19:15 / 03-10-2026
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: MİLLİ QURTULUŞ TARİXİMİZİN İŞIĞINDA PARLAQ GƏLƏCƏYƏ DOĞRU
Tarix: 06-06-2021 23:47 | Bölmə: Siyasət

Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Artıq qürurverici Milli Qurtuluş tariximizin 28-ci ilini yaşayırıq. Xalqımızın ümummilli lideri böyük Heydər Əliyev tərəfindən oddan-alovdan, dərddən-bəladan, böhran və sarsıntılardan, eyni zamanda, bu kimi tənəzzül meyillərindən xilas olaraq ölkəmiz davamlı, inamlı, qətiyyətli, uzunmüddətli və elmi əsaslara söykənən uğurlara nail olmaqla, bütün sahələr üzrə intibah və tərəqqi dövrünü yaşamaqdadır. Bu isə təbii ki, bütün sahələrə yeni nəfəs, yeni işıq və yeni həyat gətirdi.
Bu mənada, Azərbaycan Respublikasında davamlı və qətiyyətli hərtərəfli inkişaf prosesləri müasir təhsil standartlarının da zərurətini və əhəmiyyətini artırmaqdadır. Yeniləşən dünya reallıqları bütün sahələrdə olduğu kimi, məhz təhsil sektorunun da islahatlar fonunda keyfiyyət dəyişikliklərini tələb etməklə, yeniliklərin və bu sahədəki proseslərlə səsləşmənin güclü dayaqlarını yaratmışdır. Bu sahədə artıq elmin, təhsilin, innovasiyalaşmanın, çevikliyin, texnoloji inkişafın dəyişməz ünvanına çevrilən Naxçıvan Dövlət Universitetinin yeri və rolu böyükdür.
Naxçıvan Dövlət Universiteti gələcəyə doğru inamla və uğurlarla yeni inkişaf səhifələrini açmaqdadır. Burada təhsil alan hər bir tələbə milli təhsilin möhkəm dayaqları və aparıcı qüvvəsi olaraq formalaşır. Artıq universitetimiz:
- gəncliyin eşidilən səsi olmaqla, onların bacarıqlarının tərəqqisinə dəstək verilməsi;
- ideyaların məhsuldarlığı diqqət mərkəzində olmaqla, daha çox yaradıcılığa meyilli olması;
- yenilikçi dəyərlərin əsasları kimi hər addımda bu keyfiyyətlərin üstün tutulması;
- modernləşmənin ünvanı olmaqla, universitetlərarası münasibətlərin, təcrübə və tələbə mobilliyinin, eyni zamanda, mübadiləsinin fasiləsizliyi;
- elmin, axtarışın, ixtisaslaşmanın və bir çox keyfiyyət göstəricilərinin etibarlı təminatı ilə əhatə olunduğu yolda uğurlarla irəliləməkdədir.
Qarşıdakı dövrlərdə də bu potensialı daha da artırmaqla, gənclərin və abituriyentlərin seçimi yenə Ali məktəbimiz olacaq. Çünki, onlar gələcək perspektivlərinin, bunun üçün isə savadlanmanın və ixtisaslaşmanın etibarlılığında universitetin rolunun böyük olduğuna əmindirlər. Peşəkar müəllim heyətinin, həmçinin səmərəli öyrənmə və araşdırma mühitinin mövcudluğu Naxçıvan Dövlət Universitetinin çox mühüm göstəriciləri içərisində yer almaqdadır.
Çox əlamətdar haldır ki, bu gün Azərbaycan Respublikasının səmərəli sosial –iqtisadi siyasətinin mühüm göstəricilərindən biri olaraq uzunmüddətli iqtisadi prioritetlərinin əlçatanlığı istiqamətində islahatlar uğurla davam etməkdədir. Bu isə iqtisadiyyatın sahə strukturunun əlaqəli və qarşılıqlı inkişafı mühitində daha aktual görünməkdədir. Məhz belə bir mühitdə yeni prioritetlər istiqamətində ixtisaslı kadrların hazırlanması ciddi məsuliyyət və təşkilatçılıq tələb etməkdədir. Bu sahədə, xidmət sektorunun inkişafı, istehsal sferasının fasiləsizliyinin təminatı, beynəlxalq iqtisadi fəaliyyət mühitinin (və ya münasibətlərin) etibarlı təşəkkülü özünün spesifikliyi ilə çıxış etməkdədir.
Digər tərəfdən, qeyd olunan amillər gənclərin (abituriyentlərin) maraqları və dünya reallıqlarına inteqrasiya və çıxış imkanları baxımından da cəlbedicilik yaradır ki, bu da yeni bacarıq və qabiliyyətlərin mənimsənilməsinə ehtiyac yaratmaqdadır. Təbii ki, bütün bunların fonunda gənclərin ixtisasseçimi və gələcək perspektivlərini qurmaq yonündə Naxçıvan Dövlət Universitetinin rolu və önəmi daha da artmaqdadır. Yəni onlar axtardıqları ixtisas üçün təhsilalma imkanlarını universitetimizdə tapmış olurlar. Qeyd etmək olar ki, universitetimizin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin bir sıra aktual ixtisaslarda təhsil alması mümkündür ki, onlar da məhz müasir milli iqtisadi hədəflərin reallaşmasının ifadəsi olmaqla, İqtisadiyyat, İqtisadiyyat (ingilis dilində), Mühasibat, Marketinq, Dövlət və bələdiyyə İdarəetməsi, Turizm işinin təşkili, Beynəlxalq ticarət və logistika, Menecment ixtisaslarından ibarətdir.
Naxçıvan Dövlət Universitetinin tələbələri elmin sirrlərinə yiyələnmək, nəzəri biliklərinin artırılması və dürüst tətbiq olunması sahəsindəki qabiliyyətlərini daim artırır, bu sahə üzrə daha mütərəqqi elmi mənbələrə istinad edirlər. Bu mənada, təhsil alan tələbələr fizika-riyaziyyat fakültəsində Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat, Fizika müəllimliyi və Fizika ixtisasları üzrə öz gələcək fəaliyyətlərini quracaqlar.
Qalib ölkənin inkişaf edən ali məktəbi olaraqNaxçıvan Dövlət Universitetinin davamlı və perspektivli inkişafında İncəsənət fakültəsinin rolu böyükdür. Ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması və inkişafına böyük dövlət qayğısının göstərilməsi bu sahə üzrə gənclərin maraqlarının artmasına stimul vermişdir. İncəsənət fakültəsinin tələbələri milli musiqinin inkişafında, rəsm əsərlərinin işlənməsində, ixtisas üzrə biliklərin təkmilləşməsində və bu kimi istedadların artırılmasında göstərilən etimadlara layiq olmaq üçün əzmlə çalışdıqlarını göstərirlər. Onlar əsasən Musiqişünsalıq, İnstrumental ifaçılıq (xalq çalğı alətləri), İnstrumental ifaçılıq (fortepiano), İnstrumental ifaçılıq (simli alətlər), İnstrumental ifaçılıq (nəfəs alətləri), Vokal sənəti (sahələr üzrə), Bəstəkarlıq, Dirijorluq (sahələr üzrə), Aktyor sənəti, Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Rəngkarlıq ixtisasları sahəsində fərqlənirlər.
Təbii ki, bütün zamanlarda qlobal mahiyyətini qoruyan və yüksəldən, hazırda da dünya miqyasında təhdid və təsirlərini saxlamaqda davam edən COVİD-19 Pandemiyası ilə mübarizədə aktuallığı ilə seçilən ixtisas olaraq tibbin önəmini qeyd etmək olar. Qeyd edək ki, Ali məktəbin Tibb fakültəsinin tələbələri Tibb, Stomatologiya, Əczaçılıq, İctimai səhiyyə sahələri üzrə ixtisaslaşacaqlar.
Tariximizin dərindən öyrənilməsi, əsaslandırılmış elmi axtarışların aparılması, dilimizin və ədəbiyyatımızın zənginləşdirilməsi, bu sahədə güclü və əhatəli elmi biliklərə yiyələnmənin zəruriliyi universitetin Tarix – filologiya fakültəsinin tələbələrinin gələcək fəaliyyətinə aid olacaq. Onlar burada Tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Jurnalistika, Kitabşünaslıq və imformasiya fəaliyyəti (əyani və qiyabi şöbələr), Muzey, arxiv işi və abidələrin qorunması, Tarix (əyani və qiyabi şöbələr) ixtisaslarında təhsil alırlar.
Gənclərin sosial rahatlığı və mənəvi-psixoloji yetkinliyinin inkişafı daima diqqət mərkəzində saxlanılmadadır. Bu mənada, təhsil sahəsinin inkişafında gənclərlə işlərin düzgün qurulması, onlarda milli ruhun yüksək olması, Vətənpərvərlik keyfiyyətlərinin aşılanması məsələləri aktuallığı ilə seçilməkdədir. Qeyd edək ki, tələbələr universitetin Pedaqoji fakültəsində Klinik psixologiya, Sosial psixologiya, Təcrübi psixologiya, Fizioloji psixologiya, İnkişaf psixologiyası, Sənaye və təşkilat psixologiyası, Təhsil psixologiyası ilə bağlı olan sahələrdə ixtisaslı kadrlar olaraq çalışa biləcəklər.
Beləliklə, qürurverici Milli Qurtuluş tariximizin işığında Naxçıvan Dövlət Universitetinin hədəfləri və onun əlçatanlığı istiqamətində həyata keçirdiyi tədbirlər çoxşaxəlidir, geniş elmi əsaslandırmalara malikdir və bu sahədə tələbələr öz çevikliyi ilə seçilirlər. Təbii ki, bu istiqamətdə universitetin mövcud potensialının və bu əsasda qurulacaq Texnologiyalar Parkının mühüm nəticələri olacaqdır. Bir sözlə, Ali məktəbimizi qarşıda daha böyük uğurlar gözləyir.
Baxış sayı: 693
Bölməyə aid digər xəbərlər

1-10-2026, 18:27
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
1-10-2026, 18:13
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
30-09-2026, 19:40
Slutski: "Rusiya-ABŞ münasibətləri artıq sıfır səviyyəsində deyil"
30-09-2026, 19:26
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
29-09-2026, 17:53
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
29-09-2026, 17:42
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
29-09-2026, 17:33
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
29-09-2026, 01:34
Yeni təyin olunan icra başçısı onun müavini imiş
28-09-2026, 21:43
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
28-09-2026, 16:47
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
28-09-2026, 16:31
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
27-09-2026, 21:00
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
27-09-2026, 20:43
Tokayev hərbçilərin həyatının qorunmasını prioritet adlandırdı
27-09-2026, 17:51
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
25-09-2026, 22:48
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
24-09-2026, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
23-09-2026, 19:15
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
14-09-2026, 18:03
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
13-09-2026, 16:43
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir