09:35 / 22-10-2025
Əməkdar həkim vəfat etdi
Bütün xəbərlər
Hazır yeməkdən zəhərlənənlərin sayı 145 nəfərə çatıb
Tarix: 22-10-2025 10:01 | Bölmə: Karusel

Ulan-Udedəki "Nikolaevski" pərakəndə satış şəbəkəsində alınan hazır qidadan zəhərlənənlərin sayı 145 nəfərə çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlardan 79-u yetkinlik yaşına çatmayanlardır.
"Oktyabrın 22-si səhər saatlarına olan məlumata görə, 79-u uşaq olmaqla 145 yoluxma faktı qeydə alınıb. 76 nəfər, o cümlədən 47 uşaq xəstəxanaya yerləşdirilib", - qurumun açıqlamasında bildirilir.
Kəskin bağırsaq infeksiyası epidemiyası oktyabrın 19-da baş verib. İlkin məlumatlara görə, qurbanlar zəncirdən alınan şaurma və onigirini yeyiblər.
Faktla bağlı cinayət işi açılıb, istintaq çərçivəsində “Vostok” şirkətinin hazır qida məhsulları departamentinin istehsalat rəisi saxlanılaraq ev dustaqlığına buraxılıb.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər