Bütün xəbərlər
Ekspert Uolter: "ABŞ-da vətəndaş müharibəsi riski 20 ildən sonra 80%-ə çata bilər"
Tarix: 18-10-2025 10:55 | Bölmə: Manşet

ABŞ-da vətəndaş müharibəsi riski yaxın iki onillikdə 80%-ə çata bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə amerikalı yazıçı və sosioloq Barbara Uolter “Rossiya 24” telekanalında bildirib.
Onun sözlərinə görə, ABŞ hazırda “qismən demokratiya” mərhələsindədir, burada sistem nə açıq, nə də tam qapalıdır.
"Politoloqlar ABŞ kimi ölkələrdə böyük sabitliyin pozulmasının illik riskini təqribən 4% qiymətləndirirlər. Lakin bu risk kumulyativ xarakter daşıyır. 10 ildən sonra ehtimal 40%, 20 ildən sonra isə 80% təşkil edir", - Valter qeyd edib.
Bir müddət əvvəl “Vahid Rusiya” fraksiyasının rəhbərinin müavini Andrey İsayev bəyan etmişdi ki, hibrid vətəndaş müharibəsi getdikcə ABŞ və Avropanı bürüyür. O izah edib ki, ABŞ-da hakimiyyətini itirmiş, lakin Avropada ondan yapışan liberal qlobalistlərlə ənənəvi dəyərlərə yönümlü mühafizəkar qüvvələr arasında vətəndaş müharibəsi gedir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər