Bütün xəbərlər
"Parisien": Luvr yaxınlığında tapılan İmperator Yevgeninin oğurlanmış tacı
Tarix: 19-10-2025 15:11 | Bölmə: Karusel

Parisdə Luvr muzeyində baş verən oğurluq hadisəsindən sonra oğurlanmış eksponatlardan biri düz küçədə tapılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, ehtimal ki, III Napoleonun həyat yoldaşı olan İmperator Yevgeninin tacıdır. Bu barədə “Le Parisien” öz mənbələrinə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları muzeyin binasını mühasirəyə alıb və bütün əməkdaşları təxliyə ediblər. Sena sahili də bağlanıb.
“İlkin məlumatlara görə, tapılan şey imperatriça Eugénie-nin sınıq tacıdır”, - "Le Parisien" müxbiri bildirib.
Daha əvvəl bildirilmişdi ki, oğrular Luvr muzeyini oktyabrın 19-da səhər saatlarında, muzey bağlı olarkən qarət ediblər.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər
10-10-2025, 08:58 Zəlzələ baş verib
10-10-2025, 08:45 Sənaye binası yanıb