09:35 / 22-10-2025
Əməkdar həkim vəfat etdi
Bütün xəbərlər
Litva Belarusla sərhəd keçidlərini bağlayır
Tarix: 22-10-2025 10:13 | Bölmə: Karusel

Litva Belarusla fəaliyyət göstərən bir neçə sərhəd keçid məntəqəsini bağlayıb. Bu barədə Belarus Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Agentliyin məlumatına görə, hazırda 1500-dən çox yük avtomobili bağlı keçidlərdə ölkədən çıxmaq üçün elektron növbəyə yazılıb.
"Bu gecə Litva nəqliyyatı bağlayıb: saat 3:00-dan [Moskva vaxtı ilə] Şalçininkay sərhəd-keçid məntəqəsi (Benyakoni Belarus tərəfi) və 5:00-dan Medininkay sərhəd keçidi (Kamennı Log) vasitəsilə", - mətbuat xidmətinin bəyanatında deyilir.
Agentlik onu da vurğulayıb ki, Belarus gömrüyü sərhəddə vəziyyətə nəzarət edir. Əlavə yeniləmələr elan ediləcək.
Litva əvvəllər Belarusla sərhəddəki keçid məntəqələrində “əjdaha dişləri” kimi tanınan piramida formalı tank əleyhinə maneələr quraşdırıb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər