş artdı.
.jpg)
Azərbaycana kimlər gəlməyib ki... 30 ildə bir dəfə də olmayıb ki, kimsə bizim işimizdən şikayət etsin, ifadan narazı qalsın. Hətta belə hallar olub ki, məndən xarici qonaqlar öz himnlərinin notlarını istəyiblər. Onu da deməliyəm ki, Avropa ölkələrində, Amerikada qarşılanma mərasimlərində himnləri notla ifa edirlər. Mən isə öz orkestrimdə buna icazə vermirəm. Himnlər ancaq əzbərlənməli, sonra ifa edilməlidir.
Ona görə İsrail rəhbərliyini Bakıda qarşılayanda Şəhidlər xiyabanında onun köməkçisi olan xanım mənə yaxınlaşıb himnlərini çox yüksək səviyyədə ifa etdiyimizi dedi. Özü də əzbər. Mən də dedim ki, bizim İsrailə böyük hörmətimiz var, ancaq biz bütün himnləri əzbər ifa edirik. Əfqanıstanın Prezidenti Şəhidlər Xiyabanında xahiş etdi ki, himnlərinin notunu onlara verək. Deməli, 50 illik xidmətimiz hədər getməyib".
General nəyə görə notsuz ifa etmək qərarına gəldiyini də izah edib: "Çünki biz əvvəllər qonaqları hava limanında qarşılayırdıq. Orada açıq məkandır, Bakı da küləklər şəhəridir. Bir də görürsən ki, külək əsdi, not uçdu. Ona görə də həmişə fikir verirəm ki, Azərbaycana gələn Prezidentlər, Baş nazirlər himnə diqqətlə qulaq asırlar. Başa düşə bilmirlər ki, bu fonoqramdır, yoxsa canlı ifa. Ona görə də məəttəl qalırdılar. Amerikanın himnini neçə dəfə səfirlikdə Heydər Əliyevin vaxtında ifa etmişik. Bizim üçün bu problem deyil. Çünki Nümunəvi Hərbi Orkestrin heyəti Bakı Musiqi Akademiyasının məzunlarıdır. Burada elə-belə, qeyri-peşəkar musiqiçi yoxdur. Bu kollektiv Prezidentlə üzbəüz duran kollektivdir. Burada hər adam xidmət edə bilməz. Musiqiçilər səviyyəli olmalıdır. Ona görə tədbirlərə çox ciddi hazırlaşırıq.
.jpg)
Əvvəllər qonaqlar gəlməmişdən qabaq məşqlər olurdu. Cənubi Koreyanın Baş naziri gələndə onların nümayəndə heyətinin protokol xidmətindən işçi gəlmişdi. Biz isə himni ifa edirik. Onlar da öz dillərində “no, no” şəklində nəsə deyirlər. Biz də baş düşə bilmirik ki, nə deyirlər. Not göndəriblər, nə var onu ifa edirik. Çağırdım ki, gəlin görək nə məsələdir? Sonra bilindi ki, 4 xana əvvəldən ifa etmək lazım deyil, beşinci xanadan başlamaq lazımdır. Bunu əvvəlcədən deyin da, mən nə bilim beşinci xanadan başlamaq lazımdır?! Bizə bəzən himnləri əlyazma şəklində göndərirlər. Amma bizim ölkəmizin himni çap olunmuş vəziyyətdə göndərilir. Himnimizin həm tam, həm də qısa variantı var.
Mən 50 ildir ki, xidmət edirəm. Belə hadisələr çox olub. Bu 50 ilin 22 ili Sovet Ordusu, 28 ili də Milli Ordumuzda olub. Təcrübə şübhəsiz az deyil. Ancaq indiyə qədər yenə də bəzən öz işçilərimlə məsləhətləşirəm. Məndən yaşca kiçik olanlarla da. Çünki insan deməməlidir ki, hamıdan çox bilir, ağıllı odur. Ağıllısan, lap yaxşı, çox gözəl. Mən də Bakı Musiqi Akademiyasının professoruyam. Nə olsun?! Ancaq bəzən tələbələrimlə də məsləhətləşirəm, adi müəllimlə də. Bunda pis nə var ki? Mənə elə gəlir ki, elə belə də olmalıdır.
Bakı Musiqi Akademiyasını bitirmişəm. İkinci mərtəbədən pilləkənlə qalxırdım. Bu zaman mərtəbədən aşağı dahi bəstəkarımız Qara Qarayev düşür. O da daima başı aşağı olurdu. Salam verdim, onda başını qaldırıb salamımı aldı. Fikrət Əmirov da həmçinin. Onlar sadə insanlar idi. İnsanla danışanda elə sadə danışırdılar ki… Fəxr edirəm ki, belə insanlarla həm işləmişəm, həm də xidmət etmişəm. Maestro Niyazi ilə də ünsiyyətdə olmuşam. Gözəl dirijorumuz idi. Musiqiçilərə deyirəm ki, belə insanlara baxın öyrənin. Biz işimizi elə görək ki, Azərbaycana gələn insanlar ölkəmizə heyran qalsınlar".
.jpg)
Yusif Axundzadə Sovet dövründə Moskvada paradda iki dəfə iştirak etdiyini qeyd edib: "Onların birində Ktuzov adına prospektdə Hərbi Dəniz Qüvvələrinin alayı və bizim orkestr iştirak edirdi. Şübhəsiz ki, Hərbi Dəniz Qüvvələrinin marşı səslənirdi. Camaat da sağdan-soldan orkestrin ifasına qulaq asırdı. Birdən mənim ağlıma gəldi ki, biz Azərbaycandan gəlmişik. Əlimərdan Əliyevin “Vətən marşı”nı ifa edək. Gördüm ki, camaat baxır, ancaq başa düşə bilmirlər. Çünki forma Sovet formasıdır, ancaq musiqi Şərq musiqisidir”.
Qəhrəmanımızın ailəsində digər incəsənət nümayəndələri də var: “Ailədə bir qardaş, bir bacıyıq. Bacım da fortepianoda ifa edirdi. İndi təqaüdçüdür. Oğlum və nəvəm mənim yolumu davam etdirir. Gələcəkdə nəvəm də hərbi dirijor ola bilər”.
.jpg)
Bəzən mərasimlərdə səhhətində nasazlıqlar olsa da, bunu heç vaxt gələn qonaqlara bəlli etmədiyini deyən Y. Axundzadə bu məqamda Sovet hökuməti vaxtı başına gələn hadisəni xatırlayıb: “Biz də canlıyıq. Səhhətimizdə problem yaranır. Hətta Sovet vaxtında səhər temperaturumu ölçdüm, gördüm ki, 39.2 dərəcədir. Moskvadan da yoxlama gəlib. Mənə deyirlər ki, 37 olanda camaat yataqdan durub heç evdə gəzmir, sən harda gəzirsən?! Dedim ki, yoxlama gəlib, sonra deyərlər ki, qorxmuşam. Həmin temperaturla geyinib yoxlamaya getmişəm. Tər axırdı məndən, ancaq öz işimi gördüm. Düzdür, sonra hospitala düşdüm. Mən həmişə belə işləmişəm. 30 il ərzində qonaq Prezidentləri özüm qarşılamışam. Yalnız ötən ilin dekabrında keçirilən möhtəşəm Zəfər Paradında koronavirusa yoluxdum. Heç ona koronavirus da deməzdim, çünki mənə iynə belə vurulmadı. Sadəcə məşqlərdə mənə soyuq dəymişdi. Ona görə oğlum Rüfət Axundzadə Birləşmiş Hərbi Orkestrə paradda rəhbərlik etdi. Şuşada da o iştirak edirdi. Mən baxdım ki, hər şey yüksək səviyyədə idi. Tədbirlər davam edir. Qəbələdə Musiqi Festivalının açılışı üçün bizi dəvət ediblər. İş çoxdur və maraqlıdır”.

Baxış sayı: 1 201
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.