Bütün xəbərlər
Türkiyə Xarici İşlər Nazirliyi: İranın nüvə proqramı problemi ancaq danışıqlar yolu ilə həll edilə bilər
Tarix: 15-06-2025 16:29 | Bölmə: Siyasət

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla söhbətində deyib ki, İranın nüvə proqramı məsələsi yalnız danışıqlar yolu ilə həll oluna bilər, RİA Novosti-nin Türkiyə nazirliyindəki mənbəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  iyunun 15-də Fidanla Lavrov arasında telefon danışığı olub.Dialoqun əsas mövzusu İran və İsrail arasındakı münaqişə, həmçinin gərginliyin mümkün qlobal və regional nəticələri olub.
Nəşr qeyd edir ki, “diplomatiya münaqişəyə son qoymağın və İranın nüvə fəaliyyəti ilə bağlı mübahisəni həll etməyin yeganə yoludur”.
Fidanın sözlərinə görə, Yaxın Şərqdə baş verənlər narahatlıq doğurur.
İyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, ölkənin bir çox şəhərlərində, o cümlədən Natanzdakı nüvə reaktoru ərazisində partlayışlar baş verib. İsrail ordusu hərbi obyektlərə, eləcə də İranın nüvə proqramının obyektlərinə hücum edib. Əməliyyatda 200-ə yaxın təyyarə iştirak edib və 330-dan çox sursat atılıb.
Elə həmin axşam İranın "Əl Aləm" telekanalı İran Silahlı Qüvvələrinin İsrailə qarşı əməliyyata başladığı barədə məlumat yayıb. Reuters xəbər verir ki, Tel-Əviv səmasında partlayışlar olub. SEPAH-nın məlumatına görə, Tehran İsrailin zərbələrinə cavab olaraq “Doğru vəd 3” əməliyyatını həyata keçirir və İranın zərbələri İsrailin hərbi obyektlərini hədəfə alıb.
İyunun 15-də səhər saatlarında İsrail ordusu İranın nüvə infrastrukturuna və yanacaq obyektlərinə silsilə irimiqyaslı zərbələrin tamamlandığını bildirərək, İslam Respublikasının növbəti hücum dalğasının başladığını qeyd edib.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər