Bütün xəbərlər
"Baza": Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanılıb
Tarix: 01-07-2025 21:51 | Bölmə: Karusel

Təhlükəsizlik qüvvələri “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinskini Yekaterinburqda saxlayıb – onun dəbdəbəli xarici avtomobili “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Baza"nın yazdığına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları maşını saxlayıb, şüşələri sındıraraq Şıxlinskini, eləcə də oğlunu maşından çıxarıblar.
Azərbaycan diasporunun rəhbərinin saxlanması etnik mütəşəkkil cinayətkar qruplaşma işi ilə bağlı ola bilər, onların 5 üzvü iyulun 19-dək artıq istintaq təcridxanasına göndərilib.Onlar 2001, 2010 və 2011-ci illərdə qətllərin təşkilində və adam öldürməyə cəhddə iştirak etmiş sayılırlar.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb