21:43 / 06-08-2026
Media: Yevgeniya Qutsul qadın həbsxanasına köçürülüb
21:39 / 06-08-2026
Ukraynanın keçmiş prezidenti Yuşşenko yeni vəzifəyə təyin edilib
21:35 / 06-08-2026
Litva Baltikyanı ölkələrə mümkün Ukrayna pilotsuz təyyarələrinin hücumunu elan edib
21:32 / 06-08-2026
Bir qız attraksiondan yıxıldı
21:15 / 06-08-2026
Keçmiş ÇSKA və "Spartak Moskva" futbolçusu Zabolotnı altı ay müddətinə diskvalifikasiya edildi
21:11 / 06-08-2026
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
21:05 / 06-08-2026
Zoopark işçisi ayının ona niyə hücum etdiyini izah etdi
21:00 / 06-08-2026
Xirosima merini ABŞ-dan bəhs etmədiyinə görə tənqid etdi
20:49 / 06-08-2026
Keçmiş Ali Rada üzvü Oleinik Umerovu ABŞ casusu adlandırır
20:42 / 06-08-2026
Stüardessanın baqajından 2 milyon rubl dəyərində 15 şüşə elit şərab tapılıb
20:36 / 06-08-2026
Xarici İşlər Nazirliyi Yerevanın Rusiyanı şantaj etmək cəhdlərinə münasibət bildirib
20:33 / 06-08-2026
Politoloq Hörmüz boğazında güzəştə gedəcəyi təqdirdə İran üçün riskləri qeyd edir
20:29 / 06-08-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiya ABŞ-ın atom bombalamalarına görə məsuliyyətini etiraf etməli olacaq
20:24 / 06-08-2026
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
20:21 / 06-08-2026
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
20:19 / 06-08-2026
Ermənistan Parlamentinin sədri Rusiyaya mal ixracı məsələsini qaldırdı
20:16 / 06-08-2026
Pit Heqsetin Siyasi İşlər üzrə Katibinin müavini Çinə dəvət ala bilmir
20:03 / 06-08-2026
Lavrov Rubioya bildirib ki, Kiyev Qərb olmadan terror hücumları həyata keçirə bilməzdi
20:00 / 06-08-2026
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
19:57 / 06-08-2026
NYT: Qərb müttəfiqləri Kiyevə raket təhvil verməkdə tərəddüd edirlər
19:53 / 06-08-2026
İrakli Kobaxidze Gürcüstanda rus turistlərin təhlükəsizliyinə zəmanət verdi
19:46 / 06-08-2026
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
21:09 / 05-08-2026
Nyu-York ölümcül xəstə sakinlər üçün evtanaziyanı qanuniləşdirib
21:06 / 05-08-2026
İtkin düşmüş təyyarənin pilotları ilə əlaqə saxlanılıb
21:02 / 05-08-2026
Cənubi Koreyada istidən 20-dən çox insan ölüb
20:56 / 05-08-2026
Roskosmos baş institutunda yanğın baş verib
20:53 / 05-08-2026
İspaniya 2030-cu il Dünya Kubokuna Mərakeşlə birgə ev sahibliyi etməkdən imtina edə bilər
20:51 / 05-08-2026
BMT: El-Ninyo 2027-ci ilin sonuna qədər daha 49 milyon insanı aclığa sürükləyə bilər
20:48 / 05-08-2026
Ölüm hökmünün Rusiyaya qaytarılmasını tələb etdi
20:35 / 05-08-2026
Sərxoş ata azyaşlı qızını döyüb
20:32 / 05-08-2026
DHL yük təyyarəsi Leypsiq üzərində naməlum əşya ilə toqquşub
20:22 / 05-08-2026
Taylandda oyun zamanı ildırım futbolçunu öldürdü
20:17 / 05-08-2026
Nasist döyməsi göstərdiyinə görə doqquz ay həbs cəzasına məhkum edilib
20:11 / 05-08-2026
FTB direktoru Rusiya və Çinlə əməkdaşlıqdan danışdı
20:06 / 05-08-2026
Kiyev kameraları 11 "İskəndər" raket zərbəsini qeydə alıb
20:04 / 05-08-2026
NYT: Rusiya ABŞ-ın "Patriot" raketləri üçün istehsal etdiyindən daha çox ballistik raketdən istifadə edir
TÜRK DÜNYASININ BÖYÜK ŞAİRİ – BƏXTİYAR VAHABZADƏ-RAMİZ QASIMOV
Tarix: 20-02-2021 16:28 | Bölmə: Ədəbiyyat

Haqqında danışanda onu “istiqlal mücahidi”, “türk dünyasının şairi” və başqa adlarla adlandırırlar. Həmişə onu “Azadlıq aşiqi, Vətən aşiqi”, - deyə də xarakterizə edirlər.Çünki Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan bu görkəmli şəxsiyyət bütün yaradıcılığı ilə istiqlal və milli birlik şüarı səsləndirmişdir. Azərbaycan xalqının milli oyanışı, istiqlalı və türk birliyi məsələsi onun əsərlərinin başlıca qayəsidir. Azərbaycan xalqının milli və siyasi taleyi, suverenliyi, birliyi və s. kimi motivlər onun yaradıclıq amalı və taleyi oldu. Bəli, Bəxtiyar Vahabzadənin bir şair və vətəndaş olaraq qayəsi öz vətəni və milləti üçün əhəmiyyətli xidmətlər göstərməklə xarakterizə oluna bilər.
Zəngin bir yaradıcılığa malik olan görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin (1925-2009) əsərlərində Azərbaycan xalqının istiqlalı ilə bağlı mövzular qələmə alınmış, türk milli birliyi ideyasını ehtiva etmişdir. Azərbaycanın milli və ərazi birliyi mövzusunu qələmə alan “Gülüstan” əsəri şairin ən dəyərli və oxunaqlı əsərlərindən biri olaraq Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Poema Azərbaycanın Güney və Quzey olaraq ikiyə bölünməsinə səbəb olan “Gülüstan” müqaviləsinə həsr olunmuş, milli istiqlal mücadiləsi və oyanış vaxtlarında ən çox oxunan əsərlərdən biri olmuşdur. Vaqif Yusifli çox gözəl deyir ki, ““Gülüstan” bir xalqın tarixi faciəsinin ibrət dərsidir”. Bu da maraq doğurur ki, adıgedən “Gülüstan” əsəri Azərbaycan xalqının milli mücadilə tarixinin görkəmli nümayəndələrindən olan Səttarxan və Şeyx Məhəmməd Xiyabaniyə həsr edilmişdir. Əsərdəki bu misralar bir xalqın ayrılıq faciəsini çox uğurla ifadə edir:
Bir qələm əsrlik hicran yaratdı
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı, ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
Əsərin girişindən olan bu parçada şair bir müqavilə ilə Azərbaycan kimi neçə əsrlik bir dövlətin, xalqın və torpaqların – Vətənin necə paçalandığını dərin bir kədərlə qələmə almışdır. Burdakı “Bir qələm əsrlik hicran yaratdı” misrası da məhz zamanının böyük türk dövlətlərindən biri olan Azərbaycanın necə iki hissəyə parçalandığını anladır. “Başını qaldırdı, ancaq dəmbədəm Kəsdilər səsini Azərbaycanın” misraları zaman-zaman Azərbaycan xalqının birlik və istiqlaliyyət uğrunda apardığı milli mücadilədən bəhs edir. Neçə dəfə Cənubi Azərbaycan deyə bəhs olunan Azərbaycanın cənub hissəsində Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri kimi görkəmli mücahidlərin liderliyi ilə xalq hərəkatı baş qaldırmış, vəhşiliklə istilaçılar tərəfindən yatırılmış, minlərcə Azərbaycan oğul və qızları qanlarına qəltan olunmuş, Azərbaycan naminə şəhid olmuşlar. Böyük şairimiz də məhz bir misra daxilində bu böyük tarixi xatırlatmağa çalışmış, kiçik bir misra daxilində Azərbaycanın böyük bir mücadilə tarixinə baş vurmağı, bir xatırlatma etməyi məqsəd bilmişdir.
Onun əsərlərində Azərbaycan türklərinin milli və siyasi (Güney və Quzey Azərbaycan) problemləri, habelə Azərbaycan türklərinin milli-siyasi müstəqilliyi, türk dünyasının birliyi, qardaşlığı və s. kimi əhəmiyyətli mövzular və motivlər yer almaqdadır. Mənsub olduğu xalqının istiqlaliyyətini düşünən şairin “Gülüstan”, “İstiqlal” və “Şəhidlər” kimi əsərləri Azərbaycan xalqının istiqlal uğrunda mübarizə mövzusunu qələmə alır. Habelə “Dar ağacı”, “Özümüzü kəsən qılınc”, “Fəryad”, “Atamın kitabı” kimi digər əsərlərində xalqın istiqlalına maneə olan problemlər, daxili və xarici düşmənlərin mənfur əməlləri əks etdirilmişdir. Bu da maraq doğurur ki, şairin özü “İstiqlal” əsərini böyük Azərbaycanın parçalanma tarixini anladan “Gülüstan” əsərinin davamı olduğunu qeyd etmişdir. Çünki XX əsrin sonunda Sovet Rusiyasının çökməsi ilə əlaqədar Azərbaycanda xalq hərəkatı baş qaldırır və xalq istiqlaliyyət uğrunda savaş açaraq öz müstəqilliyini qazanır, suveren Azərbaycan dövləti yenidən bərpa edilir. Bu üzdən şair:
Məndən rica etdi bir vətənsevər
Yazım davamını mən “Gülüstan”ın –
deyə illərin döndüyü, xalqın milli birliklə apardığı istiqlaliyyət mücadiləsinin nəticələrini qəsd edərək sonrakı zamanlarda Azərbaycanla İran arasında yaranan əlaqələrin verdiyi imkanlar daxilində iki qardaş – Güney və Quzey Azərbaycan arasındakı həsrətin qismən keçməsi kimi mövzuları əks etdirir. Şair:
“Şəhidlər” nəticə, “Gülüstan” təməl.
Azadlıq verilməz, bilək bir kərə
Azadlıq alınar, budur doğru yol –
deyə 1988-ci ildən başlanan istiqlal mücadiləsi, Azərbaycanın qazandığı suverenlik və milli birlikdən söz açır, 1990-cı ildə Azərbaycan xalqına qarşı amansızlıqla törədilən 20 yanvar qətliamına həsr etdiyi “Şəhidlər” əsərinə işarə edir. Beləliklə, “Gülüstan” əsərində şairin qaldırdığı ayrılıq fəryadı və parçalanma dərdi “İstiqlal” əsərində istiqlaliyyətin alınması coşqusu ilə əvəzlənir, Azərbaycan xalqının milli müstəqilliyi və istiqlaliyyəti mövzusunda “Şəhidlər” əsərinin əhəmiyyəti qabarıq şəkildə görünür. Əsərdəki:
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər –
misraları ilə şair hünər və qəhrəmanlığın bir millətin və onun vətəndaşının müstəqillik və səadətinin təməlində dayandığını ifadə edir. Yaşından, cinsindən asılı olmayaraq bütün azəbaycanlıların mücadiləyə həmrəy olmaları əsərin mərkəzində dayanır və şair xalqın istiqlaliyyət coşqusunu göstərməklə bərabər uşaqdan tutmuş böyüyə qədər hər kəsin istiqlaliyyət uğrunda şəhid düşməsini ön plana çəkir.
Azərbaycanın istiqlal şairi B.Vahabzadənin əsərlərinin bir çoxunda Azərbaycan-türk milli xarakteri, düşüncəsi başlıca yer tutur. Şairin “Azərbaycan oğluyam” şeiri bu mövzuda yazılan ən yaxşı əsərlərdən biridir. Bu şeirində türk-Azərbaycan milliyyətinə mənsubiyyət, Azərbaycan türkünün qürurverici tarixi, fəxarət dolu keçmişi başlıca mövzudur.
Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam:
Od kimi istiqanlı,
Seltək dəliqanlıyam –
kimi misralarında Azərbaycan milli xarakterini təqdim etməyə çalışan şair onu metaforik planda ifadə etməyə nail olur. Bu şeirində də şair Azərbaycan xalqının ən böyük dərdi olan ikiyə bölünmək ağrısını əks etdirir.
Neyləyək ki zamanın
Uğursuz yollarında
İkiyə bölünmüşəm.
İki başlı, bir qəlbli
Bir bədənə dönmüşəm.
Həm Təbriz, həm Bakıdır
Məkkəm, Mədinəm mənim –
misralarında uzun zamanlar Azərbaycan dövlətinin paytaxtı olmuş Təbriz və Bakı şəhərlərini islamın böyük və önəmli şəhərləri olan Məkkə və Mədinə ilə müqayisə edir, Təbriz və Bakını Azərbaycan adlı vətənçilik etiqadına tapınan dinin Məkkəsi və Mədinəsi elan edir.
Azərbaycanın bütövlüyü, böyüklüyü və istiqlalı Bəxtiyar Vahabzadə əsərlərinin ana mövzusunu təşkil edir. Şair nə yazırsa yazsın, Azərbaycanın istiqlalı və türk milli birliyi həmişə onu düşündürür. “Vətəndən vətənə”, “Azərbaycan oğluyam”, “Mənim şeirim”, “Şair-vətən”, “Əgər qorunmazsa istiqlalımız” və başqa şeirlərində də bəhs edilən mövzu əhəmiyyətli yer tutmaqdadır:
Arazın
bu tayı Vətənim,
o tayı Vətənim.
Vətəni görməyə amanım yox mənim.
Bu, necə vətəndir?
Görmədim üzünü
Çatsam da bu yaşa
Ömründə bir dəfə.
Bəs salam verməzmi
Qardaş da qardaşa?
...Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,
Mən isə...Vətəndən-Vətənə baxıram.
Şair “Azərbaycan oğluyam” şeirində milli xarakterdən bəhs etməklə yanaşı Azərbaycanın ikiyə bölünməyindən söz açır:
Neyləyək ki, zamanın
Uğursuz yollarında
İkiyə bölünmüşəm”.
Yaxud:
Əlimiz də bir bizim,
Dilimiz də bir bizim.
Vətənimiz bir bizim,
Dünənimiz bir bizim,
Olmuşuq bir Vətəndə
Biz bu gün başqa-başqa.
Bizim talelərimiz
Bəs neçün başqa-başqa? –
kimi düşündürücü suallarla millətinin acı taleyini göstərməyə çalışır, onun taleyinin uğursuzluğuna diqqəti cəlb edir, oxucusunu düşündərməyə, milli tarixini, keçmişini ona anlatmağa, xatırlatmağa səy göstərir. Bəxtiyar Vahabzadə “Şair – vətən” şeirində:
Bəlkə də ən zəif, ən kiçik şair
Böyük vətəndaşdır Vətənimizə...
Şairin bədəni - bu ana torpaq,
Nəfəsi - xəzridir, qanı - Kür, Araz.
Çox şəy Vətənsiz də yaşayır, ancaq
Şairsə Vətənsiz, əlsiz yaşamaz -
söyləməklə bütün şairlərin, əlbəttə, özünün də vətəninin hayqırışı, səsi, fəryadı, duyğularının ifadəçisi olduğunu bildirir.
Şair “Anamın kitabı” əsərində Azərbaycan türklərini yüz illərcə bölüb, başqa mənəviyyata, başqa qanunlara, başqa ideologiyaya yönəldilməsindən söz açmışdır. Onun “Ana dili” və “Anamın kitabı” kimi əsərlərində də milli dil və heysiyyət məsələlərinə toxunulur. Bu inkaredilməzdir ki, milli dil bütün millətlərin vazkeçilməz, itirilməz dəyəri, milli varlığının təməlində dayanan ən önəmli şərtdir. Bütün filosofların da söylədiyi kimi, “dil varsa, millət vardır, dil yoxsa, millət də yoxdur”. Bu mövzu şairin “Ana dili” adlı şeirinin əsas mövzusudur. Şeirdə:
Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil, - bir-birimizlə əhdi-peymanımızdır, – deyə şair ana dilini – Azərbaycan dilini milli-ictimai varlığın daşığıyıcısı, birləşdirici dəyəri kimi səciyyələndirir. Şairin fikrincə, ana dili insanın ruhudur, bütün mənalarda, sözün geniş mənasında dil insanın və millətin özünüifadəsi, məqsədinin təqdimi, sosial mühitlə əlaqəsi və ünsiyyət vasitəsidir. Bu baxımdan hər bir dili bir-birinə bağlayan bənzər ümumi şərtlər olsa da, fərqli, bilavasitə psixoloji, milli müstəvidən fərqli tərəfləri çoxdur. Sözlərin özündə yaşatdığı psixoloji məna özünəməxsusluğu milli olaraq insanları ayıra, bir millətə mənsubiyyətini fərqləndirə bilir. Məsələn, azərbaycanlıların istifadə etdiyi “can”, “aman” və başqa sözlər yalnız azərbaycanlıların anlaya biləcəkləri anlamlarda işlənə bilir. Bu və çoxsaylı digər şərtlərlə dil bir anlamda da yalnız millidir, o millətə aiddir, onun vətəndaşlarının bütün ruhunu – keçmişdən üzü bəri bütün yaşayışı boyunca tamamən ruhunu özündə yaşadır, ifadə edir. B.Vahabzadənin “Ana dili” şeirində də poetik şəkildə məhz ana dilinin bu xüsusiyyətlərindən bəhs edilmişdir. Şeirdəki: “Sən xalqının aldığı ilk nəfəsdən yarandın” misrasında şair Azərbaycan dilinin xalqın nəfəsindən yarandığını söyləməklə onu xalqın çoxminillik yaşayış, həyat, düşüncə, heysiyyət və bütün duyğularının daşıyıcısı kimi səciyyələndirir. Şairin “Muğam”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” kimi əsərlərində də azərbaycanlıların milli dəyərləri, müstəqilliyi, istiqlalı və başqa bu kimi motivlər əhəmiyyətli yer tutur.
Bəxtiyar Vahabzadənin dramaturji əsərlərində də istiqlal motivləri başlıca yer tutur. Şairin görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlıya həsr etdiyi və onun “Od gəlini” əsərinə iqtibas edərək yazdığı “Dar ağacı” əsərində orta əsrlər hadisələrinin əsasında XX yüzilliyin sonlarına doğru Azərbaycan cəmiyyətində baş verən hadisələrin məzmunu təqdim edilmişdir. Bütün ömrü boyu ərəb xilafətinə xidmət edən Aqşinin axırda “mən öz vətənimə qarşı vuruşanda ölü olmuşam” – deyə etiraf etməsi XX əsrin sonlarındakı bəzi Azərbaycan siyasi xadimlərinə ünvanlanan mənalı nəsihət idi. Bundan başqa görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinə iqtibas olaraq yazılan “Atamın kitabı” əsərindəki hadisələr də XX əsrin sonlarında Azərbaycandakı hadisələrlə müqayisədə təqdim edilmişdir. Bu əsərdə də öz millətinin müqəddəratını düşünməyən “millət başçıları” – siyasi xadimlər tənqid olunmuş, millətin taleyi narahatlıqla əks etdirilmişdir.
Bəxtiyar Vahabzadənin bütün əsərləri həm Azərbaycan, həm türk dünyası milli birliyi və istiqlal motivlərilə zəngindir. Şairin “Bütün millət dönməliykən yumruğa, Türkün türklə ədavətə haqqı yox” misrası türk dünyası birliyinə uğurla xidmət edən böyük Mustafa Kamal Atatürkün“Türkün türkdən başqa dostu yoxdur” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kimi siyasi aforizmlərinin poetik davamı olaraq səslənir. Şair “Azərbaycan-Türkiyə”, “Atatürk”, “Mən türkəm” və başqa əsərlərində də bu mövzuya toxunur, türk dünyasının gələcəyi haqqında təəssüratlarını əks etdirir. Şair vaxtilə misralarından birində deyirdi:
Millət sevgisi ilə silahlanan şəxs
Özü təkbaşına millət olurmuş.
Bəli, Xalq şairi Bəxtiyar Vahabzadə özü məhz belə şəxsiyyət idi. Yaradıcılığında türk dünyası və onun birliyi məsələsinə xüsusi yer verdiyi üçün B.Vahabzadəyə “türk dünyasının böyük şairi” adı verilmişdir. Bəxtiyar Vahabzadə bütövlükdə türk dünyasının böyük şairi olaraq tanınıb. Buna görə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Bəxtiyar Vahabzadə haqqında “xalqın düşüncə və arzuları, hiss və duyğuları, istək və arzuları həmişə sizin zəngin yaradıcılığınızın, mübariz poeziyanızın cövhəri olmuşdur” – deyə bəhs etmiş, milli istiqlal yolundakı xidmətlərinə görə onu “İstiqlal” ordeni ilə təltif etmişdir. Türkiyə Cümhuriyyətinin prezidentlərindən olan Süleyman Dəmirəl də böyük şair haqqında: “Sizin ədəbi yaradıcılığınız bütün türk dünyasının mənəvi birliyi və yüksəlişi ilə yaxından bağlıdır”,– deyə bəhs edərək onun türk dünyası qarşısındakı xidmətlərini yüksək qiymətləndirmişdir.
RAMİZ QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 2 537
Bölməyə aid digər xəbərlər

1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR