Bütün xəbərlər
Tramp Maska “dükanı bağlamağı və Cənubi Afrikaya evə getməyi” tövsiyə edib
Tarix: 01-07-2025 10:00 | Bölmə: Manşet

ABŞ Prezidenti Donald Tramp, biznesmenin prezidentin xərcləmələri və vergi qanun layihəsini tənqid etməsi fonunda sahibkar İlon Maskın subsidiya almadan “mağazasını bağlamalı və evinə Cənubi Afrikaya getməli” olduğunu söylədi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Tramp "Truth" sosial şəbəkəsində yazı yazıb.
"İlon tarixdəki hər hansı digər insandan daha çox subsidiya ala bilər və subsidiyalar olmadan o, yəqin ki, dükanını bağlayıb Cənubi Afrikaya evə getməli olacaq", - ABŞ prezidenti qeyd edib.
Bundan əvvəl Mask növbəti dəfə Amerika liderinin dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsinə qarşı çıxıb. Milyarderin sözlərinə görə, qanun layihəsi qəbul olunarsa, ölkədə yeni siyasi partiya yarana bilər.
Bundan əlavə, sahibkar dövlət başçısının büdcə təkliflərini Respublika Partiyası üçün siyasi intihar adlandırıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər