18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
GÖRKƏMLİ ALİM ƏZİZ ŞƏRİFİN ELMİ-TƏDQİQAT İŞLƏRİ ÜMUMİ MƏNZƏRƏDƏ BOŞ QALMIŞ TORPAQ SAHƏSİNƏ BƏNZƏYİR-ƏZİZ ŞƏRİF- 125
Tarix: 13-05-2020 21:59 | Bölmə: Ədəbiyyat
Mollanəsrəddinçilərin əqidə və məslək dostu Əziz Şərif yaradıcılıq aləminə çox erkən yaşlardan gəlmişdir.Pedaqoq-alim UluTanrının ona verdiyi ömür payını Naxçıvanda, Tiflisdə, Bakıda və Moskvada yaşamışdır. İlk təhsilini Məhəmməd Tağı Sidqinin Naxçıvan şəhərindəki “Məktəbi-Tərbiyə”sində alan Əziz Şərif 1905-1915-ci illərdə təhsilini Cəlil Məmmədquluzadənin himayəsi ilə Tiflis gimnaziyasında davam etdirmiş,bilavasitə onun ədəbi-elmi tərbiyəsini görmüşdür.Həmçinin, Əziz Şərifin dünyagörüşünün və ictimai-siyasi şüurunun formalaşmasında, qabaqcıl bir ziyalı kimi yetisməsində demokrat yazıçı Cəlil Məmmədquluzadə mühüm rol oynamışdır.Əziz Şərif əsil mənada “MollaNəsrəddin” məktəbini keçmişdir.Böyük alim keçmiş illəri belə xatırlayır: “Mən Mirzə Cəlilin mənzilində yaşayırdım. “Molla Nəsrəddin”in redaksiyası da ədibin öz evində yerləşirdi. Adətən hamımız birlikdə nahar edərdik.Hətta xörəyimizi belə Molla Nəsrəddin (CəlilMəmmədquluzadə - K.C.) özü paylayırdı.Mirzə Cəlilin bacısı oğluyla mən hərdənbir redaksiyanın işinə yarayırdıq…”.Söz yox ki, Əziz Şərif burada təvazökarlıq edir.Hər bir tədqiqatçıya yaxşı məlumdur ki, 1906-cı ildə Əziz Şərifin hələ 11 yaşı olanda “Molla Nəsrəddin” jurnalında “Naxçıvan” adlı yazısı Əziz Qurbanəli oğlu Şərifzadə imzası ilə çap olunmuşdur.Həmçinin, “Dəbistan”jurnalında da verilən hesab məsələlərinə, rebuslara və tapmacalara düzgün cavab tapıb vaxtında redaksiyaya göndərdiyinə görə qalib hesab olunar, o, jurnalın üç aylıq nömrələri ilə mükafatlandırılarmış.
Əziz Şərif 1912-ciildə 17 yaşında olarkən rus dilindən “Şərq ulduzları” əsərini tərcümə edib “İşıq” jurnalında dərc etdirmişdir. İlk məktub, məqalə və tərcümələrinin altında Əbdüləziz Şərifzadə imzasını qoyan bu gənc sonralar Əziz Şərif təxəllüsü ilə bütün Sovetlər İttifaqında və türk dünyasında tanınıb məşhurlaşmışdır.
O, Tiflis gimnaziyasında oxuyan zaman,qayğıkeş atası Qurbanəli Şərifzadə Əziz Şərifin təhsilini, hərəkət və davranışlarını daim izləmiş, oğluna gələcək həyatı üçün geniş bir proqram tərtib etmiş, özü bəyəndiyi və həyatında əməl etdiyi, sınadığı etika-əxlaq qanunlarını, ən yüksək və nəcib insani keyfiyyətləri ona aşılamağa çalışmışdır. Oğlu Əziz Şərifə yazdığı məktublarında “Əziz”, “Əziz oğlum Əziz”, “Əzizim Əziz”, “Fərzəndim Əziz”, “Oğlum Əziz” deyə müraciət edən qayğıkeş ata hər bir məktubunda bir qayda olaraq oğluna öyüd-nəsihət verir, həyatda ciddi, bütün hərəkətlərində arif, bir sözlə, nümunəvi, ideal gənc olmağı tələb edir. Əziz Şərif yazır ki, “atam xasiyyətcə romantik olsa da, məni realizm ruhunda tərbiyə etməyə çalışırdı, bu da mümkün olmayanda mənə acıyır, danlayırdı”.Qurbanəli Şərifzadə çox tələbkar bir ata olmuşdur. O, oğlundan gimnaziyada əlaçı, həyatda ciddi, bütün hərəkətlərində arif, bir sözlə, nümunəvi, ideal gənc olmağı arzulamışdır.
Qurbanəli Şərifzadənin oğlu Əziz Şərifə həyəcan dolu yazdığı bir məktuba nəzər salaq: “... Mənə kağız yazanda dürüst fikir elə, gör mən nəyə müntəzirəm, mən nə mətləb istəyirəm, onu yaz. Yuxulu olma, gözlərini dürüst aç. Sənin yazdığın kağızlardan mən sənin hər fikrini anlayıram..., hər gün, hər saat sənin fikrinə düşürəm, qüssələnirəm və yazdığın kağızı da pərişan görəndə pərişan oluram. Sən yazmışdın ki, bir qıza dərs verirsən, amma yazmamışdın ki, o qız kimdir, rusmudur, ya gürcü, ermənidirmi, ya müsəlman, adı nədir, familiyası nədir, sinni neçədir və hər ayda neçə alırsan, ya məccani dərs verirsən? Rus dərsi verirsənmi, ya müsəlman dərsi? Sən belə sözləri yazmayanda mən özgə bir fikrə düşürəm. Xülasə, kağız yazanda dürüst diqqət elə. Sən dərs oxudun, kitab yazdın, məqalə yazdın, əlbəttə ki, mənə fəxrdir. Amma mən sənin ədəbli, namuslu, vəfalı, həyalı, saf, sadə, doğru, halal, sədaqətli, şücaətli, ğəyur, fəal, kifayətli, mərdanə olmağını sevirəm, bəlkə bütün dünya, bütün aləm bu sifət sahibini sevərlər,
dost tutarlar...”. Başqa bir həyacan dolu məktubunda qayğıkeş ata yenə yazır: “Ancaq sən ədəb öyrən. Elm öyrənməsən də, zərəri yoxdur, ancaq kişiyə ədəb, sədaqət, düzlük, əql, fərasət lazımdır”.
Qurbanəli Şərifzadə XIX əsrin sonu, XX əsrin əvvəllərindən Azərbaycanda ictimai fəaliyyət meydanına gələn maarifçi ziyalıların qabaqcıl dəstəsinə mənsub idi. Naxçıvanda bütün mədəni tədbirlər bilavasitə onun rəhbərliyi və yaxından köməkliyi ilə həyata keçirilirdi. Atası Q.Şərifzadə dövrünün ən görkəmli ziyalıları ilə dostluq etmişdir. Əziz Şərif kiçik yaşlarından ailə mühitində ədəbiyyat, maarif, mədəniyyət, tərəqqi və intibah sözlərini eşitmiş, füzulilərin, vaqiflərin, mirzə fətəli axundovların, seyid əzimlərin, zərdabilərin kitablara həkk olunmuş səsini dinləmişdir. O, atasının özünə “mənəvi qardaş” hesab etdiyi Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Firidun Bəy Köçərli, Mirzə Ələkbər Sabir, Əbdürrəhim Bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Əli Bəy Hüseynzadə və başqalarının məktublaşmalarının şahidi olmuşdur. “Şirin kəlam və xoştəqrir” Məhəmməd Tağı Sidqinin vəzləri, Cəlil Məmmədquluzadə və Eynəlibəy Sultanovun ictimai məsələlər ətrafında mübahisələri, Tiflisdə “Molla Nəsrəddin” redaksiyasında qorxmaz, cəsur mollanəsrəddinçilər, böyük xalq şairi Sabir, Haqverdiyev, Qəmküsar və başqaları ilə görüşləri Əziz Şərifin zehnində dərin iz buraxmış,onun bir ictimai xadim, ədəbiyyatşünas alim və publisist kimi yetişməsinə qüvvətli təsir göstərmişdir.
Əziz Şərif Tiflis gimnaziyasını bitirdikdən sonra, bir müddət Moskvada ticarət institutunda oxumuş, Sovet hakimiyyəti illərində Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Bu illərdə o, çoxlu müəllimlərlə qarşılaşsa da, lakin yuxarıda adları çəkilən ədiblər onun həyat əbədi ideal müəllimləri olaraq qalmışlar.
Əziz Şərif geniş yaradıcılıq diapazonuna malik bir şəxsiyyət olmuşdur. Publisistika, ədəbi tənqid, ədəbiyyatşünaslıq, bədii tərcümə, pedaqoji iş, ictimai vəzifə onun fəaliyyətinin ayrı-ayrı cəhətləridir. Müxtəlif vaxtlarda bu və ya başqa sahənin Əziz Şərif yaradıcılığında üstünlük təşkil etməsinə baxmayaraq, bunların hər birində o, birinci dünya və Böyük Vətən müharibəsi illərində məşğul olmuşdur. Xüsusilə, ikinci dünya müharibəsi dövründə Vətənimizin üstünü “faşist taunu” aldıqda Əziz Şərif qələmini daha da kəskinləşdirmişdir. Düşmən əleyhinə böyük vətənpərvərlik və vətəndaşlıq hissləri ilə dolu, kəskin məqalələrlə dövrü mətbuatda, radioda çıxış etmişdir.
O, hələ gimnaziyada oxuduğu illərdə teatrla maraqlanmış, tamaşaya qoyulmuş əsərlər haqqında rəylər dərc etdirmiş, gənc yaşlarından teatr tənqidçisi kimi məşhurlaşmışdır. Mirzə Fətəli Axundovun, Nəcəfbəy Vəzirovun, Əbdürrəhimbəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin əsərlərinin səhnə təcəssümü haqqında qələmə aldığı rəylər ədəbi və teatr ictimaiyyətinin nəzərini cəlb etmişdir. Onun “Fərhad və Şirin”, “İnsan”, “12-ci gecə”, “Yaşar” və başqa tamaşalar haqqında rəyləri bu gün də öz elmi əhəmiyyətini qoruyub saxlamaqdadır.
Bir ədəbiyyatşünas və ədəbiyyat tarixinin tədqiqatçısı kimi o, əsasən Sovet hakimiyyəti illərində daha fəal çalışmışdır. Bu dövrdə onun yaradıcılıq arealı daha geniş və rəngarəngdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Fətəli Axundov, Nəcəfbəy Vəzirov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim Bəy Haqverdiyev, Məhəmməd Tağı Sidqi kimi ədəbi şəxsiyyətlərin həyatı və yaradıcılıqları, ədəbi və pedaqoji fikir tarixində realizmin inkişafı problemi, “Molla Nəsrəddin” jurnalı və ümumiyyətlə, “Molla Nəsrəddin” ədəbi məktəbi onun başlıca tədqiqat obyektləri olmuşdur.
Ədəbiyyatşünas alim kimi Əziz Şərifin elmi irsində onun elmi araşdırmalarının bütün cəhətlərini özündə birləşdirən ümumi bir keyfiyyət nəzərə çarpır. O da realist ədəbiyyatın inkişafı məsələsidir. Təsadüfi deyil ki, elmi yaradıcılığının ilk dövründə(1926-1938-ci illər) o, daha çox Mirzə Fətəli Axundov ədəbi irsinin tədqiqi və öyrənilməsi ilə məşğul olmuşdur. Əziz Şərif “Mirzə Fətəli Axundov”, “Böyük realist”, “Mirzə FətəliAxundovun bədii yaradıcılığı”, “Mirzə Fətəli Axundov əsərlərində qadın”, “Axundov Azərbaycan dramaturgiyasının banisidir”, “Axundovun Puşkin haqqında Şərq poeması”, “Mirzə Fətəli Axundov və Aleksandr Sergeyeviç Puşkin”, “Mirzə Fətəli Axundovun ilk poeması”, “Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı” adlı əsərlər yazaraq rus və Azərbaycan dillərində nəşr etdirmişdir. Bu əsərlərlə hələ kifayət qədər öyrənilməmiş Axundovun yaradıcılığı ilə oxucuları tanış edir. Onun Axundov haqqında tədqiqi son dərəcə faydalı bir nəticə ilə başa çatır; Mirzə Fətəli Axundovun o vaxta qədər itmiş hesab olunan “Puşkin haqqında Şərq poeması” əsərinin orijinalını tapıb nəşr etdirməklə ədəbiyyatımıza yenidən qazandırmışdır.Görkəmli pedaqoq və alim Əziz Şərif yazır ki, “... Axundov yaradıcılığının bir sıra xüsusi cəhətləri, o cümlədən, yazıçının satirasının xüsusiyyətləri kifayət qədər izah edilməmiş, onun tipikləşdirmə, satirik ifşa, bədii surət yaratmaq priyomları açılıb göstərilməmiş, yazıçının üslub xüsusiyyətləri təhlildən keçirilməmişdir”. Həmçinin, Cəlil Məmmədquluzadənin 1905-ci ilin noyabrında “Kavkazski raboçi listok” qəzetində nəşr olunan “Binəsiblər” və “Xeyir-dua” adlı demokratik ruhlu məşhur felyetonlarının böyük ədibin qələminə mənsub olmasının aydınlaşdırılması da Əziz Şərifin ciddi axtarışlarının nəticəsidir.
Əziz Şərifəxalq şairi Sabirlə görüşmək, danışmaq xoşbəxtliyi də nəsib olmuşdur. Şeirlərini sevə-sevə oxuduğu Sabirin xəstəlik xəbərini eşidib kədərlənən Əziz Şərif, onun müalicə üçün Tiflisə gəldiyindən xeyli sevinmişdir. Sabirin duzlu, məzəli danışıqları, ciddi görkəmi 16 yaşlı gimnazist şagirdin ona məhəbbətini daha da artırmışdır. Ötən əsrin 20-ci ilindən başlayaraq ömrünün sonuna kimi Sabir irsinin tədqiqi Əziz Şərifin diqqət mərkəzində olmuşdur. “Sabir”, “Sabir və “Molla Nəsrəddin”, “Sabir bu gün”, “Sabirin poetik yaradıcılığı”, “Sabir Tiflisdə”, “Sabir və Abdulla Tukay” əsərləri faktların yeniliyi, mülahizələrin orijinallığı baxımından nəzəri cəlb edir. O, Sabir yaradıcılığının mövzu dairəsi, bədii təsir qüvvəsi, sənətkarlıq məziyyətləri ilə yanaşı şairin tərcümeyi-halının bir sıra qaranlıq məqamlarını da aydınlaşdırmağa müvəffəq olmuş, satira ustadının “Molla Nəsrəddin”lə qarşılıqlı münasibətlərini şərh etmişdir. Mirzə Ələkbər Sabir haqqında qaranlıq qalan məqamların üzə çıxarılmasında Sabirin Qurbanəli Şərifzadə ilə məktublaşması da Əziz Şərifə kömək etmişdir.
Görkəmli pedaqoq-alim, Əbdürrəhim Bəy Haqverdiyevlə əlaqədar tədqiqlərini ümumiləşdirib 40-cı ildə “Əbdürrəhim Bəy Haqverdiyevin həyat və yaradıcılığı” mövzusunda namizədlik, 1957-ci ildə isə “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının birinci dövrü (1866-1905)” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.
1968-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən rus dilində nəşr olunan “Molla Nəsrəddin”in yaranması” adlı əsər (Azərbaycan nəşrində isə əsərin adı belədir: “Molla Nəsrəddin” necə yarandı”) təkcə Əziz Şərif yaradıcılığının deyil, bütün Azərbaycan ədəbiyyatşünaslıq elminin nailiyyəti idi. Monoqrafiya Mirzə Cəlilin həyatının 40 ilini əhatə edir. 10 fəsildən ibarət olan bu kitabda Cəlil Məmmədquluzadə fəaliyyətinin bütün cəhətləri, ailə həyatı, Qori seminariyasında təhsil illəri, İrəvan quberniyasının müxtəlif kəndlərində pedaqoji fəaliyyəti, yeni canlanmağa başlayan Naxçıvan ədəbi mühiti ilə əlaqəsi, ilk qələm təcrübələrinin təhlili, “Şərqi-rus” qəzetinin redaksiyasında, “Qeyrət” mətbəəsində işləməsi, Zaqafqaziyada rus dilində nəşr olunan mətbuat orqanları xüsusilə “Kafkazski raboçi listok” adlı qəzetlə əməkdaşlığı, “1905-ci il inqilabı” günlərində üsyana qalxmış zəhmətkeş kütlə ilə əlaqəsi və sair məsələlər tədqiqata cəlb edilmişdir. Belə bir tədqiqatın aparılması ağır zəhmətin məhsulu idi. Çünki obrazlı desək, Əziz Şərifin araşdırdığı elmi-tədqiqat işi ümumi mənzərədə boş qalmış torpaq sahəsinə bənzəyirdi. Bura hələ tədqiqatçı ayağı dəyməmişdi. Əziz Şərif uzun illər Peterburq, Moskva, Bakı, Tiflis, İrəvan arxivlərində və kitabxanalarında işləyib külli miqdarda fakt, ədibi yaxından tanıyanların xatirələrini topladıqdan sonra bir sıra maraqlı ədəbi kəşflər etmişdir.
Monoqrafiyanın maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, müəllif öz tədqiqatını yalnız Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına XIX əsrin 80-ci illərindən başlayaraq I rus inqilabının astanasına qədər Zaqafqaziyada Azərbaycanda yaranan maarifçilik hərəkatının ümumi fonunda tədqiq etməyə çalışmışdır. Naxçıvan ədəbi mühitində Məhəmməd Tağı Sidqi və Qurbanəli Şərifzadənin, Bakıda N.Nərimanov, S.M.Qənizadə ilə, Peterburqda Ə.B.Haqverdiyevlə, Kəlküttədə, Qahirədə, İstanbulda, İran mühacir mətbuatının xadimləri ilə, Baxçasarayda “Tərcüman” qəzeti ilə əlaqəsi, M.F.Axundov komediyalarının tamaşası və ingilis alimi Con Stüart Milin qadın azadlığı haqqında fikirlərinin müzakirəsi, A.O.Çernyayevskinin Azərbaycanda “Fikir” qəzetini nəşr etdirmək uğrunda mübarizəsi, bununla əlaqədar naxçıvanlı müəllim Ə.Xəlilovla məktublaşması və s. məsələlər ilk dəfə yeni arxiv sənədləri əsasında Əziz Şərif tərəfindən işıqlandırılmış, böyük demokratın dünyagörüşünün formalaşmasında bu hadisələrin rolu göstərilmişdir.

Yazıçını həyat və yaradıcılığını yaşadığı dövrün ictimai və ədəbi hadisələrin ümumi mənzərəsində təhlil edib qiymətləndirmək ümumiyyətlə, Əziz Şərif yaradıcılığına məxsus bir keyfiyyətdir. Bu, onun 1968-ci ildə Moskvada nəşr olunmuş “Məhəbbət və gözəllik tərənnümçüsü Vaqif” kitabında qabarıq şəkildə özünü göstərir.
Əziz Şərifin, həmçinin, bir neçə dil bilməsi imkan vermişdir ki, o, müxtəlif xalqların ədəbiyyatını orijinaldan oxuya və oxuduğu yaradıcılıq nümunələrini tərcümə edib yaya bilsin. Alim, elmi-pedaqoji fəaliyyətlə yanaşı müntəzəm olaraq bədii tərcümə ilə də məşğul olmuşdur. Qoqolun “Evlənmə” komediyası, Şillerin “Məkr və məhəbbət” dramı, Qorkinin “Ana” romanı, “Düşmənlər” pyesi, A.Fadeyevin “Tarmar” əsərlərini Azərbaycan dilinə Əziz Şərif tərcümə etmişdir.Azərbaycan yazıçılarının əsərlərinin rus dilinə tərcüməsi, nəşri və təbliği sahəsində də Əziz Şərifin xidmətləri böyükdür. Ötən əsrin 30-cu illərdən başlayaraq o, Mirzə Fətəli Axundov, Nəvəf Bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev irsinin rus dilinə tərcüməsi ilə məşğul olmuşdur. Görkəmli alim həmin klassiklərin əsərlərini dəfələrlə dərin məzmunlu müqəddimə və şərhlərlə Bakıda, Tiflisdə və Moskvada nəşr etdirmiş, Sabir və Vaqif əsərlərini çapa hazırlamış, onları dünya miqyasında tanıtmışdır.
Əziz Şərif klassik ədəbiyyatımızın tədqiqi ilə yanaşı, pedaqogika tariximizin görkəmli nümayəndələri olan Cəfər Cabbarlı, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mir Cəlal, Ənvər Məmmədxanlı, Əli Vəliyev və başqalarının ən yaxşı əsərlərini rus dilinə tərcümə etmişdir.
Ölkəmizdə tədqiqatçıların alim-filoloq kimi yetişməsində də Əziz Şərifin böyük əməyi olmuşdur. O, bir çox dissertant və doktorantlara rəhbərlik etmiş, namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. Əziz Şərifin Azərbaycan, Gürcüstan və Rusiya mətbuatında nəşr olunan çoxlu elmi əsərləri vətənimizin xaricində olan alimlərin də diqqətini cəlb etmişdir. Azərbaycan ədəbiyyatı və pedaqoji fikir tarixini araşdıran əcnəbi alimlərin, demək olar ki, hamısı Əziz Şərif yaradıcılığından mötəbər bir mənbə kimi istifadə edirlər.
Yekun olaraq qeyd edək ki, Əziz Şərif elm və sənət adamlarının yaradıcılığında olan incə və dərin mətləbləri duyaraq aydın, konkret vəməzmunlu fikirləri ilə təhlilə cəlb etmiş,mollanəsrəddinçilərin maarifçilik ideyalarını, Azərbaycan ədəbi və pedaqoji fikir tarixinin zəruri məsələlərini maraqlı mülahizələri ilə tədqiq-təhlil süzgəcindən keçirmişdir.
Kamal CAMALOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
AYB-nin üzvü

Baxış sayı: 4 361
Bölməyə aid digər xəbərlər
Tarix: 13-05-2020 21:59 | Bölmə: Ədəbiyyat
Mollanəsrəddinçilərin əqidə və məslək dostu Əziz Şərif yaradıcılıq aləminə çox erkən yaşlardan gəlmişdir.Pedaqoq-alim UluTanrının ona verdiyi ömür payını Naxçıvanda, Tiflisdə, Bakıda və Moskvada yaşamışdır. İlk təhsilini Məhəmməd Tağı Sidqinin Naxçıvan şəhərindəki “Məktəbi-Tərbiyə”sində alan Əziz Şərif 1905-1915-ci illərdə təhsilini Cəlil Məmmədquluzadənin himayəsi ilə Tiflis gimnaziyasında davam etdirmiş,bilavasitə onun ədəbi-elmi tərbiyəsini görmüşdür.Həmçinin, Əziz Şərifin dünyagörüşünün və ictimai-siyasi şüurunun formalaşmasında, qabaqcıl bir ziyalı kimi yetisməsində demokrat yazıçı Cəlil Məmmədquluzadə mühüm rol oynamışdır.Əziz Şərif əsil mənada “MollaNəsrəddin” məktəbini keçmişdir.Böyük alim keçmiş illəri belə xatırlayır: “Mən Mirzə Cəlilin mənzilində yaşayırdım. “Molla Nəsrəddin”in redaksiyası da ədibin öz evində yerləşirdi. Adətən hamımız birlikdə nahar edərdik.Hətta xörəyimizi belə Molla Nəsrəddin (CəlilMəmmədquluzadə - K.C.) özü paylayırdı.Mirzə Cəlilin bacısı oğluyla mən hərdənbir redaksiyanın işinə yarayırdıq…”.Söz yox ki, Əziz Şərif burada təvazökarlıq edir.Hər bir tədqiqatçıya yaxşı məlumdur ki, 1906-cı ildə Əziz Şərifin hələ 11 yaşı olanda “Molla Nəsrəddin” jurnalında “Naxçıvan” adlı yazısı Əziz Qurbanəli oğlu Şərifzadə imzası ilə çap olunmuşdur.Həmçinin, “Dəbistan”jurnalında da verilən hesab məsələlərinə, rebuslara və tapmacalara düzgün cavab tapıb vaxtında redaksiyaya göndərdiyinə görə qalib hesab olunar, o, jurnalın üç aylıq nömrələri ilə mükafatlandırılarmış.Əziz Şərif 1912-ciildə 17 yaşında olarkən rus dilindən “Şərq ulduzları” əsərini tərcümə edib “İşıq” jurnalında dərc etdirmişdir. İlk məktub, məqalə və tərcümələrinin altında Əbdüləziz Şərifzadə imzasını qoyan bu gənc sonralar Əziz Şərif təxəllüsü ilə bütün Sovetlər İttifaqında və türk dünyasında tanınıb məşhurlaşmışdır.
O, Tiflis gimnaziyasında oxuyan zaman,qayğıkeş atası Qurbanəli Şərifzadə Əziz Şərifin təhsilini, hərəkət və davranışlarını daim izləmiş, oğluna gələcək həyatı üçün geniş bir proqram tərtib etmiş, özü bəyəndiyi və həyatında əməl etdiyi, sınadığı etika-əxlaq qanunlarını, ən yüksək və nəcib insani keyfiyyətləri ona aşılamağa çalışmışdır. Oğlu Əziz Şərifə yazdığı məktublarında “Əziz”, “Əziz oğlum Əziz”, “Əzizim Əziz”, “Fərzəndim Əziz”, “Oğlum Əziz” deyə müraciət edən qayğıkeş ata hər bir məktubunda bir qayda olaraq oğluna öyüd-nəsihət verir, həyatda ciddi, bütün hərəkətlərində arif, bir sözlə, nümunəvi, ideal gənc olmağı tələb edir. Əziz Şərif yazır ki, “atam xasiyyətcə romantik olsa da, məni realizm ruhunda tərbiyə etməyə çalışırdı, bu da mümkün olmayanda mənə acıyır, danlayırdı”.Qurbanəli Şərifzadə çox tələbkar bir ata olmuşdur. O, oğlundan gimnaziyada əlaçı, həyatda ciddi, bütün hərəkətlərində arif, bir sözlə, nümunəvi, ideal gənc olmağı arzulamışdır.
Qurbanəli Şərifzadənin oğlu Əziz Şərifə həyəcan dolu yazdığı bir məktuba nəzər salaq: “... Mənə kağız yazanda dürüst fikir elə, gör mən nəyə müntəzirəm, mən nə mətləb istəyirəm, onu yaz. Yuxulu olma, gözlərini dürüst aç. Sənin yazdığın kağızlardan mən sənin hər fikrini anlayıram..., hər gün, hər saat sənin fikrinə düşürəm, qüssələnirəm və yazdığın kağızı da pərişan görəndə pərişan oluram. Sən yazmışdın ki, bir qıza dərs verirsən, amma yazmamışdın ki, o qız kimdir, rusmudur, ya gürcü, ermənidirmi, ya müsəlman, adı nədir, familiyası nədir, sinni neçədir və hər ayda neçə alırsan, ya məccani dərs verirsən? Rus dərsi verirsənmi, ya müsəlman dərsi? Sən belə sözləri yazmayanda mən özgə bir fikrə düşürəm. Xülasə, kağız yazanda dürüst diqqət elə. Sən dərs oxudun, kitab yazdın, məqalə yazdın, əlbəttə ki, mənə fəxrdir. Amma mən sənin ədəbli, namuslu, vəfalı, həyalı, saf, sadə, doğru, halal, sədaqətli, şücaətli, ğəyur, fəal, kifayətli, mərdanə olmağını sevirəm, bəlkə bütün dünya, bütün aləm bu sifət sahibini sevərlər, dost tutarlar...”. Başqa bir həyacan dolu məktubunda qayğıkeş ata yenə yazır: “Ancaq sən ədəb öyrən. Elm öyrənməsən də, zərəri yoxdur, ancaq kişiyə ədəb, sədaqət, düzlük, əql, fərasət lazımdır”.
Qurbanəli Şərifzadə XIX əsrin sonu, XX əsrin əvvəllərindən Azərbaycanda ictimai fəaliyyət meydanına gələn maarifçi ziyalıların qabaqcıl dəstəsinə mənsub idi. Naxçıvanda bütün mədəni tədbirlər bilavasitə onun rəhbərliyi və yaxından köməkliyi ilə həyata keçirilirdi. Atası Q.Şərifzadə dövrünün ən görkəmli ziyalıları ilə dostluq etmişdir. Əziz Şərif kiçik yaşlarından ailə mühitində ədəbiyyat, maarif, mədəniyyət, tərəqqi və intibah sözlərini eşitmiş, füzulilərin, vaqiflərin, mirzə fətəli axundovların, seyid əzimlərin, zərdabilərin kitablara həkk olunmuş səsini dinləmişdir. O, atasının özünə “mənəvi qardaş” hesab etdiyi Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Firidun Bəy Köçərli, Mirzə Ələkbər Sabir, Əbdürrəhim Bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Əli Bəy Hüseynzadə və başqalarının məktublaşmalarının şahidi olmuşdur. “Şirin kəlam və xoştəqrir” Məhəmməd Tağı Sidqinin vəzləri, Cəlil Məmmədquluzadə və Eynəlibəy Sultanovun ictimai məsələlər ətrafında mübahisələri, Tiflisdə “Molla Nəsrəddin” redaksiyasında qorxmaz, cəsur mollanəsrəddinçilər, böyük xalq şairi Sabir, Haqverdiyev, Qəmküsar və başqaları ilə görüşləri Əziz Şərifin zehnində dərin iz buraxmış,onun bir ictimai xadim, ədəbiyyatşünas alim və publisist kimi yetişməsinə qüvvətli təsir göstərmişdir.
Əziz Şərif Tiflis gimnaziyasını bitirdikdən sonra, bir müddət Moskvada ticarət institutunda oxumuş, Sovet hakimiyyəti illərində Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Bu illərdə o, çoxlu müəllimlərlə qarşılaşsa da, lakin yuxarıda adları çəkilən ədiblər onun həyat əbədi ideal müəllimləri olaraq qalmışlar.
Əziz Şərif geniş yaradıcılıq diapazonuna malik bir şəxsiyyət olmuşdur. Publisistika, ədəbi tənqid, ədəbiyyatşünaslıq, bədii tərcümə, pedaqoji iş, ictimai vəzifə onun fəaliyyətinin ayrı-ayrı cəhətləridir. Müxtəlif vaxtlarda bu və ya başqa sahənin Əziz Şərif yaradıcılığında üstünlük təşkil etməsinə baxmayaraq, bunların hər birində o, birinci dünya və Böyük Vətən müharibəsi illərində məşğul olmuşdur. Xüsusilə, ikinci dünya müharibəsi dövründə Vətənimizin üstünü “faşist taunu” aldıqda Əziz Şərif qələmini daha da kəskinləşdirmişdir. Düşmən əleyhinə böyük vətənpərvərlik və vətəndaşlıq hissləri ilə dolu, kəskin məqalələrlə dövrü mətbuatda, radioda çıxış etmişdir. O, hələ gimnaziyada oxuduğu illərdə teatrla maraqlanmış, tamaşaya qoyulmuş əsərlər haqqında rəylər dərc etdirmiş, gənc yaşlarından teatr tənqidçisi kimi məşhurlaşmışdır. Mirzə Fətəli Axundovun, Nəcəfbəy Vəzirovun, Əbdürrəhimbəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin əsərlərinin səhnə təcəssümü haqqında qələmə aldığı rəylər ədəbi və teatr ictimaiyyətinin nəzərini cəlb etmişdir. Onun “Fərhad və Şirin”, “İnsan”, “12-ci gecə”, “Yaşar” və başqa tamaşalar haqqında rəyləri bu gün də öz elmi əhəmiyyətini qoruyub saxlamaqdadır.
Bir ədəbiyyatşünas və ədəbiyyat tarixinin tədqiqatçısı kimi o, əsasən Sovet hakimiyyəti illərində daha fəal çalışmışdır. Bu dövrdə onun yaradıcılıq arealı daha geniş və rəngarəngdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Fətəli Axundov, Nəcəfbəy Vəzirov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim Bəy Haqverdiyev, Məhəmməd Tağı Sidqi kimi ədəbi şəxsiyyətlərin həyatı və yaradıcılıqları, ədəbi və pedaqoji fikir tarixində realizmin inkişafı problemi, “Molla Nəsrəddin” jurnalı və ümumiyyətlə, “Molla Nəsrəddin” ədəbi məktəbi onun başlıca tədqiqat obyektləri olmuşdur.
Ədəbiyyatşünas alim kimi Əziz Şərifin elmi irsində onun elmi araşdırmalarının bütün cəhətlərini özündə birləşdirən ümumi bir keyfiyyət nəzərə çarpır. O da realist ədəbiyyatın inkişafı məsələsidir. Təsadüfi deyil ki, elmi yaradıcılığının ilk dövründə(1926-1938-ci illər) o, daha çox Mirzə Fətəli Axundov ədəbi irsinin tədqiqi və öyrənilməsi ilə məşğul olmuşdur. Əziz Şərif “Mirzə Fətəli Axundov”, “Böyük realist”, “Mirzə FətəliAxundovun bədii yaradıcılığı”, “Mirzə Fətəli Axundov əsərlərində qadın”, “Axundov Azərbaycan dramaturgiyasının banisidir”, “Axundovun Puşkin haqqında Şərq poeması”, “Mirzə Fətəli Axundov və Aleksandr Sergeyeviç Puşkin”, “Mirzə Fətəli Axundovun ilk poeması”, “Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı” adlı əsərlər yazaraq rus və Azərbaycan dillərində nəşr etdirmişdir. Bu əsərlərlə hələ kifayət qədər öyrənilməmiş Axundovun yaradıcılığı ilə oxucuları tanış edir. Onun Axundov haqqında tədqiqi son dərəcə faydalı bir nəticə ilə başa çatır; Mirzə Fətəli Axundovun o vaxta qədər itmiş hesab olunan “Puşkin haqqında Şərq poeması” əsərinin orijinalını tapıb nəşr etdirməklə ədəbiyyatımıza yenidən qazandırmışdır.Görkəmli pedaqoq və alim Əziz Şərif yazır ki, “... Axundov yaradıcılığının bir sıra xüsusi cəhətləri, o cümlədən, yazıçının satirasının xüsusiyyətləri kifayət qədər izah edilməmiş, onun tipikləşdirmə, satirik ifşa, bədii surət yaratmaq priyomları açılıb göstərilməmiş, yazıçının üslub xüsusiyyətləri təhlildən keçirilməmişdir”. Həmçinin, Cəlil Məmmədquluzadənin 1905-ci ilin noyabrında “Kavkazski raboçi listok” qəzetində nəşr olunan “Binəsiblər” və “Xeyir-dua” adlı demokratik ruhlu məşhur felyetonlarının böyük ədibin qələminə mənsub olmasının aydınlaşdırılması da Əziz Şərifin ciddi axtarışlarının nəticəsidir.Əziz Şərifəxalq şairi Sabirlə görüşmək, danışmaq xoşbəxtliyi də nəsib olmuşdur. Şeirlərini sevə-sevə oxuduğu Sabirin xəstəlik xəbərini eşidib kədərlənən Əziz Şərif, onun müalicə üçün Tiflisə gəldiyindən xeyli sevinmişdir. Sabirin duzlu, məzəli danışıqları, ciddi görkəmi 16 yaşlı gimnazist şagirdin ona məhəbbətini daha da artırmışdır. Ötən əsrin 20-ci ilindən başlayaraq ömrünün sonuna kimi Sabir irsinin tədqiqi Əziz Şərifin diqqət mərkəzində olmuşdur. “Sabir”, “Sabir və “Molla Nəsrəddin”, “Sabir bu gün”, “Sabirin poetik yaradıcılığı”, “Sabir Tiflisdə”, “Sabir və Abdulla Tukay” əsərləri faktların yeniliyi, mülahizələrin orijinallığı baxımından nəzəri cəlb edir. O, Sabir yaradıcılığının mövzu dairəsi, bədii təsir qüvvəsi, sənətkarlıq məziyyətləri ilə yanaşı şairin tərcümeyi-halının bir sıra qaranlıq məqamlarını da aydınlaşdırmağa müvəffəq olmuş, satira ustadının “Molla Nəsrəddin”lə qarşılıqlı münasibətlərini şərh etmişdir. Mirzə Ələkbər Sabir haqqında qaranlıq qalan məqamların üzə çıxarılmasında Sabirin Qurbanəli Şərifzadə ilə məktublaşması da Əziz Şərifə kömək etmişdir.
Görkəmli pedaqoq-alim, Əbdürrəhim Bəy Haqverdiyevlə əlaqədar tədqiqlərini ümumiləşdirib 40-cı ildə “Əbdürrəhim Bəy Haqverdiyevin həyat və yaradıcılığı” mövzusunda namizədlik, 1957-ci ildə isə “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının birinci dövrü (1866-1905)” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.
1968-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən rus dilində nəşr olunan “Molla Nəsrəddin”in yaranması” adlı əsər (Azərbaycan nəşrində isə əsərin adı belədir: “Molla Nəsrəddin” necə yarandı”) təkcə Əziz Şərif yaradıcılığının deyil, bütün Azərbaycan ədəbiyyatşünaslıq elminin nailiyyəti idi. Monoqrafiya Mirzə Cəlilin həyatının 40 ilini əhatə edir. 10 fəsildən ibarət olan bu kitabda Cəlil Məmmədquluzadə fəaliyyətinin bütün cəhətləri, ailə həyatı, Qori seminariyasında təhsil illəri, İrəvan quberniyasının müxtəlif kəndlərində pedaqoji fəaliyyəti, yeni canlanmağa başlayan Naxçıvan ədəbi mühiti ilə əlaqəsi, ilk qələm təcrübələrinin təhlili, “Şərqi-rus” qəzetinin redaksiyasında, “Qeyrət” mətbəəsində işləməsi, Zaqafqaziyada rus dilində nəşr olunan mətbuat orqanları xüsusilə “Kafkazski raboçi listok” adlı qəzetlə əməkdaşlığı, “1905-ci il inqilabı” günlərində üsyana qalxmış zəhmətkeş kütlə ilə əlaqəsi və sair məsələlər tədqiqata cəlb edilmişdir. Belə bir tədqiqatın aparılması ağır zəhmətin məhsulu idi. Çünki obrazlı desək, Əziz Şərifin araşdırdığı elmi-tədqiqat işi ümumi mənzərədə boş qalmış torpaq sahəsinə bənzəyirdi. Bura hələ tədqiqatçı ayağı dəyməmişdi. Əziz Şərif uzun illər Peterburq, Moskva, Bakı, Tiflis, İrəvan arxivlərində və kitabxanalarında işləyib külli miqdarda fakt, ədibi yaxından tanıyanların xatirələrini topladıqdan sonra bir sıra maraqlı ədəbi kəşflər etmişdir.
Monoqrafiyanın maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, müəllif öz tədqiqatını yalnız Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına XIX əsrin 80-ci illərindən başlayaraq I rus inqilabının astanasına qədər Zaqafqaziyada Azərbaycanda yaranan maarifçilik hərəkatının ümumi fonunda tədqiq etməyə çalışmışdır. Naxçıvan ədəbi mühitində Məhəmməd Tağı Sidqi və Qurbanəli Şərifzadənin, Bakıda N.Nərimanov, S.M.Qənizadə ilə, Peterburqda Ə.B.Haqverdiyevlə, Kəlküttədə, Qahirədə, İstanbulda, İran mühacir mətbuatının xadimləri ilə, Baxçasarayda “Tərcüman” qəzeti ilə əlaqəsi, M.F.Axundov komediyalarının tamaşası və ingilis alimi Con Stüart Milin qadın azadlığı haqqında fikirlərinin müzakirəsi, A.O.Çernyayevskinin Azərbaycanda “Fikir” qəzetini nəşr etdirmək uğrunda mübarizəsi, bununla əlaqədar naxçıvanlı müəllim Ə.Xəlilovla məktublaşması və s. məsələlər ilk dəfə yeni arxiv sənədləri əsasında Əziz Şərif tərəfindən işıqlandırılmış, böyük demokratın dünyagörüşünün formalaşmasında bu hadisələrin rolu göstərilmişdir.

Yazıçını həyat və yaradıcılığını yaşadığı dövrün ictimai və ədəbi hadisələrin ümumi mənzərəsində təhlil edib qiymətləndirmək ümumiyyətlə, Əziz Şərif yaradıcılığına məxsus bir keyfiyyətdir. Bu, onun 1968-ci ildə Moskvada nəşr olunmuş “Məhəbbət və gözəllik tərənnümçüsü Vaqif” kitabında qabarıq şəkildə özünü göstərir.
Əziz Şərifin, həmçinin, bir neçə dil bilməsi imkan vermişdir ki, o, müxtəlif xalqların ədəbiyyatını orijinaldan oxuya və oxuduğu yaradıcılıq nümunələrini tərcümə edib yaya bilsin. Alim, elmi-pedaqoji fəaliyyətlə yanaşı müntəzəm olaraq bədii tərcümə ilə də məşğul olmuşdur. Qoqolun “Evlənmə” komediyası, Şillerin “Məkr və məhəbbət” dramı, Qorkinin “Ana” romanı, “Düşmənlər” pyesi, A.Fadeyevin “Tarmar” əsərlərini Azərbaycan dilinə Əziz Şərif tərcümə etmişdir.Azərbaycan yazıçılarının əsərlərinin rus dilinə tərcüməsi, nəşri və təbliği sahəsində də Əziz Şərifin xidmətləri böyükdür. Ötən əsrin 30-cu illərdən başlayaraq o, Mirzə Fətəli Axundov, Nəvəf Bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev irsinin rus dilinə tərcüməsi ilə məşğul olmuşdur. Görkəmli alim həmin klassiklərin əsərlərini dəfələrlə dərin məzmunlu müqəddimə və şərhlərlə Bakıda, Tiflisdə və Moskvada nəşr etdirmiş, Sabir və Vaqif əsərlərini çapa hazırlamış, onları dünya miqyasında tanıtmışdır.
Əziz Şərif klassik ədəbiyyatımızın tədqiqi ilə yanaşı, pedaqogika tariximizin görkəmli nümayəndələri olan Cəfər Cabbarlı, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mir Cəlal, Ənvər Məmmədxanlı, Əli Vəliyev və başqalarının ən yaxşı əsərlərini rus dilinə tərcümə etmişdir.
Ölkəmizdə tədqiqatçıların alim-filoloq kimi yetişməsində də Əziz Şərifin böyük əməyi olmuşdur. O, bir çox dissertant və doktorantlara rəhbərlik etmiş, namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. Əziz Şərifin Azərbaycan, Gürcüstan və Rusiya mətbuatında nəşr olunan çoxlu elmi əsərləri vətənimizin xaricində olan alimlərin də diqqətini cəlb etmişdir. Azərbaycan ədəbiyyatı və pedaqoji fikir tarixini araşdıran əcnəbi alimlərin, demək olar ki, hamısı Əziz Şərif yaradıcılığından mötəbər bir mənbə kimi istifadə edirlər.
Yekun olaraq qeyd edək ki, Əziz Şərif elm və sənət adamlarının yaradıcılığında olan incə və dərin mətləbləri duyaraq aydın, konkret vəməzmunlu fikirləri ilə təhlilə cəlb etmiş,mollanəsrəddinçilərin maarifçilik ideyalarını, Azərbaycan ədəbi və pedaqoji fikir tarixinin zəruri məsələlərini maraqlı mülahizələri ilə tədqiq-təhlil süzgəcindən keçirmişdir.
Kamal CAMALOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
AYB-nin üzvü

Baxış sayı: 4 361
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













