18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
SƏCDƏGAHIM, QİBLƏGAHIM - BAYRAĞIM!-Ramiz QASIMOV-İkinci yazı
Tarix: 07-11-2020 01:34 | Bölmə: Siyasət

İkinci yazı
Naxçıvan ədəbi mühitində bayraq mövzusuna müraciət ardıcıllıq və davamlılıq təşkil etmişdir. Milli mücadilə epoxasından doğan 90-cı illərdən sonrakı Naxçıvan ədəbi mühiti milli dəyərlərə, müstəqillik ideyalarına və dövlətçilik atributlarına həmişə bağlı olmuşdur. Dövlət müstəqilliyinin bərpa olunmasından doğan sevinc, xüsusilə Naxçıvanda qaldırılan müstəqillik rəmzi olan üçrəngli Azərbaycan bayrağına olan məhəbbət və ondan doğan qürur dolu hislərin bədii əksi bu mərhələdə yaranan ədəbi prosesdə mövzu-motiv olmaq etibarilə başlıcalıq təşkil etmiş, şairlərimiz tərəfindən davamlı müraciət olunaraq qiymətli nümunələr yaradılmışdır.
Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan şair Xanəli Kərimli milli düşüncə və heysiyyət ehtiva edən yaradıcılığında bayrağın vəsfi, tərənnümü və təlqini olan xüsusi təsir gücünə malik şeirilə ədəbi prosesə yeni bir zənginlik qatmışdır. Şair Azərbaycan bayrağının vəsfi istiqamətində olduqca böyük istedad və məharət göstərərək yüksək poetik təsirə malik qüvvətli bir əsər ortaya qoymuşdur. Şair bayrağın milli qeyrət, hünər, varlıq, alilik, müqəddəslik, dəyər rəmzi olduğunu poetik ustalıqla təqdim edərək yazırdı:
Mənim başımın üstdə,
İki səcdəgahım var.
Biri uca Allahım,
Biri enməz bayrağım!
Şair dövlət bayrağımızın rənglərinin təbiətin özündən, gözlərə görünən reallıqlardan, dünya və aləmdən yarandığını deyir. Onun məğzi və mənasını, işarələrində gizlənən mahiyyət və məzmununu xalqımızın humanizm, insaniyyət və bəşəriyyətsevərliyi ilə səciyyələndirir.
Bayrağımın rəngində
Yerin-göyün rəngi var.
Yurdumun azadlığı,
Pozulmaz ahəngi var! –
deyən şair Azərbaycan bayrağını bəzəyən mavi, qırmızı və yaşıl rənglərin təbiətin ən gözəl, sevilən rənglər olduğunu ifadə etməklə bərabər, mavi ilə göyü, səmanı, qırmızı ilə gözəlliyi, sevgini, azadlığı, yaşıl rənglə təbiətin, dünyanın çiçəklənməsini əlaqələndirmiş, semantik olaraq bağlamışdır. Əlbəttə, göy ucalıqdır, alilikdir, Allaha, imana, sevgiyə yaxınlıqdır, Göylərə, tək olan uca Tanrıya iman gətirən milli mənsubiyyətə nişanədir. Qırmızı dünyanın bəzəyi olmaqla bərabər, sevgidir, azadlıq rəmzidir, azadlıq yolunda tökülən qanlara, istiqlal coşqusuna, hürriyyət təşnəliyinə bir işarədir. Yaşıl rəng daim çiçəklənmək, göyərmək, inkişaf etməkdir, müasirləşməkdir, eyni zamanda dinimizin rəmzi, islamın bayrağına işarədir. Şair bayrağın üzərindəki rənglərin mahiyyəti, simvolikasına həm ayrı-ayrılıqda nəzər yetirməyə sövq etdiyi kimi, həm də bu rənglərə bir ansambl, rəmzi məna konseptuallığı çərçivəsində yanaşmanı təlqin edərək onların məntiqi bağlılığı və əlaqələnməsində rənglər silsiləsinin ideoloji mahiyyətini əks etdirir. Şair poetik məharətlə bu xoşbəxtlik duyğuları və hislərini öz misralarında poetik ifadəyə bükərək təqdim və təlqin edir. Azərbaycan bayrağının rənglər və işarələr simvolikasında öz mənasını tapan ay-ulduzlu bir xoşbəxtlik və sədaət dünyasını misralarında dilə gətirir. Həm də bayrağımızdakı bu rənglər ansamblını düyanın al-əlvanlığı, gözəlliyi, varlığı kimi səciyyələndirir. Bayrağın azadlıq, istiqlaliyyət rəmzi olmasını qabardan şair onu “azadlıq, istiqlaliyyət istəyilə köləliliyi dəf edən döyüşkən bir millət kimi alıb ucaltdığını” yazır:
Mən onu qoparmışam
Köləlik zəncirindən.
Ona səcdə edirlər
Dünyanın hər yerində.
Şair buna da diqqət çəkir ki. bu bayraq həm də milli istiqlaliyyətimizin uca, ali rəmzi kimi bütün dünya ölkələrində hörmət və ehtiramla dalğalandırılır. O həm də xalqlar, millətlər, dövlətlər arasında dövlətimizin və millətimizin imzası, mövcudluğu kimi çıxış edir: bayraq milli heysiyyətimiz, qürurumuz, varlığımız, nişanəmizdir:
O qalxıb ucalanda
Bayraqların içində.
Ucalır millətim də
Millətlərin içində.
Söz yox, şair Xanəli Kərimlinin “Ucalır millətim də Millətlərin içində” misraları ilə görkəmli romantik sənətkarımız, hürriyyət sevdalı millətpərvər şairimiz, ustad Məhəmməd Hadinin:
Ey Vətən! Ey pəriyi-vicdanım!
...Səni sevmək deyilmi imanım?
…İmzasını qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində -
kimi məşhur misralarına müraciət etdiyini, onu müasirliklə əlaqələndirib doğmalıq nümayiş etdirdiyini də aydın müşahidə edə bilirik. Əgər XX əsrin əvvəllərində böyük istiqlal şairilərimizdən Məhəmməd Hadi öz misralarında millətimizin millətlər arasında xəttinin, mövcudluğunun olmamasından dərin narahatlıq keçirir, onu ifadə edirdisə, Xanəli Kərimli kimi müasir şairlərimiz bu misraya müraciət edərək artıq əsrin sonlarına doğru millətin imzasının imzalar içində olmasından aşıb-daşan fəxarət hislərini ifadə edir, yazıb-yaradırdılar. Bu mənada bəhs olunan misralarda milli nikişaf, istiqlaliyyət və azadlıq uğrunda mübarizə, dövlətçilik əzminin mənalandırıldığını da qətiyyətlə deyə bilərik.
Xanəli Kərimlinin bayraq mövzulu şeirində həm də bayraqdan, ümumiyyətlə, milli konsepsiyadan, düşüncə və heysiyyətdən yaranmış baxış müstəvisi, dəyərlər kompleksi də öz təzahürünü tapır. Şairin təbirincə, bayraq millətin ləyaqət, vüqar rəmzi, vətəndaş qeyrətinin əksi, azadlıqda mövcud olan milli varlığın mənalanmış, rəmzləşmiş ifadəsidir. Buna görə də Bayraq - millətdir, dövlətdir, milli kimlikdir, ləyaqətdir, birləşdirici dəyərdir, həmrəylik vasitəsidir. Bu mənada bayrağa məhəbbət bəsləyənlər dost, ona əks gedənlər düşməndir:
O mənim yad ellərdə
Danışan saf dilimdi.
Vüqarım, ləyaqətim,
Vətənimdi, elimdi.
Onu sevən ölkələr
Doğmalaşır gözümdə.
Onu sevməyənlərin
Tökəcəyəm gözün də.
Çünki döyüşdən doğub
Millətimin xoş çağı.
Bayraqlar bayraqdarı,
Azərbaycan bayrağı!
Sonuncu misradakı “bayraqlar bayraqdarı Azərbaycan bayrağı” misrası ilə şairin bir neçə məsələni ehtiva etdiyini düşünmək olar. Belə ki, “bayraqlar bayraqdarı” fikrilə şairin öz dövlət bayrağına olan sevgisi və məhəbbətini daha da fərqləndirmək və xüsusiləşdirmək mənasında işlətdiyini düşünmək olar. Hər halda hər bir vətəndaş öz dövlətinin bayrağını bütün sevgilərin zirvəsində olan hislə sevdiyinə görə münaliğəli bir şəkildə müqayisə, öygü etdiyinə işarə etmək də olar. Digər bir mənada isə, bütün bayraqlar sırasında Azərbaycan bayrağı öz vətənində, öz sərhədləri, evi daxilində bütün bayraqlardan başda – soldan birinci olmaqla özünə yer tutur ki, digər ölkə bayraqları da ondan sonra gələrək düzülür və bu mənada “bayraqlar bayraqdarı” təsirini bağışlayır və şair tərəfindən bu ifadə ilə mənalandırılır.
Ədəbi mühitin layiqli nümayəndələrindən olan və Naxçıvanda Dövlət Bayrağı Meydanı istifadəyə veriləndə orda söylənilən Rövşən Hüseynovun “Üçrəngli bayrağım” şeiri də çox təqdirəlayiqdir. Dörd bənddən ibarət olub, beşlik şəklində cəngi notları üzərində yazılan bu şeirdə döyüş, qələbə, zəfər təntənəsi aydın şəkildə öz təsirini buraxır. Qələbə təntənəsi şeirin ümumi ruhunu müşaiyət edir. Şeirin ilk bəndində bu ruh daha qabarıqdır və Azərbaycan bayrağının rənglərinin təbiətin öz rəngindən gəldiyinə diqqəti çəkir:
Göylərdən almısan mavi rəngini,
Təbiət bəxş edib öz çələngini.
Döyüşdə çalmısan zəfər cəngini
Qalxıb ucalmısan Vətənlə qoşa,
Üçrəngli bayrağım, yaşa, min yaşa!
Şeirdə bayrğımızın üç rənginin – mavi, qırmızı və yaşıl rənglərin bir ansambl olaraq mənalı və məntiqi əlaqəsi öz əksini tapıb. Mavi səma ilə onun altında boyhaboy uzanan al qırmızı və yaşıl çöllərin bir-birini tamamlayan ahəngindən yaranan təəssüratın sanki Azərbaycan bayrağında özünə yer aldığı, təcəssüm tapdığına şair diqqəti cəlb edir və onu mənalandırmağa, ifadə etməyə çalışır. Bu bayraq sanki öz rənglər gözəlliyi və ansamblı ilə gözəlliklər yurdu, odlar diyarı Azərbaycanı simvollaşdırır, onun tərənnümçüsünə çevirir.
Şair bayrağın xalqın sevgisindən, məhəbbətindən – azadlııq, istiqlaliyyət, milli varoluş idealından doğduğunu poetik formada dilə gətirir. Onun ucalıqda tapan varlığını xalqın milli iftixarı, vüqarı, əzəmətli duruşu kimi təcəssüm etdirir. Bu şanlı tarixin, böyük idealların, şanlı mücadilələrin nəticəsi olan üçrəngli bayrağımızın yenidən dövlət bayrağı olaraq bərpa edilməsi və qaldırılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin misilsiz tarixi xidmətlərini, uzaqgörən, müdrik qərarları və fəaliyyətini xatırladır, milli tarixin şan-şövkət təcəssümü olduğunu diqqətə çəkir:
Xalqımın sevgisi, məhəbbətisən,
Yurdumun vüqarı, əzəmətisən.
Sən ulu Heydərin əmanətisən!
Qalxıb ucalmısan Vətənlə qoşa,
Üçrəngli bayrağım, yaşa, min yaşa!
Parlayır sinəndə ayın, ulduzun,
Səninlə fəxr edir hər oğlun, qızın.
Köksündə boy atıb ən böyük arzun.
Qalxıb ucalmısan Vətənlə qoşa,
Üçrəngli bayrağım, yaşa, min yaşa!
Göründüyü kimi, şair bayrağın həm də ümummilli idealların, arzuların təcəssümü olduğuna da işarə edir. Çünki bayrağımızın köksündə, onun üzərində al-əlvan üç rəng – mavi, yaşıl və qırmızı rənglər silsiləsi və ansamblında xalqımızın milli mənsubiyyəti olan türk millətinə mənsubluğunun daimiliyini, müstəqillik, azadlıq ideyalarını və dini dəyərlərini qorumaqla müasirləşməyini öz simvolikasında ifadə edib. Ay və ulduz birliyi əbədi xoşbəxtlik və sədaət içində var olmaq arzusunu ümumiləşdirir.
Rövşən Hüseynovun “Üçrəngli bayrağım” şeiri tərənnüm və vəsflə bərabər düşündürücü, məzmunlu, təhlil xarakterli bir bədii əsər nümunəsidir. Xalqın, millətin və dövlətin ümumi ideallarının simvolikası olan bir müqəddəs varlıq kimi bayrağın tərənnümündən, gözəlliyini vəsfindən başqa burada həm də işarələrin kəsb etdiyi məna-məzmun xüsusiyyətləri də izahlanır, oxuculara ideya oluraq sevdirilərək aşılanır.
Azərbaycanın dövlət bayrağına bəslənilən məhəbbət, onun doğurduğu milli qürur və heysiyyət, rənglər silsiləsinə verilən mənalar və mənalandırmalar Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığında özünə xüsusi yer almaqla geniş təhlil predmetinə çevrilir. Bu nümunələrdə dövlət müstəqilliyinə sevgi, milli mənsubiyyətlə öygü, mücadilə əzmilə fəxarət və s. başlıca yer almaqla poeziyanın xüsusi çalarını, poetik rəngini təşkil edir.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 591
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.