Bütün xəbərlər
"Mash": Moskva vilayətinin meşələrində ayıların sayı bir ildə beş dəfə artıb
Tarix: 16-10-2025 14:17 | Bölmə: Digər

Telegram "Mash" kanalının məlumatına görə, Moskva vilayətinin meşələrində ayıların sayı 15-dən 80-ə qədər artıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər heyvanların izlərini Moskva vilayətinin kənarında - Zveniqorod, Odintsovo və Taldom yaxınlığında tapırlar. 2025-ci ildə insanlara iki hücum qeydə alınıb - Şaxovski və Mojayski rayonlarının sərhədində və Lotoşinski yaxınlığında.
Hər iki qurban sağ qalıb, lakin yerli sakinlər indi meşəyə girməyə qorxurlar.
Qeyd olunur ki, yırtıcıların populyasiyasının nəzarətsiz artımı onlar Moskva vilayətinin Qırmızı Kitabına daxil edildikdən və onların ovlanmasına qadağa qoyulduqdan sonra başlayıb. Bundan əlavə, ayıların qida zəncirində düşmənləri yoxdur.
Mütəxəssislər və ovçular ətraf mühitin mühafizə orqanlarının nəzarəti altında məhdud ova icazə verilməsini təklif ediblər.Onların fikrincə, söhbət məhvdən yox, tarazlığı qorumaqdan gedir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər