Bütün xəbərlər
Putin və Makron sülhün qorunmasında Rusiya və Fransanın xüsusi məsuliyyətini qeyd ediblər
Tarix: 01-07-2025 20:46 | Bölmə: Manşet

Kreml mətbuat xidməti xəbər verir ki, telefon danışığı zamanı Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron sülhün qorunmasında Rusiya və Fransanın xüsusi məsuliyyətini qeyd ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Yaxın Şərqdəki vəziyyətin və İranın nüvə proqramının müzakirəsi zamanı tərəflər İranın sülhməramlı nüvə proqramını inkişaf etdirmək hüququna hörmətlə yanaşılmasının, həmçinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə davam etməsinin vacibliyini vurğulayıblar.
“Vladimir Putin və Emmanuel Makron BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiya və Fransanın Yaxın Şərq də daxil olmaqla sülhün və təhlükəsizliyin qorunmasında, eləcə də qlobal nüvə silahının yayılmaması rejiminin qorunub saxlanmasında xüsusi məsuliyyətini qeyd ediblər”, - deyə, məlumatda bildirilir.
Bundan əlavə, dialoq zamanı dövlət başçıları İranın nüvə proqramı ilə bağlı məsələnin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını bildiriblər və vurğulayıblar ki, regiondakı ziddiyyətlərin həllinə müstəsna olaraq siyasi və diplomatik yollarla nail olmaq lazımdır.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər