Bütün xəbərlər
Putin Makrona deyib ki, Ukrayna münaqişəsi birbaşa Qərb siyasətinin nəticəsidir
Tarix: 01-07-2025 20:43 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Fransa prezidenti Emmanuel Makrona Ukrayna münaqişəsinin birbaşa Qərb siyasətinin nəticəsi olduğunu xatırladıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb və Putinin Makronla söhbətinin məzmunlu olduğunu vurğulayıb.
"Vladimir Putin xatırladıb ki, Ukrayna münaqişəsi uzun illər Rusiyanın təhlükəsizlik maraqlarına məhəl qoymayan Qərb dövlətlərinin siyasətinin birbaşa nəticəsidir", - Kremlin saytında deyilir.
Bundan əlavə, Rusiya lideri Fransa prezidenti ilə söhbətində Qərb dövlətlərinin Ukraynada anti-Rusiya dayağı yaratdıqlarını xatırladıb və rusdilli sakinlərin hüquqlarının pozulmasına göz yumur.
Vladimir Putin vurğulayıb ki, Qərb dövlətləri hazırda Kiyev rejimini müxtəlif müasir silahlarla doldurmaqla hərbi əməliyyatları uzadırlar.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər