09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Tarix: 10-10-2025 18:39 | Bölmə: Sosial

oqtay-sireliyevin-yerine-bas-direktor-secildi


“Respublika Diaqnostika Mərkəzi” ASC-yə yeni baş direktor seçilib.
“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, xəstəxananın baş direktoru vəzifəsinə Vəzirov Rəşid Şamil oğlu gətirilib. 
Qeyd edək ki, R.Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 2021-ci ilin sentyabrından sabiq səhiyyə naziri Oqtay Şirəliyev “Respublika Diaqnostika Mərkəzi” ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib. 
O.Şirəliyevin vəfatından sonra oktyabrın 9-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib. 



Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər