Bütün xəbərlər
İran Xarici İşlər Nazirliyi: Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiqdir
Tarix: 16-06-2025 13:41 | Bölmə: Siyasət

İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi deyib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən irəli gələn öhdəliklərə sadiqdir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatın əlavə etdiyinə görə, bu cür silahlara Yaxın Şərqdə yer yoxdur.
Eyni zamanda o qeyd edib ki, rəhbərlik etdiyi şöbə ölkənin NPT-dən çıxması məsələsi ilə bağlı İran parlamenti ilə daimi əlaqə saxlayır.
"Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalayan ölkə kimi biz öhdəliklərimizin fərqindəyik və hesab edirik ki, Qərbi Asiyada heç bir dövlət nüvə silahına malik olmamalıdır. Məhz buna görə də İran həmişə "Kütləvi qırğın silahlarından azad Yaxın Şərq prinsipinin müjdəçisi olub", - Baqai əlavə edib.
Baqayi həmçinin BMT üzvlərini İsrailin İrana hücumunu pisləyən qətnamə qəbul etməyə çağırıb.
İyunun 13-də İsrail İran ərazilərinə zərbələr endirməyə başlayıb. Yəhudi dövlətinin rəhbərliyinin fikrincə, Tehran tezliklə nüvə silahı yarada bilər.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər