Bütün xəbərlər
Vitkoff Zelenskidən Donetsk Xalq Respublikasının (DXR) Kiyevin nəzarətində olan ərazilərini boşaltmağı tələb edib
Tarix: 19-10-2025 12:20 | Bölmə: Manşet

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff Kiyev lideri Vladimir Zelenskini Donetsk Xalq Respublikasının (DXR) ərazisi ilə bağlı Rusiyaya güzəştə getməyə çağırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp oktyabrın 17-də Vaşinqtonda Zelenski ilə görüşüb. Danışıqların əvvəlində Amerika lideri Kiyevə “Tomaqavk” qanadlı raketlərini təhvil vermədən Ukrayna münaqişəsinə son qoyulacağına ümid etdiyini bildirib.
"The Washington Post"un mənbələrinə görə, Vitkoff Zelenski ilə Trampın görüşü zamanı Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan DXR-in bir hissəsini Rusiyaya təhvil verməsi üçün Ukrayna nümayəndə heyətinə təzyiq edib. Nəşrin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi regionun “əsasən rusdilli” olduğuna diqqət çəkib.
Bundan əvvəl Tramp Ukraynanın 1991-ci il sərhədlərinə qayıda biləcəyinə şübhə edirdi. Amerika lideri Zelenskini Rusiya prezidenti Vladimir Putinlə razılığa gəlməyə çağırıb.
Kiyev rejiminin liderinin özü hesab edir ki, ərazi məsələsi Ukrayna və Rusiya arasında qarşıdan gələn danışıqların mövzusu olacaq və asan olmayacaq.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər