12:07 / 26-08-2026
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
09:43 / 26-08-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
19:17 / 25-08-2026
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
15:57 / 25-08-2026
26 Avqust - Laçın şəhəri günü
20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
Vüqar Rəhimzadə: "Ümummilli Lider müstəqilliyimizi əbədi və dönməz etdi"
Tarix: 18-10-2025 10:43 | Bölmə: Manşet

Qalib, yenilməz və məğrur Azərbaycan xalqı müstəqilliyimizin bərpasının 34-cü ildönümünü qeyd edir. Bayram günlərinin, əlamətdar hadisələrin bir hesabat xarakteri daşıdığını nəzərə alanda son 34 illik tariximizi vərəqləmək bir zərurət kimi qarşıda dayanır. 1991-ci ilin 18 oktyabr tarixində Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Müstəqilliyimizin bərpasının ilk illəri faciəli dövr kimi xarakterizə edilir. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının fonunda azərbaycanlılar tarixi Qərbi Azərbaycan torpaqlarından və Qarabağdan kütləvi şəkildə qovulurdular. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal edilməsi böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmadı, nizami ordu yaradılmadı, cəmiyyətdə milli həmrəylik, birlik yox idi. AXC-Müsavat cütlüyünün hakimiyyəti qanunsuz yolla zəbt etməsi vəziyyəti daha da ağırlaşdırdı. Onların bir illik hakimiyyəti çağdaş tariximizdə rüsvayçılıq, fəlakət dövrü kimi yer alıb. Hakimiyyəti zor gücünə zəbt edən AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı.
Həmin dövrdə Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. Korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr xalqa meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzir, insanları incidirdi. Baxmayaraq ki, Qarabağda işğalçı Ermənistan ilə qanlı döyüşlər gedirdi, bütün bunlar azmış kimi AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhərində qardaş qanı axıdıldı. Cəmi bir illik hakimiyyətləri dövründə AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Əgər o vaxt xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən silinəcəkdi.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Məhz Onun zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm əsaslar üzərində yeni inkişaf yoluna başladı. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyini təmin etmək üçün atdığı addımları qısqanclıqla qarşılayanlar 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər etdilər. Lakin Heydər Əliyev-xalq birliyi sayəsində dövlət çevrilişlərinə cəhdlərin qarşısı qətiyyətlə alındı. Bir daha sübut olundu ki, xalqa arxalanan Lider dövlətçiliyi qorumağa qadirdir. Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev onu qorumağı hər kəsin vətəndaşlıq borcu hesab edirdi. Sabitlik hər bir inkişafın əsası kimi öndə saxlanıldı. Ölkəmizin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməsi dünya iqtisadi sisteminə inteqrasiyanı sürətləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana iqtisadi və siyasi dividend qazandırdı. Azərbaycana inam artdı, ölkəmiz yeni dostlar, tərəfdaşlar qazandı. “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizi layihəsinin təməlinin qoyulması, 23 illiyində “Yeni əsrin müqaviləsi”nin imzalanması bunun bariz nümunəsidir. Ölkəmizin dayanıqlı inkişafı üçün geniş imkanlar yarandı. 1999-cu ildə yaradılan Dövlət Neft Fondu neft gəlirlərindən səmərəli istifadəni təmin etdi. İqtisadi strategiyanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanması neft gəlirlərinin idarə olunmasında şəffaflığa, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlara yol açdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların tribunasından gəldi. Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdə oldu. Ümummilli Lider Heydər Əliyev keçmiş Qarabağ problemini beynəlxalq təşkilatların gündəliyinə gətirdi. Həqiqətlərimiz təkzibolunmaz faktlar əsasında dünya ictimaiyyətinə çatdırıldı. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdə oldu. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etdi ki, Vətən birdir, hər birimiz bu Vətən üçün çalışmalıyıq. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini, həmrəyliyini təmin etmək üçün 2001-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və ölkədə bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. 1993-2003-cü illərdə xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Milli Məclisin deputatı qeyd edib ki, 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhkəm təməl üzərində siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqiyə, inkişafa nail oldu. Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü dövlətimizin beynəlxalq arenada aparıcı yerinin və rolunun təsdiqidir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan ən islahatçı, yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruyur.
Vüqar Rəhimzadə bildirib ki, tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası Azərbaycanın 1993-cü ilin iyunundan başlanan inkişaf yolunun təntənəsidir. Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, Azərbaycan Bayrağının Şuşada, Xankəndidə və digər azad olunmuş ərazilərimizdə dalğalanması idi. Artıq bu arzu reallığa çevrilib. Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı daha da gücləndirdi, qələbəyə doğru inamla apardı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix Zəfər Günü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edildiyi gün-20 sentyabr Dövlət Suverenliyi Günü kimi tarixə yazıldı.
Artıq işğaldan azad olunmuş ərazilərimizə yeni həyat qayıdıb. Bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Qalib, bütöv Azərbaycanın qarşısında yeni imkanlar açılır. Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirərək uğurları, Zəfərləri ilə hər kəsi heyrətləndirir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, azad edilmiş ərazilərimiz beynəlxalq mərkəzə çevrilib. Qlobal problemlərin bu məkanlarda müzakirə edilməsi Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinə verilən dəstəyin ifadəsidir. Tarixi Zəfərimizin reallıqları fonunda Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərdən biri 2021-ci il oktyabrın 15-də Milli Məclisin “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləməsidir. Qanuna əsasən, hər il mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi bayram edilir.
Baxış sayı: 203
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.