10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
BMT 170 məhbusun işgəncəyə məruz qaldığını qeyd edib
Tarix: 30-06-2025 20:04 | Bölmə: Karusel

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən məhbuslara Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən işgəncə verilməsi ilə bağlı 170 faktı sənədləşdirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, OHCHR-in Ukraynada insan haqlarının vəziyyəti ilə bağlı son hesabatında bildirdiklərinə görə, 2024-cü ilin dekabrından 2025-ci ilin iyununa qədər BMT nümayəndələri dövlətə xəyanət, Rusiya hakimiyyəti ilə əməkdaşlıq və milli təhlükəsizliklə bağlı digər cinayətlərdə ittiham olunaraq saxlanılan 56 nəfərlə müsahibə aparıblar.
“Ümumilikdə, 24 fevral 2022-ci ildən bəri OHCHR münaqişə zəminində 170 məhbusun (132 kişi, 35 qadın və 3 oğlan) işgəncə və ya pis rəftarını sənədləşdirib”, - hesabatda deyilir.
Departament qeyd edib ki, insan hüquqlarının pozulması hallarının çoxu 2022-ci ildə baş verib.
Bundan əvvəl Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəsinin müavini Aleksandr Volqarev bildirmişdi ki, Ukraynada hər dördüncü məhbus siyasi məhbusdur.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər