10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Le Pen tərəfdarlarını parlamentin mümkün buraxılmasına hazırlaşmağa çağırıb
Tarix: 28-06-2025 21:36 | Bölmə: Siyasət

Sağçı Milli Mitinq partiyasının parlament fraksiyasının lideri Marin Le Pen tərəfdarlarına müraciət edərək onları qarşıdan gələn mümkün parlament seçkilərinə hazır olmağa çağırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Le Penin hesab etdiyinə görə , Fransa prezidenti Emmanuel Makron tezliklə Milli Assambleyanı buraxa bilər.
Siyasətçi iyunun 28-də sağçı Milli Mitinq və Sağ Qüvvələr Birliyi fraksiyalarının işçi qurultayında çıxış edib.
"Hesab edirəm ki, özümüzü (parlamentin) buraxılmasının olmayacağına inandırmaq kifayət qədər təhlükəli olardı. Qərar və buna nəzarət olana qədər biz təbii ki, bütün fərziyyələri nəzərə almalıyıq. Bizim vəzifəmiz buraxılma ehtimalının yarandığı ana hazır olmaqdır və bu, iyulun 7-dəndir", - o deyib.
2025-ci ilin martında Marin Le Pen Avropa Parlamentinin vəsaitlərini mənimsəmə ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın iki ili şərti olacaq, siyasətçi qalan iki ilini isə ev dustaqlığında keçirəcək.
Bundan başqa, Le Pen 5 il müddətinə dövlət orqanlarına seçilə bilməz, ona görə də parlament buraxılarsa, o, artıq deputatlığa namizəd ola bilməyəcək. Le Pen də 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək hüququndan məhrum edilib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər