Bütün xəbərlər
Emelianenko qardaşlarından ən kiçiyi şərti azadlığa buraxılmasını istəyib
Tarix: 23-08-2025 12:27 | Bölmə: Digər

Bir il yarım azadlıqdan məhrum edilən İvan Emelianenko şərti azadlığa buraxılmasını istəyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fedor və Aleksandr Emelianenkonun kiçik qardaşı İvan sağlamlığa ağır xəsarət yetirdiyinə görə ümumi rejimli koloniyada cəza çəkir. 2024-cü ilin avqustunda küçədə münaqişə zamanı kiçik Emelianenko bir kişi ilə dava edib və onun üz sümüklərini sındırıb. Məhkəmənin hökmü 2024-cü il dekabrın 18-də elan edilib.
"Kommersant" xəbər verir ki, şərti azadlığa buraxılması ilə bağlı vəsatət Belqorod vilayətinin Alekseyevski rayon məhkəməsinə daxil olub və sentyabrın 10-da baxılacaq. Bundan əvvəl İvanın törətdiyi cinayətdən peşman olduğu və günahını etiraf etdiyi bildirilirdi.
Döyüş sambosu üzrə idman ustası İvan Emelianenko MMA-da debütünü 2023-cü ilin may ayında iki qələbə qazanaraq etdi.
Fevralda Belqorod Vilayət Məhkəməsi döyüşçünün cəzasını qüvvədə saxlayıb.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər