18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ-Emin Arif ŞIXƏLİYEV
Tarix: 10-11-2020 20:31 | Bölmə: Siyasət

Təxminən 30 ilə yaxındır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz siyasi, hüquqi həllini tapmır və ya buna mane olunurdu. Atəşkəs haqqında razılıq əldə edildiyi tarixdən etibarən tərəflər arasında qeyri-müəyyən vəziyyət yarandığına görə, problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb olunurdu. Dünyanın aparıcı dövlətləri bu münaqişəyə münasibətdə müxtəlif mövqelərdə dayandıqlarından bu variant da real nəticə verməmişdir.Şübhəsiz ki, Ermənistanın işğal etdiyi torpaqlardan xoşluqla çıxacağı məntiqə uyğun deyildi. Azərbaycan tərəfi də torpaqlarının heç bir şəkildə güzəştə getməyəcəyini bütün rəsmi və qeyri-rəsmi səviyyədə keçirilən görüşlərdə bəyan etmişdir.Heç təsadüfi deyildir ki, Azərbaycan hərbi güctətbiq etməkdən belə çəkinməyəcəyini hər dəfə vurğulamışdır. Düzdür, Azərbaycanın hərbi büdcəsini artırması Ermənistan tərəfindən siyasi manevr olaraq qəbul edilsə də, 8 iyun 2010-cu ildə Hərbi Doktrinanın qəbulu Azərbaycanın bu məsələdə son dərəcə ciddi olduğunu ortaya qoydu. Doktrinada beynəlxalq hüququn Azərbaycana tanıdığı haqlar çərçivəsində hərbi güc tətbiq edərək işğal altında olan torpaqların qaytarılması təsbit edilmiş və bu məsələ dəfələrlə təkrarlanmışdır. Lakin Ermənistan hər dəfə öz havadarlarından mənəvi, siyasi, hərbi dəstək alaraq ənənəvi siyasətini davam etdirmişdir.Məhz ikili standartlar siyasətinin nəticəsi idi ki, ardıcıl olaraq hər il prezidentlər və Xarici İşlər nazirləri arasında görüşlər keçirilmiş, münaqişəsinin həlli ilə bağlı prinsiplər önə sürülmüş və bəyannamələr imzalanmış, heç bir nəticəsi olmamışdır. Bu da hər şeydən əvvəl onunla əlaqədar idi ki, qoyulan müddəalar ya hər iki tərəfi qane etməmiş, ya da bəzi tövsiyələr müsbət qarşılansa da, bəziləri qəbulolunmaz hal almışdır. Məlum olduğu kimi, 1994-cü ildə ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycan ilə Ermənistan arasında vasitəçilik etməyi öz üzərinə götürsə də, bu qurumun regionda sülh yaratmaq cəhdləri iflasa uğradı. Həmsədr ölkələr olan Rusiya, ABŞ, Rusiya və Fransanın ikili standartlar mövqeyindən çıxış etmələri Azərbaycanda haqlı olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətinə inamsızlıq yaratdı. Halbuki qlobal güc mərkəzlərini təmsil edən həmin həmsədrlər təcavüzkara təzyiq etmək üçün geosiyasi nüfuza malik idilər. Lakin onlar daha çox “münaqişənin həlli mexanizmləri”nin icrası ilə deyil, “münaqişənin idarə edilməsi” ilə məşğul olublar. Azərbaycan ictimaiyyətində də həmsədrlərin dəfələrlə regiona səfərləri haqlı olaraq “turistik ekskursiya” kimi qiymətləndirilib.Həm beynəlxalq təşkilatların, həm ATƏT-in Minsk Qrubu üzvlərinin, həm də digər dövlətlərin yeritdikləri ikili standartlar siyasətinin nəticəsi idi ki, Ermənistan tərəfi problemin öz real həllinə yanaşmaq istəməmiş, üstəlik, atəşkəs rejimini də sıx-sıx pozmuşdur. Nəticədə 2-5 aprel 2016 və 12 iyul 2020-ci illərdə baş vermiş toqquşmalar Qarabağ münaqişəsinin əslində dondurulmuş olmadığını ortaya qoydu. Düzdür, müəyyən səbəblərdən dövlətlərin, xüsusilə də Rusiyanın müdaxilə etməsiylə vəziyyət əvvəlki məcrasına qayıtdı. Lakin Ermənistan vəziyyətin həmişə bu cür davam edəcəyini hesablayaraq, növbəti dəfə təxribatlara əl atmaqda davam etdi. Əlbəttə ki, Azərbaycan tərəfi strateji məqamı gözləməkdə səbr edirdi. Təxminən 30 il səbr edən Azərbaycan nəhayət ki, əlverişli strateji məqamı ələ keçirdi. Olduqca səriştəsiz bir siyasətçi olan Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” kimi özündən razı və beynəlxalq hüquqa zidd olan daha sərt bəyanatlar səsləndirməsi və yeni bir macəra həvəsiylə atdığı yanlış addımlar bu strateji məqamın xəbərçisinə çevrildi. Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə”bəyanatı belə demək mümkündürsə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı etiraf xarakterli işğalçı siyasətini ortaya qoydu. Ermənistan artıq bütün dünyaya özünün necə bir dövlət olduğunu tanıtdı. 27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən atəşkəsin pozularaq Azərbaycan torpaqlarına gerçəkləşdirilən hücum “ani müharibə”nin başlanmasının işarəsi oldu. Nəticədə Azərbaycan tərəfi əks-hücum gerçəkləşdirərək işğal altındakı mühüm yerləri, yüksəklikləri, tarixi torpaqları, strateji əraziləri ələ keçirdi. Rayonlarımızın böyük əksəriyyəti, şəhərlərimiz, qəsəbə və kəndlərimiz erməni işğalından azad edildi. Dəfələrlə atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan onu pozdu, mülki əhalinin yaşadığı ərazilərə ballistik raketlər atdı və danışıqlar yolu ilə işğal etdiyi torpaqları geri qaytarmayacağını göstərmiş oldu. Ermənistanın törətdiyi cinayətlər ATƏT-in Minsk Qrupunun həmsədrləri, aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qınanmadı. Lakin Azərbaycan öz qətiyyətini və gücünü ər meydanında göstərərək, torpaqlarını işğaldan qurtarmağa davam etdi. Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Azərbaycan Ordusu bu missiyanın öhdəsindən layiqincə gəldi. Şuşa azad edildikdən dərhal sonra - noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Şuşanın işğaldan azad edilməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Noyabrın 10-da Azərbaycan Ermənistanı məhz öz dəmir yumruğu sayəsində sülhə məcbur etdi. Bu, Azərbaycanın tarixi qələbəsidir. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə bəyanat imzaladılar və bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu. Ermənistan qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracağı barədə öhdəlik götürdü. Bəyanata görə, Rusiya və Türkiyə silahları qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdiriləcək.
Ən mühüm amillərdən biri isə budur ki, proses çərçivəsində Naxçıvan da blokadadan azad olur. Ermənistan ərazisində dəhliz yaradılır. 9-cu maddəyə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Artıq insanlarımız çox rahat şəkildə həmin dəhliz vasitəsilə hərəkət fəaliyyətini davam etdirəcəklər. Bu dəhliz, eyni zamanda Türk Dünyasını quru yolu ilə bir-birinə bağlayacaq. Mahiyyət etibarilə, türk qapısı Naxçıvan öz tarixi missiyasını layiqincə yerinə yetirəcək və Türk Dünyasına öz töhfəsini verəcək. Bütün bunlar Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qəti siyasi iradəsinin təzahürüdür. Nəticə etibarilə, döyüş meydanında igid əsgər və zabitlərimiz, siyasi meydanda isə cənab Prezidentimiz qalib gəldi və 2 ay müddətinə işğal edilmiş torpaqlarımızı azad etdi. Var olsun Azərbaycan! Qarabağ Azərbaycandır!
Emin Arif ŞIXƏLİYEV,
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 972
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.