Bütün xəbərlər
Ermənistanda arxiyepiskop Qalstanyan hakimiyyəti ələ keçirməyə cəhd etdiyi üçün həbs edilib
Tarix: 26-06-2025 13:23 | Bölmə: Siyasət

Yerevan məhkəməsi “Müqəddəs mübarizə” etiraz hərəkatının lideri, Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanı iki ay müddətinə həbs edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Ovannes Xudoyan məlumat verib.
Arxiyepiskop terror aktı hazırlamaq, kütləvi iğtişaşlar təşkil etmək və hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhd maddələri ilə ittiham olunub.
"Məhkəmə İstintaq Komitəsinin vəsatətini təmin etdi. Arxiyepiskop Qalstanyan iki aydır ki, həbs edilib. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək", - vəkil Xudoyan "İnterfaks"a istinadən bildirib.
Arxiyepiskopdan başqa daha 15 nəfər həbs edilib.
Arxiyepiskop Baqrat Qalstanyan iyunun 25-də saxlanılıb.Ermənistan İstintaq Komitəsinin bəyanatında deyilir ki, arxiyepiskop öz tərəfdaşları ilə birlikdə hakimiyyəti zorakılıqla ələ keçirmək məqsədi ilə terror aktları hazırlayır.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, erməni hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” qruplaşmasının təşkil etdiyi hakimiyyəti ələ keçirmək cəhdinin qarşısını ala bilib.
TASS-ın məlumatına görə, iyunun 25-i səhər saatlarından arxiyepiskop Qalstanyanın iqamətgahında və onun 30-a yaxın əməkdaşının evində axtarışlar aparılıb. Eyni zamanda, Qalstanyanın yaxın adamlarından biri, deputat Qarnik Danielyan media nümayəndələrinə bu cür hərəkətlərin diktatura rejiminin təzahürü olduğunu bildirib və arxiyepiskopa qarşı ittihamları uydurma adlandırıb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər