Bütün xəbərlər
Rusiya baş nazirinin müavini Patruşev qiyabi olaraq Ukraynada “taxıl oğurluğu”nda ittiham olunur
Tarix: 11-07-2025 11:11 | Bölmə: Karusel

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya baş nazirinin müavini Dmitri Patruşevə qarşı qiyabi ittiham irəli sürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, SBU Telegram kanalının yaydığı məlumatlara görə, ittihamlar bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş hərbi cinayətlər maddəsi ilə irəli sürülüb. Ukrayna agentliyi bu ittihamlara səbəb kimi Rusiya Federasiyasının tərkibinə daxil olmuş ərazilərdən Ukrayna taxılının oğurlanmasını göstərir. Nəşr bildirir ki, Patruşev tərəfindən koordinasiya edilən xüsusi əməliyyat başlayandan bəri Rusiyaya ümumilikdə 23 milyard qrivnadan (təxminən 42,7 milyard rubl) çox olan 4 milyon tondan çox taxıl məhsulu ixrac edilib.
2018-2024-cü illərdə Dmitri Patruşev Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik edib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər