Bütün xəbərlər
Ağacın aşması nəticəsində xəsarət alıb
Tarix: 01-07-2025 11:07 | Bölmə: Digər

Kurskda güclü külək nəticəsində ağacın aşması nəticəsində yerli sakin xəsarət alıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, merin səlahiyyətlərini icra edən Sergey Kotlyarov bildirib ki, zərərçəkən xəstəxanaya çatdırılıb.
Hadisə Kosuxin küçəsində baş verib. Qadının vəziyyəti qənaətbəxş qiymətləndirilir, ona bütün lazımi tibbi yardım göstərilir.
Əlverişsiz hava şəraiti ilə əlaqədar şəhərdə ümumilikdə 13 ağac aşıb, 3 avtomobilə ziyan dəyib, bir neçə elektrik naqilləri sökülüb.
Kotlyarov Telegram kanalında qeyd edib ki, təcili yardım briqadaları fəsadları aradan qaldırır, şəhər sakinlərindən daxil olan müraciətlərə operativ şəkildə baxılır.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər