Bütün xəbərlər
Putin: "MAQATE-də İranın nüvə silahı əldə etmək istədiyinə dair heç bir sübut yoxdur"
Tarix: 21-06-2025 10:35 | Bölmə: Siyasət

Rusiya və MAQATE-də İran İslam Respublikasının guya nüvə silahı əldə etmək niyyətində olduğuna dair heç bir sübut yoxdur.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu "Sky News Arabia" telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiya lideri xatırladıb ki, İran dəfələrlə nüvə silahı yaratmaq planının olmadığı barədə məlumat verib.
“MAQATE-də də nüvə silahının yaradılması əlamətləri və buna dair heç bir sübut yoxdur”, - dövlət başçısı bildirib.
Bundan əvvəl ABŞ kəşfiyyatının İranın nüvə silahı yaratmağa yaxınlaşdığına dair heç bir sübut tapmadığı bildirilirdi. Bundan əlavə, bu ilin martında ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard respublikanın kütləvi qırğın silahlarının yaradılması istiqamətində addımlar atmadığını bəyan edib.
İyunun 21-də ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib ki, İrana nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün iki həftə vaxt verilib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər