10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
"Maş": Roman Rotenberq Moskvanın "Dinamo"sunun direktorlar şurasına daxil olacaq
Tarix: 30-06-2025 19:59 | Bölmə: Karusel

Sankt-Peterburqun SKA xokkey komandasının keçmiş baş məşqçisi Roman Rotenberq karyerasını Moskvanın "Dinamo"sunda davam etdirə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Maş on Sport" Telegram kanalının verdiyi məlumata görə, Rotenberq paytaxt komandasının direktorlar şurasına daxil olacaq, onun təyinatı çərşənbə günü elan olunacaq.
İyunun əvvəlində SKA-nın direktorlar şurası komandanın baş məşqçisi Roman Rotenberqlə müqaviləni vaxtından əvvəl ləğv etmək qərarına gəlib. Onu bu vəzifədə İqor Larionov əvəzləyib.
Daha əvvəl KİV-də Rotenberqin Moskva vilayətinin "Vityaz"a rəhbərlik edə biləcəyi barədə məlumatlar yayılsa da, məlumat təsdiqini tapmayıb və klubun özü də fəaliyyətini dayandırıb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər