Bütün xəbərlər
Bir nəfər uçurumdan yıxılaraq ölüb
Tarix: 01-07-2025 20:38 | Bölmə: Digər

Beloretsk vilayətinin Aygir kəndində 34 yaşlı kişi Aygir qayalıqlarında yıxılaraq ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Başqırdıstan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Müvafiq məlumat iyulun 1-də xilasetmə xidmətinə daxil olub.
“Hadisə yerinə tez bir zamanda xilasedicilər və həkim gəlib, onlar da kişinin ölümünü təsdiqləyiblər”, - idarədən bildirilib.
Faciə yerində əməliyyat-istintaq tədbirləri təşkil edilib. Onlar tamamlandıqdan sonra cəsəd uçurumun ətəyindən endiriləcək.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər