Bütün xəbərlər
Messi karyerasında 60-cı het-trikə imza ataraq MLS-in bombardiri oldu
Tarix: 19-10-2025 12:25 | Bölmə: Manşet

"İnter Mayami"də çıxış edən argentinalı futbolçu Lionel Messi "Neşvill" ilə matçda 3 qol vuraraq karyerasında 60-cı het-trikini qazanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Neşvill"lə matçda 38 yaşlı Messi üç qol vuraraq karyerasında 60-cı het-trikini qazanıb. Matç 5:2 hesabı ilə "İnter Mayami"nin xeyrinə başa çatıb.
Messi Major League Soccer (MLS) müntəzəm mövsümünün ən yaxşı bombardiri oldu. Argentinalı futbolçu adi mövsümdə 29 qol vurub.
Messinin klubu Şərq Konfransında üçüncü yeri tutaraq pley-offa vəsiqə qazanıb. "İnter Mayami" oktyabrın 24-də Mayamidə ilk turda "Neşvill" ilə qarşılaşacaq.
Messi karyerasında 1130 oyunda 889 qol vurub.
İyul ayında Messi 765 qolla portuqaliyalı Kriştiano Ronaldonu ötərək penaltisiz vurulan qollara görə bütün zamanların rekordçusu oldu.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər