Bütün xəbərlər
Səfir Korçunov: "İsveç, Finlandiya və Norveç NATO-nun maraqlarına uyğun logistika qururlar"
Tarix: 27-06-2025 09:27 | Bölmə: Siyasət

İsveç, Finlandiya və Norveç Şimali Atlantika Alyansının maraqlarına əsaslanaraq nəqliyyat və logistika dəhlizlərini və bazalardan transsərhəd istifadəni inkişaf etdirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Norveçdəki səfiri Nikolay Korçunov məlumat verib.
“Oslo, Stokholm və Helsinki hərbi mobilliyi artırmaq üçün birgə işləyir”, - diplomat RİA Novosti-yə müsahibəsində bildirib.
Bu məqsədlə Skandinaviya dövlətləri qərbdən şərqə nəqliyyat və logistika dəhlizlərini inkişaf etdirir, həmçinin hərbi bazaların və digər müdafiə infrastrukturlarının transsərhəd istifadəsini inkişaf etdirirlər. Bundan başqa, üç ölkə birgə müdafiə alışlarının payında artım müşahidə edir, deyə diplomatik missiyanın rəhbəri izah edib.
“Hərbi-sənaye kompleksi məhsullarının standartlaşdırılması üçün səylər göstərilir”, - Korçunov əlavə edib.
Səfirin sözlərinə görə, hazırda Norveç NATO üçün bir növ tranzit əraziyə çevrilir.
Bundan əvvəl İsveçin keçmiş müdafiə naziri Peter Hultkvist Rusiya ilə gərginlik fonunda Şimali Avropa ölkələrinin vahid ordusunun yaradılmasını təklif etmişdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər