14:24 / 01-07-2025
Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin rəisi saxlanılıb
14:20 / 01-07-2025
Pikap sənətçisi Leslinin davamçısı xırda xuliqanlıqda günahlandırıldı
11:16 / 01-07-2025
“Mançester Siti” “Əl-Hilal”a məğlub olaraq klublararası dünya çempionatını tərk edib
11:13 / 01-07-2025
Məsciddə terror aktı hazırlayan yeniyetmə saxlanılıb
11:10 / 01-07-2025
Şəhər ətrafında gəzən ayı zərərsizləşdirilib
11:07 / 01-07-2025
Ağacın aşması nəticəsində xəsarət alıb
11:04 / 01-07-2025
Su İdmanı Federasiyasının suya tullanma üzrə Avropa çempionatında hakimliklə bağlı sualları var
11:01 / 01-07-2025
Kameralar və satıcılar qarşısında utanmadan zərgərlik mağazasını qarət edib
10:57 / 01-07-2025
Kollec direktoru 1,3 milyon rubldan çox rüşvətə görə mühakimə olunacaq
10:54 / 01-07-2025
FSB: Ukrayna Silahlı Qüvvələri BMT Konvensiyasının qadağan etdiyi kimyəvi silahlardan istifadə edir
10:51 / 01-07-2025
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə gəlib
10:03 / 01-07-2025
Uzaq dağlıq ərazilərdə meşə yanğınları ilə mübarizə aparırlar
10:00 / 01-07-2025
Tramp Maska “dükanı bağlamağı və Cənubi Afrikaya evə getməyi” tövsiyə edib
09:55 / 01-07-2025
Bir nəfər tarlada qumbara tapıb
23:45 / 30-06-2025
Ağ Ev: Tramp Suriyaya qarşı sanksiyaları ləğv edən sərəncam imzalayacaq
22:04 / 30-06-2025
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
22:00 / 30-06-2025
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
21:53 / 30-06-2025
Orban: "NATO üzvlərinin əksəriyyəti Rusiya ilə münaqişə etmək istəmir"
21:48 / 30-06-2025
Mişustin Aleksey Lavrovu Rusiya Federasiyası maliyyə nazirinin müavini vəzifəsindən azad edib
21:43 / 30-06-2025
Ərdoğan: "NATO-nun 2026-cı il sammiti iyulda Ankarada keçiriləcək"
20:31 / 30-06-2025
Vüqar Rəhimzadə: "Rusiyada digər millətlərə qarşı şovinizm, diskriminasiya siyasəti sistemli hal alıb"
20:30 / 30-06-2025
Tramp "Forbes" redaktorlarını “iyrənc insanlar” adlandırdı
20:25 / 30-06-2025
"Soyuz-2.1a" raketində "Apollon-Soyuz" simvolu ROSKOSMOS daşıyır
20:21 / 30-06-2025
Rostov AES-in 4-cü bloku təmirdən sonra qrafikdən əvvəl şəbəkəyə qoşulub
20:04 / 30-06-2025
BMT 170 məhbusun işgəncəyə məruz qaldığını qeyd edib
19:55 / 30-06-2025
Uşağı öldürən taksi sürücüsü ev dustaqlığına buraxılıb
19:52 / 30-06-2025
Rusiyanın sərbəst güləş üzrə yığmasının keçmiş məşqçisi SVO zonasında dünyasını dəyişib
15:37 / 30-06-2025
Qılınkarov: "Rusiya və Ukrayna münaqişənin payıza qədər dayandırılması ilə bağlı razılığa gələ bilməyəcəklər"
15:34 / 30-06-2025
Tramp uşaqlara gender terapiyası verən xəstəxanaları maliyyələşdirməyi dayandıra bilər
14:57 / 30-06-2025
Keçmiş universitet rektoru vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 4,5 il şərti azadlıqdan məhrum edilib
14:54 / 30-06-2025
Alman siyasətçisi Şmidt: "Almaniya hakimiyyəti artıq açıq şəkildə Rusiya ilə müharibəyə hazırlaşmaqdan danışır"
14:50 / 30-06-2025
Peskov: "Serbiyaya misli görünməmiş təzyiqlər edilir
14:43 / 30-06-2025
Kreml Azərbaycanın Yekaterinburq hadisələrindən sonra verdiyi qərarlardan təəssüflənir
14:40 / 30-06-2025
Peskov: "Moskva Bakıya azərbaycanlıların Rusiyada saxlanmasının səbəblərini izah edəcək"
14:35 / 30-06-2025
Moskalkova Rusiya Federasiyasının Baş Prokurorluğundan Yekaterinburqda saxlanmaların yoxlanılmasını istəyib
1918-ci ilin müsəlman soyqırımlarının bədii ədəbiyyatda əksi-AYGÜN ORUCOVA
Tarix: 30-03-2022 23:59 | Bölmə: Ədəbiyyat

1918-ci ilin mart hadisələri zamanı Bakının və ətraf rayonların İnqilabi Müdafiə Komitəsinə başçılıq edən S.Şaumyanın başçılığı ilə sinfi mübarizə adıyla öz vəhşiliklərini pərdələməyə çalışanlar Bakıda “Təzə pir” məscidi, “Bakının bəzəyi və Bakı müsəlmanlarının iftixarı olan” “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını, “Açıq söz” qəzeti idarəsini, “Kaspi” qəzetinin mətbəəsini yandırmış, amansızlıqla dağıtmış, silahsız və günahsız insanları xüsusi qəddarlıqla, tarixdə misli görülməmiş faciəvi şəkildə qətlə yetirmiş, ziyalıların bir çoxu məhv və ya həbs etmişdilər. Türkiyə Ermənistanı yaratmağı planlayan belə dəhşətli soyqırım Şamaxı, Lənkəran, Salyan, Quba, Kürdəmirdə, həmçinin Qars və İrəvan vilayətlərində də həyata keçirilmişdir. Qars vilayətindəki müsəlmanların vəziyyətini Romalı mühacirlər belə təsvir etmişlər: “Erməni əsgəri qitələri və müsəlləh erməni qaçqınları rəhgüzarlarındakı müsəlman köylərini yer üzündən silərək hər bir şeyi atəş və qılıncdan keçiriyor və təsəvvürü-naqabil bir dəhşət və fəlakətə düçar ediyorlardı”.
Erməni vandalizmi, 1918-ci ilin köhnə təqvimlə martın 17-də, indiki təqvimlə 31-də erməni “Daşnaksütyun” partiyasının Bakı “Soveti” ilə hərbi ittifaqa girərək türk-müsəlmanların kütləvi şəkildə soyqırımı, törədilmiş dəhşətli faciələr, insanlıq adına ləkə gətirən soyqırım amansızlığı, xalqın sonsuz kədəri ilk növbədə bu dövrün tarixi mənbələrində, daha sonra mətbuatında və bədii ədəbiyyatında öz ifadəsini tapmışdır. Bu ümumxalq faciəsinin müxtəlif məqamlarını əks etdirən Cəlil Məmmədquluzadənin “Kamança” pyesi, Qurban Səidin “Əli və Nino” romanı, Seyid Hüseynin “İsmailiyyə” hekayəsi, Cəfər Cabbarlının “Əhməd və Qumru” hekayəsi, “Dur, ey xar olan millət” mərsiyəsi, Hacı Səlim Səyyahın “Mart ayı” şeiri, Əlabbas Müznibin “Fəryad” şeiri, Məhəmməd Hadinin “Şühadeyi hürriyyətimizin ərvahinə ithaf” şeiri, Türkiyəyə mühacirət etmiş yazıçı Məmməd Altunbayın Gəncədəki soyqırım hadisələri və sovet dövrünə dair xatirələrindən ibarət “Azadlığa uçan türk” əsəri və digər müəllif şahidliyi əsasında qələmə alınmış əsərləri qəhərsiz, həyəcansız oxumaq mümkün deyil. Ziddiyyətlərlə dolu, son dərəcə mürəkkəb və qarışıq, müharibə və soyqırımlarla yaddaşlara yazılan XX əsrin əvvəllərində yaşamış adlarını qeyd etdiyimiz bu ədiblərdən daha çox Cəfər Cabbarlının yaradıcılığında – 1919-cu ildə tamaşaya qoyulmuş “Bakı müharibəsi”ndə, nəsr və lirik əsərlərində bu mövzu bir ana xətt olaraq keçmişdir. İlk növbədə məhz o səbəbdən ki, bu müəlliflərin əksəriyyəti kimi 19 yaşlı gənc Cəfər Cabbarlı həmin faciənin bilavasitə şahidi olmuş və on minlərlə insan onun gözləri önündə işgəncələrə məruz qoyulmuş, xüsusi amansızlıqla qətlə yetirilmişdir. Cabbarlı həyatı və bədii irsinin layiqli tədqiqatçısı, “Susmaz duyğuların səltənətində”, “Cəfər Cabbarlı: həyatı və mühiti”, “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” və s. tədqiqatların müəllifi, professor Asif Rüstəmli yazmışdır: “Təşvişə düşmüş əhali imdad üçün “İsmailiyyə” – Xeyriyyə Cəmiyyətinin binasına yığışır. Qanlı qırğınların müəllifləri İçərişəhəri, mədəniyyət abidələrini, məktəbləri, məscidləri, mətbəələri, əhalinin sıx yaşayış yerlərini hədəf seçmişdilər. Dənizdən atılan tоp mərmiləri Çəmbərəkəndə və C.Cabbarlının yaşadığı məhəlləyə də yağış kimi yağırdı”. Bu qeydlərdən aydın olur ki, onlar qadınları, uşaq və qocaları sığınacaqlarda gizlətməyə məcbur qalmış və daha sonra Xızıya köçürmüş, yolda dəfələrlə güllə yağışına düşmüşlər. Cəfər Cabbarlının özü və ailə üzvləri də, tənqidçi, nasir, jurnalist Seyid Hüseyn də, “Əli və Nino” əsərinin müəllifi Qurban Səid də, böyük romantik ədib Hüseyn Cavid də bir təsadüf nəticəsində ölüm kabusundan xilas ola bilmişlər.
Cabbarlışünas alim Asif Rüstəmlinin qeyd etdiyi kimi, Cəfər Cabbarlı bu zaman qətlə yetirilmiş insanların simasında öz xalqının faciəsinə, matəminə şərik çıxaraq “Dur, ey xar olan millət” adlı bir mərsiyə yazmışdır: “Dərvişlər, əsasən gənclər bu mərsiyəni şəhidlərin 7-də və 40-da məscidlərdə və küçələrdə günahsız qurbanlar üçün göz yaşı tökmək, əslində isə xalqı maskalı düşmənə qarşı səfərbərliyə çağırmaq məqsədilə оxuyurdular:
Gülzari-vətən sоldu,
Millət xari-zar оldu,
Hamı payimal оldu,
Dur, ey xar оlan millət.
Bir yanda ədu cəllad,
Bir yan naləvü-fəryad,
Оl bu zülmdən azad,
Dur, ey xar оlan millət.
Əl çək bu həqarətdən,
Qurtar bu əsarətdən,
Xar оl bu xəcalətdən,
Dur, ey xar оlan millət”.
Şeir şəxsi deyil, bütün xalqı əhatə edən kədər, qəm, qüssə, həm də qəzəb, düşmənə nifrət hissinin ifadəsini tapdığı ictimai məzmunlu mərsiyədir. Əsrin əvvəllərində dahi ədib, böyük Turançı Əli bəy Hüseynzadə “Vətənin əbədi bir kədər səhnəsinə çevrildiyi çağda” yazdığı və ilk dəfə 1904-cü ildə “A.Turani” imzası ilə Misirdə çıxan “Türk” qəzetində, 1906-cı ildə Bakıda – “Dəbistan” jurnalında, sonra digər mətbuat orqanlarında dərc olunan “Hali-vətən” şeirində də eyni düşməndən və onun məkrli planlarından bəhs edir və xalqı ancaq və ancaq birləşməyə çağırırdı əslində:
Ədu qırır qapıyı,
Biz evdə bixəbəriz.
Nə başqa-başqalarız,
Nə ittihad edəriz.
İstedadlı sənətkar Cəfər Cabbarlının “Əhməd və Qumru” hekayəsi xüsusilə, yığcamlığı, maraqlı süjet quruluşu, təsirliliyi, çox güclü bədii təzadları, az sözlə yaradılmış yüksək kədər və həyəcan hissinin məharətlə bədii əksi ilə diqqəti cəlb edir. İlk baxışda əsər iki gəncin ülvi məhəbbəti və onların xoşbəxt gələcəkləri haqqında qurduqları xəyallardan bəhs edən məhəbbət mövzusunda bir hekayə təsiri bağışlayır. İki gəncin faciəvi taleyi fonunda ümumxalq faciəsi əsərdə böyük ustalıqla ümumiləşdirilmişdir. Gənclərin bütün planlarının, xəyallarının puç olması bircə anın içində, tamamilə məsum və heç bir səbəbi olmadan baş verən bir faciənin nəticəsində baş verir. Amansız soyqırımı hadisəsinin özünün və təfərrüatlarının əsərdə təqdiminə ehtiyac belə duymadan müəllif xoşbəxt ikən bədbəxt, zənginkən son dərəcə fəqir, gün çörəyinə möhtac hala salınmış və üstəgəl sapsağlam vücuda malikkən bədən üzvlərini belə itirmiş iki insanın timsalında nəticələrini təsvir edir. Vətənpərvər ədib heç də təsadüfi olmayaraq, bu iki gənci bir neçə həftə öncə Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən sayılan, indi ancaq qapqara divarları qalmış “İsmailiyyə” binasının qarşısında görüşdürür. Soyqırıma məruz qoyulan təkcə günahsız xalq, qadın, körpə, qoca deyil, həm də türk-Azərbaycan xalqının mədəniyyəti, mədəni ocaqları, elm adamları, ziyalıları, hərbiçiləri olmasını bir daha yaddaşlara əbədi həkk etmək məqsədilə. Təbii ki, ən acınacaqlısı və bərpa oluna bilməyəni insanlara vurulmuş ziyanlar idi. Faciədən sonra hər iki gənc şikəst və başqalarının həm maddi, həm də fiziki yardımına möhtac vəziyyətdədirlər. Hekayənin Qumrunun dilindən verilmiş son cümlələri rəsmən ürəkləri parçalayır: “Əhməd! Atamı, anamı öldürdülər, evimizi dağıtdılar, yalnız bən qaldım” – deyə nə üçünsə bir qоlunu qaldırdı. Kim bilir bəlkə də sevdiyini qucmaq istəyirdi. Amma bunu yapmadı. Daha dоğrusu, yapammadı, zira yazıq Qumrunun martda bir qоlu kəsilmiş, yalnız bir qоlciyəzi varmış”.
Cəfər Cabbarlının 1923-cü ildə həbsi zamanı müsadirə olunmuş, bu gün də əlimizdə olmayan əsərlərindən biri olan, bəzi tədqiqatçıların tarixi dram, bəzilərinin faciə hesab etdiyi 5 pərdə, 7 şəkildən ibarət “Bakı müharibəsi” əsəri də 1918-ci ildə türkçülüyün mərkəzi şəhərində törədilmiş mart soyqırımından, Bakı şəhərinin xilasından və Nuru Paşanın qəhrəmanlığından bəhs edir. “Bəsirət” qəzeti 1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Teatrında bu əsərin tamaşaya qoyulacağı haqqında elan vermişdir: “Həmin faciədə Bakı şəhərində mart hadiseyi-ələmiyyəsindən sonra müsəlmanlara edilən zülm göstəriləcəkdir. Faciədə iştirak edəcəklər: Nuru Paşa, Mürsəl Paşa, Məhəmməd Tofiq bəy, Nuru Paşanın cəbhədə olması və Bakıya hucum planı yapılması göstəriləcəkdir. Bu faciə Bakının mart hadiseyi-ələmiyyəsindən ta xilas olana qədər nə günlər gördüyü müfəssəl surətdə göstəriləcəkdir”. “Bakı müharibəsi” - əzəli və əbədi qardaş Türkiyə xalqının yaxın keçmişinə istedadlı gənc dramaturq Cəfər Cabbarlının həsr etdiyi trilogiyanın – “Ulduz” və “Ədirnə fəthi” pyeslərindən sonra üçüncü dəyərli hissəsidir.
1919-cu ildə onu da qeyd edək ki, daha iki əsər də tamaşaya qoyulmuşdur: bunlardan biri “Nəfi-elm və yaxud elmin sonu”, “İki inqilab arasında”, 1927-ci ildə İstanbulda “Azərbaycan misaqi-millisi: 28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili”, “Ermənilər və İran” kitabları çap olunmuş, “bu gün Kəbeyi-müqəddəsiniz olan vətəninizi azad ediniz... Sizi bir insan olaraq vətən yaşadar. Sizin diliniz, sizin irz və namusunuz yenə vətəniniz içində səlamət qala bilər – fikirlərinin müəllifi demokratiya mübarizi, vətənpərvər ədib Mirzə Bala Məmmədzadənin “Bakı uğrunda mübarizə” əsəridir. Üçüncü əsər isə 1919-cu il oktyabrın 24-də tamaşaya qoyulmuş İsa bəy Aşurbəyovun tarixi mövzuda yazıldığına dair qeyddən savayı əlimizdə başqa məlumat olmayan “Azərbay və Can” tarixi pyesidir. Professor İlham Rəhimli “Azərbaycan teatrı haqqında yanlış bildiyimiz dörd fakt” məqaləsində əsərin adının bir neçə cür yazılması məsələsinə belə aydınlıq gətirmişdir: “Bəzi tədqiqatçılar əsərin adını “Azər - Baycan”, “Azər - bay - can” kimi təqdim edirlər. Yanlışdır. Bu, iki obrazdır. Azərbay rolunu Yeva Olenskaya, Aleksandra Olenskaya, Panfiliya Tanailidi, Can obrazını isə Xəlil Hüseynov və Həsən Səbri ifa edirdilər”.
XX əsr Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi, həm lirik, həm də satirik məzmunlu şeirlər müəllifi, rənglərlə yaşayan şair Səməd Mənsurun:
Bizim də ölkədə Əhməd, gələr bir oylə zaman,
Hüquqa malik olur millət, gülür vətənim -
misralarında bütöv yaradıcılığında olduğu kimi, vətəndaşlıq mövqeyi, vətənin azad olacağına sonsuz inam ifadə olunmuşdur. Filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli əsasən, mollanəsrəddinçi, satirik şair kimi tanınan Səməd Mənsurun “Qaçmaq günüdür”, “Hazırlıq” və s. satiralarında ermənilərin törətdiyi qətl və qarətlərin bədii əksini tapdığını vurğulamışdır. Qeyd edək ki, ciddi lirik poeziyadan fərqli olaraq, satirik şeirlərdə bu faciənin, xalq matəminin, qəminin bədii əksi sənətkardan daha böyük ustalıq tələb edir. Müstəzad janrında yazılmış ikinci satiradan bir hissəyə diqqət yetirək:
Düşmənlərimiz əhlimizə hər nələr etmiş,
Küllən bilir aləm.
Evimiz dağılıb, var-yoxumuz qarətə getmiş,
Canəş becəhənnəm!
Mart hadisələri ərəfəsində Bakıda faciənin iştirakçısına çevrilən görkəmli maarif xadimi, pedaqoq, unudulmuş şairimiz Hacı Səlim Səyyah bu mövzuda bir neçə şeir və məqalə yazmışdır. Bunlardan ən təsirlisi “Mart ayı” sərlövhəli təxmisidir. Şairin təsvir etdiyi hadisəni Şamaxı sakini Cəmo Cəbrayılbəyli Azərbaycan Xalq Cümhuriyyətinin 15 iyul 1918-ci il tarixli qərarı ilə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasına verdiyi izahatında belə yazmışdır: “1918-ci ilin martında ermənilər top mərmiləri ilə Cümə məscidini və onunla üzbəüz yerləşən mədrəsəni xarabalığa çevirdilər. O zaman məsciddə çoxlu qadınlar, uşaqlar, qocalar gizlənmişdi. Onların arasında şəhərin ən hörmətli ağsaqqallarından olan axund Molla Cəfərqulu da var idi. Erməni bandaları məscidə soxulur, axundu tapıb gözlərini çıxarırlar, dilini, burnunu və qulaqlarını kəsirlər, üzünün və başının dərisini diri-diri soyurlar. Sonra işgəncə ilə öldürürlər. Məsciddə gizlənən arvad-uşaqları isə qatillər diri-diri yandırırlar . Bu tükürpərdici dəhşətli mənzərə yazıçı təxəyyülünün məhsulu deyil, şahid ifadəsi, tarixi faktdır. Bu həqiqətlər amansızlığın və qəddarlığın miqyası baxımından yalnız erməni təfəkkürünün məhsulu, erməni cəza və işgəncə üsulunun növləridir. Dünyada analoqu olmayan, təkrarsız işgəncə növlərinin, vəhşilik nümunələrinin şahidi olan Hacı Səlim Səyyah “Mart ayı” şeirində yazırdı:
Mart ayı... Allah amandır, əlhəzər, min əlhəzər!
Mart ayı çox qəmli aysan, tez qurtar get müxtəsər.
Sən kimi mənhus bir aydan deyil məmnun bəşər.
Olmamış bəd yövmn sən tək nə məhərrəm, nə səfər.
Ərləri məğlub edib, əğyarə sən verdin zəfər.
Bu günün misli keçən il, Allahım, gözdən iraq,
Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq,
Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,
Südəmərlər nizə nukində çalardı əl-ayaq.
Nalə, yalvarmaq bu qövmə hərgiz etməzdi əsər.
Həmin dövrdə erməni vandalizminin törətdiyi mart qırğınlarının digər bir şahidi istedadlı nasir Seyid Hüseyn mart hadiseyi-ələmiyyəsi mövzusunda iki xatirə-hekayə yazmışdır. “Həzin bir xatirə. İsmailiyyə” adı ilə “Azərbaycan” qəzetinin 20, 25, 26 avqust 1919-cu il tarixli nömrələrində, ikincisi isə “İsmailiyyə” adı ilə “İstiqlal” qəzetinin 4 fevral 1920-ci il tarixli nömrəsində çap edilmişdir. Professor Asif Rüstəmlinin fikrincə: “Xatirələrdə “İsmailiyyə” canlı obraz, əsərin baş qəhrəmanı, namus rəmzi, mədəniyyət etalonu kimi təsvir edilmişdir. Seyid Hüseyn Azərbaycan oxucusuna “İsmailiyyə”ni memarlıq abidəsi, istiqlal məfkurəsinin beşiyi kimi təqdim edərək onu yandıranlara nifrət aşılamağa nail olmuşdur. Seyid Hüseyn yazırdı: “İsmailiyyə - o milli əməllərimizin doğulduğu yer, o möhtəşəm bina, o Azərbaycan fikrini, Azərbaycan hürriyyət və istiqlaliyyəti-məfkurəsini bir ana kimi bəsləyib tərbiyə verən, millət arasında nəşr edən mərkəz, o gözəl və sevimli bina qəzəbli, həm də xəyanət nəticəsi olaraq məğlubiyyətdən dolayı qəzəbli bir qəhrəman kibi, məğlub olmuş bir qəhrəman kibi ərzi-vücud etməkdə, ona tamaşa edənlərə kinli-kinli baxmaqda idi. Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu hər iki əsəri orijinalından transliterasiya etmiş, bu dövrə dair çoxsaylı bədii nümunələrlə yanaşı toplayıb nəşr etdirmiş və əsaslı tədqiqata cəlb etmişdir. “Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat” kitabının bu dövrün nəsrindən bəhs edən hissəsini “milli istiqlaliyyətimizin qərargahı olan, tarixdə “İsmailiyyə” adı ilə məşhur olan binanın” yandırılması və sökülməsinə qərar verilməsindən doğan narahatlıqları ifadə edən bu əsərlərin təhlili ilə başlayır. Əsərdə bu möhtəşəm, əzəmətli bina türklüyün, müstəqilliyin, siyasi cərəyanların mərkəzi, xalqın haqq səsinin rəmzi kimi diqqəti cəlb edir. Müstəqil Azərbaycanın simvolu kimi binanın 18-20 illik həyatına xəyali səyahət edən Səməd Mənsur düşmənin nə üçün məhz bu binaya nifrət bəsləməsinin də səbəblərini onun xalqımız qarşısındakı misilsiz xidmətlərində görür. Təsadüfi deyil ki, saysız-hesabsız insan itkiləri, maddi ziyanlar, digər yandırılmış binaların heç biri ədibə “Azərbaycan millətinin hürriyyət və istiqlalı uğrunda şəhid düşmüş qəhrəmanlar kibi düşmənin amansız qurşunlarına köksünü sipər edən” “İsmailiyyə” binası qədər dərindən təsir etməmişdir. Müəllifi daha çox narahat edən isə möhtəşəm binanın içərisindən çıxan “o xəfif, dəruni tüstüdən utanmadan” dişlərini ağardan, bundan böyük zövq alan rus və ermənilərin öz sınmaz qüvvətlərilə fəxr etməkləri idi: “Mən ömrümdə o qədər acı söz eşitməmişdim və o qədər də müztərib olmamışdım. Sosialist yoldaş bana dedi: Hə, necə gördün bizim sınmaz qüvvətimizi?”
XX əsr ədəbiyyatımızın digər görkəmli nümayəndəsi Əlabbas Müznibin “Fəryad” adlı şeirində də erməni daşnakları ilə bolşeviklərin birləşərək azərbaycanlılara qarşı törətdikləri əməllər çox təsirli ifadələrlə əks olunmuşdur:
Vətən süngülər üstündə, əsir olmuşdur övladı,
Vurulmuş azərilər boynuna atəşli qəlladə.
Vətəndə daşnak ilə bolşeviklər əlbir olmuşlar,
Qırırlar ölkənin aşiqlərin dəryadə, səhradə.
Cahanda çox olub qan təşnəsi talan edib xəlqi,
Və lakin görməmiş kimsə belə talan bu dünyadə.
Şair bədii sözün imkanlarından o qədər məharətlə istifadə etmişdir ki, xatirələrdə, o dövrün tarixi sənədlərində təsvir olunan dəhşətli mənzərələri oxucunun xəyalında canlandıra bilmişdir. Əsərin sonunda müəllif bu qəhrəman, igid xalqın bir gün yenə də öz müstəqilliyinə qovuşacağına dərin inam hissini ifadə etmişdir. Həyatda olmasa da, ruhunun bu şad xəbəri səbirsizliklə gözləyəcəyini yazmışdır:
O şanlı günləri mən görməsəm də, ey cavan nəslim,
Olun təbrik üçün siz də mənim ruhumla amadə!
Erməni-müsəlman ədavətini bu iki qonşu xalqın tarixində qara səhifələr və qanlı bir yadigar hesab edən dahi sənətkar Cəlil Məmmədquluzadənin əsərləri ermənilərin 1905-ci ildən başlayaraq müsəlmanlara qarşı törətdikləri cinayətləri araşdırmaq və bir çox yeni məqamları ortaya qoymaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu münaqişənin səbəbkarı və əsl müqəssiri məsələsində Mirzə Cəlil bu fikirdə olmuşdur ki, rus-yapon müharibəsində zəif düşmüş çar höküməti Qafqazın bu iki güclü millətini belə bir münaqişəyə qızışdırırdı ki, onlar öz içəri dərdlərinə mübtəla olsunlar və Rusiyanın siyasətinə qarışmağa vaxt tapa bilməsinlər: “Erməni-müsəlman davasının tarixini oxuyanlar və yıxılmış Nikolay arxivini qurdalayıb oradan gizli və sirli materiallar tapanlar elə bir sənədlərə rast gəldilər ki, o sənədlər aşkar dəlillərlə sübuta yetirdi ki, erməniləri müsəlmanların, müsəlmanları ermənilərin üstünə qaldıran tək bircə Rusiya hökuməti idi. ...arada hökmfərma olan gizli şeytənət və provokasiyanın bərəkətindən bu zəhirmar ədavət uzun illər müddətində davam etdi və minlərcə günahsız zəhmətkeşlərin müsibətinə səbəb bir nagəhan bəla oldu”. “Usta Zeynal” hekayəsi, “Kişmiş oyunu”, “Kamança” əsərləri dahi ədibin əzəli və əbədi düşmənimiz olan ermənilərin xüsusiyyətlərini çox dərindən bildiyini sübut edir.
1918-ci il soyqırımı zamanı böyük maddi və mənəvi zərər görmüş şəxsiyyətlərdən biri də Azərbaycan romantizminin görkəmli nümayəndəsi, türkçü ədib, dramaturq Hüseyn Cavid olmuşdur. Həmin bu yanğınlar nəticəsində Cavidin yeni nəşr olunmuş kitabları - “Bahar şəbnəmləri”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Ana”, “Keçmiş günlər” ilə bərabər səkkiz min nüsxədən çox kitab yanmışdır. Və böyük ədibin həyat yoldaşı Mişkinaz xanımın “Cavid haqqında xatirimdə qalanlar” memuarına əsaslanaraq tənqidçi, publisist Azər Turanın da təsdiq etdiyi 1918-ci ilin martında “Təbriz” mehmanxanasında yaşadığı vaxt oradakı 70 nəfərlə birlikdə ermənilər tərəfindən əsir alınan Cavid bir təsadüf nəticəsində sağ qalan on nəfərdən biri olur. Bu faktı “İblis” əsərini tənqid edənlərə qarşı çıxarkən romantik şair Abdulla Şaiq də təsdiqləmişdir: “1918-ci ilin mart hadisəsindən sonra Cavid Hüseyn Sadiqlə bizə gəlmişdi. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəssir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən qurtulduğunu söylədi.... Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan “İblis” faciəsini bu acı təsirlər altında yazmışdı”. Bolşeviklər “Açıq söz” qəzetinin mətbəəsini atəşə tutduqları zaman H.Cavid ağlayaraq bu sözləri demişdir: “Basılmış əsərlərimdən yalnız 25 danəsi və hər birindən 100-ə yaqın kitabçılar aldıqdan sonra səkkiz bin kitabça 1918 mart hadisəsində bir saata mətbəədə yandı”. Beləliklə, Azərbaycan ədəbiyyatı tarixində mənzum faciə janrının ən dəyərli nümunələrindən olan “İblis” əsəri tədqiqatçıların da qeyd etdiyi kimi, türklüyə, türk birliyinə rus, erməni birləşmiş qüvvələrinin müdaxiləsinin nəticəsi olaraq yaranmışdır.
Qeyd etdiyimiz bədii və publisistik əsərlərdə 1918-ci il mart soyqırımının səbəbləri, kökü və məqsədi düzgün müəyyənləşdirilmiş, erməni vəhşiliyi, erməni qəddarlığı inandırıcı, tünd boyalarla əks etdirilmişdir. Zorakılığa, zülmə və amansızlığa nifrət, haqqa, ədalətə, hürriyyətə rəğbət hissinin aşılanması azərbaycanlıların soyqırımından bəhs edən bədii əsərlərin əsas qayəsini təşkil edir. Bu əsərlər vətənpərvər ədiblərimizin ürək yanğısını, fəryadını sözdə, sətirlərdə yaşadan əvəzsiz nümunələrdir.
Beləliklə, yuxarıdakı qeydlərimizdən aydın olduğu kimi, 1918-ci ilin mart hadisələri türkçülüyün mərkəzi kimi Bakını və türk-müsəlman dünyasının milli tərkibini dəyişmək, ziyalılarını məhv etmək, azadlıq meyllərini boğmaq və s. məqsədləri daşıyan əvvəlcədən planlaşdırılmış bir soyqırım hadisəsi olmuşdur. Günahsız adi insanlar kimi, Azərbaycanın düşünən beyinləri, yazarları, müxtəlif elm sahələrindən olan istedadlı şəxsiyyətləri bu düşmən münasibətin zərərçəkənləri olmuşlar. Böyük Azərbaycançı ədib, dövlət xadimi M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” adlı kitabında “Azərbaycan qurbanlarından bir listə” adlı hissədə “kitabımızın mətnində isimləri zikr olunan şühədayi-istiqlaldan maəda, bolşeviklər tərəfindən qurşuna düzülən Azərbaycan qurbanlarının listəsini təmamilə elan edəcək olursaq, bu xüsusda müstəqil bir risalə nəşr etmək zərurətində bulunuruz. Məmafih, bu edamların nə kibi bir məqsəd və hədəfə tovcih edildiyinə bir nümunə olmaq üzrə müdafieyi-istiqlal yolunda fədai-can edənlərin əsamiyyəsini qismən ehtiva edən bir listəyi buraya dərc ediyoruz” - deyərək 46 nəfər dövrünün tanınmış şəxsinin adını qeyd etmişdir. Azərbaycan xalqına misli görülməmiş maddi və mənəvi ziyan vurulmuş, insanlara həm də psixoloji cəhətdən zərbə endirilmiş, türkü daimi bir erməni qorxusu ilə yaşamağa məhkum etmək məqsəd olaraq nəzərdə tutulmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin aşağıdakı fikirləri hər bir türk qanı daşıyan vətənpərvər insançün həyat amalına çevrilməlidir: “Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur”. Qan yaddaşımız olan bu faciənin gələcək nəsillərin incəliklərinə qədər mənimsəməsi, daim xatırlaması və araşdırması, dünyada tanıdılması daim diqqət mərkəzində saxlanılmalıdır.
AYGÜN ORUCOVA,
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsi
Sabaha-inamla.az
Baxış sayı: 929
Bölməyə aid digər xəbərlər

15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"
2-08-2024, 14:53
Mirzə Ələkbər Sabir Fondu yeni layihənin icrasına başlayıb
1-08-2024, 13:22
“Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihənin icrasına başlanılıb
12-06-2024, 23:33
Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib
9-06-2024, 15:53
"Zəfəri yaşadanlar” kitabının təqdimat mərasimindən-VİDEO+FOTOLAR
6-06-2024, 14:52
Sumqayıtda Mikayıl Müşfiqin anım mərasimi keçirilib-VİDEO+FOTOLAR
1-05-2024, 21:08
Rusiya yazıçılarının kitablarının 170-dən çox nadir nəşri Avropa kitabxanalarından yoxa çıxıb
27-04-2024, 00:42
ƏZƏL-AXIR SÖZ QALACAQ DÜNYADA
26-04-2024, 11:47
AMEA NİZAMİ GƏNCƏVİ ADINA İNSTİTUTUN 90 İLLİYİ