21:43 / 06-08-2026
Media: Yevgeniya Qutsul qadın həbsxanasına köçürülüb
21:39 / 06-08-2026
Ukraynanın keçmiş prezidenti Yuşşenko yeni vəzifəyə təyin edilib
21:35 / 06-08-2026
Litva Baltikyanı ölkələrə mümkün Ukrayna pilotsuz təyyarələrinin hücumunu elan edib
21:32 / 06-08-2026
Bir qız attraksiondan yıxıldı
21:15 / 06-08-2026
Keçmiş ÇSKA və "Spartak Moskva" futbolçusu Zabolotnı altı ay müddətinə diskvalifikasiya edildi
21:11 / 06-08-2026
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
21:05 / 06-08-2026
Zoopark işçisi ayının ona niyə hücum etdiyini izah etdi
21:00 / 06-08-2026
Xirosima merini ABŞ-dan bəhs etmədiyinə görə tənqid etdi
20:49 / 06-08-2026
Keçmiş Ali Rada üzvü Oleinik Umerovu ABŞ casusu adlandırır
20:42 / 06-08-2026
Stüardessanın baqajından 2 milyon rubl dəyərində 15 şüşə elit şərab tapılıb
20:36 / 06-08-2026
Xarici İşlər Nazirliyi Yerevanın Rusiyanı şantaj etmək cəhdlərinə münasibət bildirib
20:33 / 06-08-2026
Politoloq Hörmüz boğazında güzəştə gedəcəyi təqdirdə İran üçün riskləri qeyd edir
20:29 / 06-08-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiya ABŞ-ın atom bombalamalarına görə məsuliyyətini etiraf etməli olacaq
20:24 / 06-08-2026
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
20:21 / 06-08-2026
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
20:19 / 06-08-2026
Ermənistan Parlamentinin sədri Rusiyaya mal ixracı məsələsini qaldırdı
20:16 / 06-08-2026
Pit Heqsetin Siyasi İşlər üzrə Katibinin müavini Çinə dəvət ala bilmir
20:03 / 06-08-2026
Lavrov Rubioya bildirib ki, Kiyev Qərb olmadan terror hücumları həyata keçirə bilməzdi
20:00 / 06-08-2026
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
19:57 / 06-08-2026
NYT: Qərb müttəfiqləri Kiyevə raket təhvil verməkdə tərəddüd edirlər
19:53 / 06-08-2026
İrakli Kobaxidze Gürcüstanda rus turistlərin təhlükəsizliyinə zəmanət verdi
19:46 / 06-08-2026
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
21:09 / 05-08-2026
Nyu-York ölümcül xəstə sakinlər üçün evtanaziyanı qanuniləşdirib
21:06 / 05-08-2026
İtkin düşmüş təyyarənin pilotları ilə əlaqə saxlanılıb
21:02 / 05-08-2026
Cənubi Koreyada istidən 20-dən çox insan ölüb
20:56 / 05-08-2026
Roskosmos baş institutunda yanğın baş verib
20:53 / 05-08-2026
İspaniya 2030-cu il Dünya Kubokuna Mərakeşlə birgə ev sahibliyi etməkdən imtina edə bilər
20:51 / 05-08-2026
BMT: El-Ninyo 2027-ci ilin sonuna qədər daha 49 milyon insanı aclığa sürükləyə bilər
20:48 / 05-08-2026
Ölüm hökmünün Rusiyaya qaytarılmasını tələb etdi
20:35 / 05-08-2026
Sərxoş ata azyaşlı qızını döyüb
20:32 / 05-08-2026
DHL yük təyyarəsi Leypsiq üzərində naməlum əşya ilə toqquşub
20:22 / 05-08-2026
Taylandda oyun zamanı ildırım futbolçunu öldürdü
20:17 / 05-08-2026
Nasist döyməsi göstərdiyinə görə doqquz ay həbs cəzasına məhkum edilib
20:11 / 05-08-2026
FTB direktoru Rusiya və Çinlə əməkdaşlıqdan danışdı
20:06 / 05-08-2026
Kiyev kameraları 11 "İskəndər" raket zərbəsini qeydə alıb
20:04 / 05-08-2026
NYT: Rusiya ABŞ-ın "Patriot" raketləri üçün istehsal etdiyindən daha çox ballistik raketdən istifadə edir
Naxçıvan tarixi ilə bağlı araşdırmalar daha iki əsərdə əksini tapıb
Tarix: 15-11-2022 22:08 | Bölmə: Ədəbiyyat

Naxçıvan diyarının minilliklər boyu keçdiyi zəngin tarixi və mədəni inkişaf burada mövcud olan tarixi tikililər, memarlıq abidələri, aşkar olunan digər maddi mədəniyyət nümunələri sayəsində öyrənilir, ilbəil yeni faktlar işığında elmimiz zənginləşir.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun fəaliyyətinin əsas məqsədi məhz bu amala xidmət etmək, bölgənin şahidlik etdiyi tarixi dövrləri təfərrüatlı tədqiq etməkdən ibarətdir.
Yenicə işıq üzü görən “Naxçıvan tarixindən səhifələr” kitabı və “Naxçıvan arxeologiyası yeni tapıntılar işığında” monoqrafiyası bu məramın davamıdır.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2022-ci ilə dair nəşr planına əsasən çap olunan hər iki əsər “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda nəşrdən çıxıb.
Naxçıvan tarixindən səhifələr. Kitabda AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin Naxçıvan bölgəsinin orta əsrlər dövrü tarix və mədəniyyəti, bəzi memarlıq abidələri, orta əsrlər zamanı ərazidə fəaliyyət göstərən sosial, siyasi və ideoloji mərkəzlərin tədqiqinə, erməni vandallarının törətdikləri vəhşiliklərə həsr etdiyi məqalələri toplanıb.
Akademik İsmayıl Hacıyevin elmi redaktorluğu, dosentlər Elbrus İsayev və İlhami Əliyevin rəyləri əsasında çapdan çıxan kitabın ərsəyə gəlməsində 150-dən artıq elmi mənbədən istifadə olunub.Kitab ön söz, üç bölmə, ədəbiyyat və foto-şəkillər albomundan ibarətdir.
Müəllif kitabın “Naxçıvanın orta əsrlər tarixinə dair” adlanan birinci bölməsinə 5 yarımbölmə daxil edib. “Müsəlman intibahi dövründə Naxçıvan bölgəsində inşa edilmiş bəzi memarlıq abidələri haqqında” başlıqlı ilk yarımbölmədə hələ erkən orta əsrlər dövründə Naxçıvanın Azərbaycanın əhəmiyyətli ictimai-siyasi və mədəniyyət mərkəzlərindən biri olması faktı vurğulanır. Orta əsr Naxçıvan sənətkarlarının yerli memarlıq ənənələrini ümumislam mədəniyyətinə xas çalarlarla zənginləşdirməsindən, Azərbaycan memarlığının Naxçıvandakı möhtəşəm nümunələrindən bəhs olunur.
Növbəti yarımbölmədə Hülakülər dövlətinin sahib-divanı olmuş Şəmsəddin Məhəmməd Cüvеyninin Naxçıvanla sıx əlaqələrindən, burada еlm, təhsil və mədəniyyətin inkişafı üçün həyata kеçirdiyi tədbirlərdəndanışılır. Alim həmçinin Hülakülər dövrünün məşhur şairi, tarixçi və coğrafiyaşünas Həmdullah Qəzvininin “Nüzhət əl-Qülub” (“Qəlblərin əyləncəsi”) əsərində Naxçıvan haqqında verdiyi məlumatları diqqətə çatdırır, bölgədəki xanəgahlar, ziyarətgahlar, məscidlər və mədrəsələrdən bəhs edir.
“Babək rayonu: bölgə tarixinə qısa bir baxış” adlı sonuncu yarımbölmə isərayonuntarixini, buradakı arxeoloji abidələr və onların öyrənilməsini, habelə müasir inkişafını əhatə edir.
Kitabın ikinci bölməsi “Naxçıvanın memarlıq abidələrinin Azərbaycan tarixində yeri” adlanır. Buraya “Qarabağlar türbəsini inşa etdirən qadın kim olub”, “Naxçıvanda hürufiliklə bağlı mərkəz – Əlincəçay xanəgahı”, “Əlincənin Teymurilərdən müdafiəsinə rəhbərlik etmiş qala rəisləri”kimi başlıqlar daxildir.
Kitabın üçüncü bölməsində ermənilərin Naxçıvan ərazisinə köçürülməsi və məskunlaşdırılması, Naxçıvan əhalisinin həmin köçürməyə etirazı, xalqın haqlı mübarizəsinə işıq tutulur.“Ermənilərin Naxçıvanda törətdikləri vəhşiliklər” adlanan sonuncu bölməyə xarabaya çevrilmiş bir sıra yaşayış məskənlərimiz, tarixi abidələrimiz, yandırılmış məscidlər haqqında məqalələr də daxil edilmişdir.
Əsərin “Qədim Azərbaycan torpağı – Zəngəzur” başlıqlı sonuncu yarımbölməsində isə Azərbaycanın tarixən əhatə etdiyi ərazilər, Gülüstan və Türkmənçaymüqavilələrindən sonrakı vəziyyət, eləcə də Xalq Cümhuriyyəti dövründə torpaqlarımızın məqsədli şəkildə ermənilərə güzəştə gedilməsi, heç bir əsas olmadan Qarabağ və Zəngəzurun “mübahisəli ərazilər” elan olunması və başqa məsələlərə işıq tutulur.
Kitabın sonuna əlavə edilmiş albomda məqalələrdə adı çəkilən bir sıra abidə və kitabənin, Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri, eləcə də erməni vandalları tərəfindən məhv edilmiş məzarüstü abidələrdən bəzilərinin foto-şəkilləri yer alıb.
Gələcəkdə çoxcildlik kimi nəzərdə tutulan “Naxçıvan tarixindən səhifələr” bu silsilədən olan birinci kitabdır.
***
Naxçıvan arxeologiyası yeni tapıntılar işığında. AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin “Naxçıvan arxeologiyası yeni tapıntılar işığında” adlımonoqrafiyası alimin illərdir apardığı araşdırmaların yeni fakt və məlumatlarla təkmilləşdirilmiş nəşridir. Elmi məlumatların Azərbaycan dili ilə yanaşı ingilis dilinə də tərcümə olunaraq əsərə əlavə olunması Naxçıvan arxeologiyası ilə bağlı ən son yeniliklərin beynəlxalq səviyyədə bəyanı baxımından önəmlidir.
Monoqrafiya ulu öndər Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən, abidələri özündə cəmləşdirən bir diyardır” fikri və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixli Sərəncamının mətni ilə başlayır.
Giriş və 13 başlıqdan ibarət əsərin elmi redaktoru professor Qüdrət İsmayılzadə, rəyçiləri isə professor Abbas Seyidov və dosent Bəhlul İbrahimovdur.
Monoqrafiyada ilk insan məskənlərindən başlayaraq Naxçıvanın qədim abidələri, həmin abidələrdən aşkar olunmuş arxeoloji materiallar araşdırılmış, Naxçıvan arxeologiyasının müxtəlif dövrləri, ölkəmizin qədim sakinlərinin iqtisadimədəni əlaqələri, özünəməxsus mədəniyyəti öz əksini tapmışdır. Burada Naxçıvan abidələrinin arxeoloji tədqiqi tarixinə nəzər salınmış, dövrlər üzrə tədqiqatlar sistemləşdirilmiş, davamlı və ardıcıl araşdırmalar nəticəsində aşkar olunan mühüm elmi yeniliklər şərh olunmuşdur.
Arxeoloji tədqiqatların Naxçıvanda formalaşan qədim mədəniyyətlərin Azərbaycanda formalaşmış mədəniyyətlərin tərkib hissəsi və onun ayrılmaz bir parçası olduğunu təsdiq etdiyini diqqətə çatdıran müəllif monoqrafiyada Mezolit, Dalmatəpə, Ovçulartəpəsi, Kür-Araz, Boyalı qablar, Xocalı-Gədəbəy mədəniyyətlərinin Naxçıvandakı izlərini nəzərdən keçirmişdir.
Tapılan maddi mədəniyyət nümunələrinin foto-şəkillərinin, abidələrin ümumi planının, materialların qrafik təsvirlərinin, mikroskopik analizlərindən görüntülərin monoqrafiyaya əlavə olunması əsərin ehtiva etdiyi məlumatların vizual qavranılmasında xüsusi rola malikdir. 300 elmi mənbəyə istinadların mövcud olduğu monoqrafiya Naxçıvan arxeologiyasının keçdiyi inkişaf yolunu izləmək baxımından böyük önəm daşıyır.
Monoqrafiya mütəxəssislər, universitet tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Sabaha-inamla.az
Baxış sayı: 1 110
Bölməyə aid digər xəbərlər

1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR