Bütün xəbərlər
Uvarov: "İrana zərbələr nəticəsində yerli radiasiya ilə çirklənmə baş verib"
Tarix: 22-06-2025 17:20 | Bölmə: Siyasət

ABŞ-ın İranın nüvə obyektlərinə hücumunun nəticəsi zərbələr endirilən yerlərdə yerli radiasiya ilə çirklənmə olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu “Rossiya 24” telekanalının efirində ANO Atominfo-Mərkəzinin direktoru Aleksandr Uvarov deyib.
Onun sözlərinə görə, ABŞ-ın hücumuna məruz qalan Fordo, İsfahan və Natanzdakı obyektlərdə radioaktiv maddələr olduğu üçün yerli çirklənmə baş verib.
"Yaxşısı odur ki, hücuma məruz qalan bu obyektlər ancaq uranla işləyir. Bəli, uran radioaktiv maddədir. Orada xoşagəlməz kimyəvi birləşmələr var. Amma bütün bunları, ümumiyyətlə, deyək ki, Fukusimadakı qəza və ya buna bənzər bir şeylə müqayisə etmək olmaz. Yəni, bu, yalnız yerli çirklənmə, fabrikin özünün radiasiya ilə çirklənməsi olacaq", - deyə, Uvarov bildirib.
O əlavə edib ki, bu obyektlərin ətrafında kiçik bir ərazinin çirklənmə ehtimalı var, lakin bu, çox azdır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin İrandakı nüvə obyektlərinə kütləvi zərbələr endirdiyini bildirib.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər