Bütün xəbərlər
ABŞ-ın Rusiyadakı səfiri Treysi Moskvanı tərk edir
Tarix: 27-06-2025 09:20 | Bölmə: Siyasət

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Moskvanı tərk edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Amerika diplomatik missiyasının Telegram kanalında məlumat verilib.
Səfirlik Treysiyə verdiyi töhfəyə görə minnətdarlığını bildirib, onun ardıcıl diplomatik yanaşmasını, Rusiya mədəniyyətinə dərin hörmətini və Amerika xalqına sədaqətli xidmətini qeyd edib.
“ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Moskvanı tərk edir”, – nəşr yazır.
Treysinin missiyasını tamamlayacağına dair məlumatlar iyunun 12-də ortaya çıxdı.
Linn Treysi 2022-ci ilin dekabrında ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası ilə Rusiyaya səfir təyin edilib və tarixdə Amerikanın Rusiyadakı diplomatik missiyasına rəhbərlik edən ilk qadın olub.
Treysi 2023-cü il yanvarın 26-da Moskvaya gəlib və yanvarın 30-da öz vəzifələrini icra etməyə başlayıb. Rusiyaya təyinatdan əvvəl o, Ermənistandakı Amerika diplomatik missiyasına rəhbərlik edib.
Mayın 6-da Rusiya Treysiyə mayın 9-da keçiriləcək Qələbə Paradında iştirak etmək üçün rəsmi dəvət göndərib, lakin ABŞ səfiri tədbirdə iştirak etməyib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər