Bütün xəbərlər
İranın raket hücumlarına görə 5 mindən çox israilli təxliyə edilib
Tarix: 19-06-2025 12:09 | Bölmə: Siyasət

Hökumətin statistikasına görə, 5000-dən çox İsrail vətəndaşı İrandan atılan raket hücumları səbəbindən evlərini tərk edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əlavə, İsraildə itkilərin sayının 838 nəfəri keçdiyi qeyd edilir.
“Əməliyyat başlayandan indiyədək 838-dən çox insan yaralanıb, o cümlədən 11 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır, 785 nəfəri isə yüngül xəsarət alıb”, - məlumatda deyilir.
Hazırda 24 nəfərin öldüyü məlumdur.
İyunun 19-da səhər saatlarında İran İsrailə hücum edərək 20-yə yaxın raket atıb. Ölkənin mərkəzi şəhərlərində güclü partlayış səsləri eşidilib. İDF əhalini növbəti xəbərdarlığa qədər sığınacaqlarda qalmağa çağırıb.
İran raketlərindən biri Beersheba şəhərində yerləşən İsrailin "Soroka" adlı xəstəxanasına düşüb. Sonradan məlum olub ki, zərbənin hədəfi IDF C4I Telekommunikasiya Korpusunun qərargahı və kəşfiyyat obyekti olub.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər