19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
Naxçıvanda tərcümə sənəti və ədəbi proses-Fidan Nizaməddin qızı Abdurahmanova
Tarix: 19-08-2021 00:52 | Bölmə: Ədəbiyyat

Bədii tərcümə yüksək yaradıcılıq və elmi-nəzəri qabiliyyət tələb edən olduqca vacib bir sənətdir. Hər bir orijinal əsərin taleyi onun tərcüməçisinin dünyagörüşü və geniş mütaliəsindən asılıdır. Bütün xalqların ədəbiyyatının inkişaf etməsi üçün tərcümə vacib şərtlərdəndir və burada ağırlıq tərcüməçinin üzərinə düşür. Böyük rus şairi A.S.Puşkinin qənaəti də bu fikri təsdiq edir: tərcüməçilər ədəbiyyatın poçt atlarıdır. Təsadüfi deyil ki, elmlərarası mübadilə, dövlətlərarası yaxınlaşma tərcümə nəzəriyyəsi və tərcümə sənətinin inkişafı sayəsində təkmilləşmişdir. Mütaliə etdiyimiz hər bir bədii əsər isə oxucuda həmin xalqların mədəni irsi və tarixi haqqında müfəssəl fikir yaradır. Burada Balzakın yazı masasının üzərindəki Napoleonun balaca heykəlciyinin altına yazdığı fikri xatırlamaq yerinə düşər: “Sənin qılıncla ala bilmədiyin yerləri mən qələmlə alacağam”.
Qürurvericidir ki, Naxçıvanda da tərcümə sənətinə maraq getdikcə artmaqdadır. Bir qədər əvvələ qayıdaraq qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Yazıçılar Birliyinin fəaliyyətinə həsr etdiyi 2012-ci il 19 oktyabr tarixli konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bədii tərcümə ilə bağlı məsələlərə toxunaraq: “Muxtar respublikada xarici dillərin birbaşa tərcümə ilə məşğul olan yazıçı və şairlərin olmasını əsas götürərək Yazıçılar Birliyinin nəzdində Bədii Tərcümə Mərkəzi yaratmaq mümkündür” tövsiyəsini diqqətə çatdırıb. Bu tövsiyə əsas götürülməklə qısa bir zaman kəsiyində tərcümə ilə məşğul olan, Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılar dəvət edilərək Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində Şirməmməd Qüdrətoğlunun rəhbərliyi ilə Bədii Tərcümə Mərkəzi yaradılıb. Burada son illərin ədəbi hadisəsi kimi bir neçə tərcüməni diqqətə çatdırmaq istərdim.
AMEA-nın müxbir üzvü Əbülfəz Amanoğlunun Türk dünyasının korifeyi Cəlaləddin Ruminin “Məsnəvi”sini ilk dəfə olaraq dilimizə tərcüməsi, həmçinin bu əsərin altı kitab şəklində Konyada nəşri, “Dünyaya pəncərə” adlı üçhissəli almanaxın, yetmiş yeddi şairin şeirindən ibarət “Nakşi-cihan Nahçıvan” kitabının türk dilində Ankarada nəşri və alman, ingilis, rus dillərindən xeyli sayda əsərin tərcüməsi mərkəzin öz işinə məsuliyyət hissi ilə yanaşmasının ifadəsidir.
Mərkəz tərəfindən hazırlanmış Şamil Zamanın Qustav Floberin “Salambo” romanı 2020-ci ilin ilk sanballı tərcümə əsəridir.
Tərcümələrdən biri Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunub. Belə ki, Naxçıvanda yaşayan şairlərin əksəriyyətinin yaradıcılığını əhatə edən “Naxçıvan şeir çələngi” kitabı oxuculara təqdim edilib. Kitaba ön söz yazmış akademik İsa Həbibbəylinin bu nəşrdəki şeirləri Azərbaycan dilindən fransız dilinə tərcümə edən Şamil Zaman haqqında qənaəti maraqlıdır: “Geniş elmi-ədəbi ictimaiyyət arasında Şamil Zaman bir ədəbiyyatşünas, istedadlı şair və nasir, bacarıqlı bir tərcüməçi kimi tanınır. Artıq onun yarım əsrə yaxın davam edən və ayrı-ayrı istiqamətlərə aid olan əsərlərindən irihəcmli biblioqrafiya yaratmaq mümkündür”.
Ədəbiyyat aləmindən hamının “Madam Bovari”nin müəllifi kimi tanıdığı Qustav Floberin ikinci romanı “Salambo”nun (1862) hazırda xarabalıqları YUNESKO tərəfindən tarixin nişanələri kimi qorunan Karfagenin (eramızdan əvvəl III əsr) tarixindən götürülmüşdür. Flober dünya ədəbiyyatında ən məşhur üslubçu sayılır. Həm yazıçının, həm də tərcüməçinin bədii üslub baxımından harmoniyası və sənətkarlığı özünü göstərməkdədir: “...çəmənlikdə adda-budda yerlərdə zanbaq gülləri yırğalanırdı; cığırlara mərcan tozu ilə qarışdırılmış qara qum tökmüşdülər və ortada isə həyətin bu başından o biri başına qədər ətrafına hər iki tərəfdən sərv ağacı salınmış xiyaban yaşıl tikili daş abidə kimi uzanıb gedirdi”. Burada Floberin üslubu Azərbaycan dilinin çalarları ilə aydın duyulmaqdadır.
Bədii Tərcümə Mərkəzi tərəfindən hazırlanaraq oxuculara təqdim olunmuş “Dünyaya pəncərə” adlı üçhissəli – hekayələr, dram əsərləri və şeirlərin tərcümələrindən ibarət almanax 2014-cü ildən nəşr edilməkdədir. Şirməmməd
Qüdrətoğlunun, Hüseyn Razinin, Şamil Zamanın, Kəmalə Ağayevanın, Vaqif Məmmədovun və Elxan Yurdoğlunun dünya ədəbiyyatı lirikasından ana dilimizə tərcümələri almanaxda özünə yer alıb. “Dünyaya pəncərə” almanaxının ikinci kitabına toplanmış Vaqif Məmmədov, Hüseyn Əsgərov, Ələddin Abbasov, Bağır Qədimov, Şirməmməd Qüdrətoğlu tərəfindən dünya ədəbiyyatından qısa hekayələrin tərcümələri də oxucular tərəfindən maraqla qarşılanıb.
Almanaxın üçüncü kitabı isə Həmid Arzulunun tərcümələri əsasında Efraim Lessinqin və Bertold Brextin dram əsərlərindən ibarətdir. Filologiya elmləri doktoru, yazıçı-tərcüməçi Həmid Arzulu Stefan Svayqın poetik dili və özünün qüdrətli yazıçı təxəyyülünün vəhdəti ilə yazıçının novellalarını orijinaldan – alman dilindən tərcümə etmişdir.
Tənqidi realizmin nümayəndələrindən olan, Vyana şəhərində doğulan və kiçik yaşlarından ədəbiyyata maraqgöstərən qadın qəlbinin ən gözəl bilicisi hesab edilən XX əsrin Avstriya yazıçısı Stefan Svayqın əsərlərində dərin humanizm, həyata sonsuz məhəbbət xüsusilə güclüdür.
“Bir qadının həyatından 24 saat” novellasındakı dil axıcılığı, qadın psixologiyasına, onun mənəvi aləminə nüfuz edərək təlatümlü sarsıntılarına müsbət təsir etmək yazıçının və tərcüməçinin sənətkarlığıdır: “Mənə elə gəldi ki, başıma, sanki ağır dəmir dəbilqə keçiriblər, bu dəbilqə mənim alnımı sıxır, ağırlığı altında isə bədənim tab gətirməyərək aşağı əyilir”. M.Qorkinin Stefan Svayqın yaradıcılığı haqqında dediyi “Qadın haqqında belə məhəbbətlə, belə ehtiramla yazan başqa sənətkar tanımıram” fikrini tamamilə Həmid Arzulunun tərcüməsinə də aid etmək olar.
Əvvəldə qeyd etdiyimiz kimi yetmiş yeddi şairin şeirlərindən ibarət “Nakşi-cihan Nahçıvan” kitabının türk dilində Ankara nəşrində ulu diyarımız Naxçıvan torpağının yetişdirdiyi şairlərimizin şeirləri toplanıb. Xalq şairi Məmməd Arazın, İslam Səfərlinin şeirlərindən başlayaraq gənc şairlərimizin, xüsusilə bu kitabın tərcüməsində böyük zəhməti olmuş şair Elxan Yurdoğlunun Naxçıvana həsr edilmiş şeirləri bu kitabda yer almışdır.
Qeyd etdiyimiz kimi, bədii ədəbiyyatın dünya ədəbiyyatı ilə qarşılıqlı əlaqəsi, zənginləşməsi və öyrənilməsi üçün ədəbi tərcümə böyük vasitədir. Çünki dünyada biliyin zənginləşdirilməsi və qarşılıqlı öyrənilməsinin əsas vasitələrindən olan tərcümənin nüfuz etmədiyi sahə yoxdur. Bədii tərcümə ilə yanaşı, elmi əsərlərin, xüsusilə elmi məqalələr və məruzələrin tərcümələri elmi-ədəbi əlaqələri əks etdirir. Tərcümə elmi əsərlərdə dilin düzgün işlədilməsini və elmin beynəlxalq müstəvidə ədəbi-mədəni mübadilələrini həyata keçirən prosesdir. Müxtəlif xalqların ədəbi prosesinin tərcüməsinin keyfiyyətli nəticəsi üçün orijinalın müəllifi ilə tərcüməçi eyni elmi istedad səviyyəsində olmalıdır. Polşada, Rusiyada və Azərbaycanda bir sıra elmi məqalələrin müəllifi, Naxçıvan torpağının yetirməsi, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov Azərbaycan Respublikasının Polşadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının və bərpasının 20 illiyinə həsr olunmuş elmi konfransın materiallarını polyak dilinə tərcümə etmişdir. Həmin materiallar arasında akademik İsa Həbibbəylinin “Azərbaycan-Polşa əlaqələrində Naxçıvan”, Fəxrəddin Veysəllinin “Azərbaycan dilçiliyinin inkişafı Polşa-Azərbaycan əlaqələri kontekstində”, Afaq Ramazanovanın “Yüzyıl Azerbaycan halk edebiyatı araştırmaları tarihinde polonya bilim adamları”, Əbülfəz Quliyevin “Nizami”nin “Xosrov və Şirin”inin türkcəyə ilk tərcüməsi (XIV əsr) və əsərin bəzi dil xüsusiyyətləri” məqalələrinin tərcümələri xüsusi yer tutur.
Samir Səttarov Polşada polyaklar və azərbaycanlılar arasında elmi-mədəni və diplomatik əlaqələrin tarixini təsdiq edən yagellon sikkələrinin tapılması, Azərbaycanda qarşılıqlı yardım formaları və xalqımızın qonaqpərvərliyindən bəhs edən, Azərbaycan etnoqrafiyasına, tarixinə, ədəbiyyatına dair bir sıra kitabları polyak dilinə tərcümə etmişdir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Bədii Tərcümə Mərkəzi tərəfindən hazırlanmış bu tərcümələrin əsas üstünlüyü ondadır ki, onlar ənənəvi olaraq ikinci dildən, yəni rus dilindən deyil, birbaşa orijinaldan tərcümə olunmuşdur. Barəsində danışdığımız tərcümələr Bədii Tərcümə Mərkəzinin uğurlu fəaliyyətinin bəhrəsi hesab oluna bilər.
Fidan Nizaməddin qızı Abdurahmanova,
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, dosent

Baxış sayı: 1 537
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR