Bütün xəbərlər
Putin Rusiya və Çin arasındakı münasibətləri dünyada sabitliyin güclü amili adlandırıb
Tarix: 20-06-2025 22:30 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putin Çin Dövlət Şurasının baş nazirinin müavini Dinq Syuesyan ilə görüşündə Rusiya-Çin münasibətlərinin qlobal sabitlik üçün əhəmiyyətini qeyd edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, açılış nitqi "Rossiya 24" telekanalı tərəfindən yayımlanıb.
Putin SPIEF-2025-in plenar iclasından sonra Çin nümayəndəsi ilə görüş keçirib.
“Hər zaman mövcud olan və bizim üçün süni şəkildə yaradılmış çətinliklərə baxmayaraq, Rusiya ilə Çin arasında münasibətlər bütün sahələrdə inamla inkişaf edir. Bir daha qeyd etmək istərdim ki, Rusiya-Çin münasibətləri dünyada sabitliyin çox güclü amilidir”, - Rusiya lideri bildirib.
Prezident həmçinin Çinə səfər dəvətini qəbul etdiyini təsdiqləyib.
“Bizim birgə işimizin qrafiki var, mən Çin Xalq Respublikası sədrinin dəvətini məmnuniyyətlə qəbul edəcəyəm və Çinə səfərə gələcəm”, o qeyd edib.
Putin ŞƏT-in Tyantszin sammitində, eləcə də militarist Yaponiyanın məğlubiyyətinin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək. Bundan əlavə, sentyabrın 2-də Pekində Putin və Si Tszinpin arasında tammiqyaslı danışıqlar keçiriləcək.
Daha əvvəl Rusiya prezidenti qeyd edib ki, Rusiya və Çin yeni dünya düzəninin formalaşmasına kömək edir. Onların hərəkətləri yeni nizamın daha balanslı olmasına və mümkün qədər çox ölkənin maraqlarına cavab verməyə yönəlib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər