21:43 / 06-08-2026
Media: Yevgeniya Qutsul qadın həbsxanasına köçürülüb
21:39 / 06-08-2026
Ukraynanın keçmiş prezidenti Yuşşenko yeni vəzifəyə təyin edilib
21:35 / 06-08-2026
Litva Baltikyanı ölkələrə mümkün Ukrayna pilotsuz təyyarələrinin hücumunu elan edib
21:32 / 06-08-2026
Bir qız attraksiondan yıxıldı
21:15 / 06-08-2026
Keçmiş ÇSKA və "Spartak Moskva" futbolçusu Zabolotnı altı ay müddətinə diskvalifikasiya edildi
21:11 / 06-08-2026
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
21:05 / 06-08-2026
Zoopark işçisi ayının ona niyə hücum etdiyini izah etdi
21:00 / 06-08-2026
Xirosima merini ABŞ-dan bəhs etmədiyinə görə tənqid etdi
20:49 / 06-08-2026
Keçmiş Ali Rada üzvü Oleinik Umerovu ABŞ casusu adlandırır
20:42 / 06-08-2026
Stüardessanın baqajından 2 milyon rubl dəyərində 15 şüşə elit şərab tapılıb
20:36 / 06-08-2026
Xarici İşlər Nazirliyi Yerevanın Rusiyanı şantaj etmək cəhdlərinə münasibət bildirib
20:33 / 06-08-2026
Politoloq Hörmüz boğazında güzəştə gedəcəyi təqdirdə İran üçün riskləri qeyd edir
20:29 / 06-08-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiya ABŞ-ın atom bombalamalarına görə məsuliyyətini etiraf etməli olacaq
20:24 / 06-08-2026
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
20:21 / 06-08-2026
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
20:19 / 06-08-2026
Ermənistan Parlamentinin sədri Rusiyaya mal ixracı məsələsini qaldırdı
20:16 / 06-08-2026
Pit Heqsetin Siyasi İşlər üzrə Katibinin müavini Çinə dəvət ala bilmir
20:03 / 06-08-2026
Lavrov Rubioya bildirib ki, Kiyev Qərb olmadan terror hücumları həyata keçirə bilməzdi
20:00 / 06-08-2026
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
19:57 / 06-08-2026
NYT: Qərb müttəfiqləri Kiyevə raket təhvil verməkdə tərəddüd edirlər
19:53 / 06-08-2026
İrakli Kobaxidze Gürcüstanda rus turistlərin təhlükəsizliyinə zəmanət verdi
19:46 / 06-08-2026
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
21:09 / 05-08-2026
Nyu-York ölümcül xəstə sakinlər üçün evtanaziyanı qanuniləşdirib
21:06 / 05-08-2026
İtkin düşmüş təyyarənin pilotları ilə əlaqə saxlanılıb
21:02 / 05-08-2026
Cənubi Koreyada istidən 20-dən çox insan ölüb
20:56 / 05-08-2026
Roskosmos baş institutunda yanğın baş verib
20:53 / 05-08-2026
İspaniya 2030-cu il Dünya Kubokuna Mərakeşlə birgə ev sahibliyi etməkdən imtina edə bilər
20:51 / 05-08-2026
BMT: El-Ninyo 2027-ci ilin sonuna qədər daha 49 milyon insanı aclığa sürükləyə bilər
20:48 / 05-08-2026
Ölüm hökmünün Rusiyaya qaytarılmasını tələb etdi
20:35 / 05-08-2026
Sərxoş ata azyaşlı qızını döyüb
20:32 / 05-08-2026
DHL yük təyyarəsi Leypsiq üzərində naməlum əşya ilə toqquşub
20:22 / 05-08-2026
Taylandda oyun zamanı ildırım futbolçunu öldürdü
20:17 / 05-08-2026
Nasist döyməsi göstərdiyinə görə doqquz ay həbs cəzasına məhkum edilib
20:11 / 05-08-2026
FTB direktoru Rusiya və Çinlə əməkdaşlıqdan danışdı
20:06 / 05-08-2026
Kiyev kameraları 11 "İskəndər" raket zərbəsini qeydə alıb
20:04 / 05-08-2026
NYT: Rusiya ABŞ-ın "Patriot" raketləri üçün istehsal etdiyindən daha çox ballistik raketdən istifadə edir
Xalq şairi Məmməd Arazın “Naxçıvan albomu”-Ramiz QASIMOV
Tarix: 05-05-2020 19:08 | Bölmə: Ədəbiyyat

II Yazı
Xalq şairi Məmməd Arazın poeziyada vəsf və tərənnüm etdiyi, təsvir və əks etdirdiyi Naxçıvan publisistikasında daha da fərqli, ciddi planda əks olunub. Onun “Naxçıvan albomu”, “Bizim bu günümüz”, “Mənim Naxçıvanım” (ssenari), “Arpaçayın aşıb-daşan nəğməsi”, “Dağ çayının nəğməsi” kimi publisistik məqalə və ssenarilərində Naxçıvanın dünəni və bu günü, köhnəliyi və yeniliyi, tarixiliyi və müasirliyi, problemləri, qayğıları və nailiyyətləri və s. yer alır, çox dolğun, təsirli və təəssüblü şəkildə əks olunur.
“Naxçıvan albomu” əsəri şairin bir ziyalı olaraq böyüyüb, boya-başa çatdığı Naxçıvan haqqında yazdığı ən irihəcmli və həm də ən sanballı əsəridir. Bu əsərdə Naxçıvanla bağlı tarixi düşüncələrdən başlayaraq müasir gününə qədər keçdiyi inkişaf yoluna nəzər salınır, xüsusilə məşhur əfsanə təşkil edən Dağyunus haqqındakı folklor mətnindən qaynaqlanaraq Naxçıvanın müəllifin müasiri olduğu gündəki problem, qayğı və narahatlıqlarını dilə gətirir, onu ictimaiyyətin diqqətinə gətirərək həllinə bir ziyalı köməyini, bir övlad-vətəndaş töhfəsini verməyə çalışır.
Əsər çox maraqlı bir üsulla başlayır: müəllif hər dəfə Naxçıvana gələndə babasının dediyi “Ay oğul, bura Dağyunus torpağıdır!” deyimindən boy alan əfsanəni başlanğıc seçir. Baba sanki xalq ədəbiyyatı nümunələrindəki yaşlı, ağsaçlı, nurani, müdrik qocalardan olan bir babanın dililə övladına min bir hikmət, min bir sirr danışır. Onun danışdığı “Dağyunus əfsanəsi” Naxçıvanda körpədən böyüyə dillər əzbəri olan bir əfsanədir. Burada Dağyunus zülmünə qarşı əhalinin birlik içində inadla apardığı mübarizədən bəhs olunur. Yeddi gəncin zülm əleyhinə apardığı mücadilənin onları “Mağara adamları” – Əshabi-kəf adamları olaraq yaddaşlara yazmasının ibrəti göstərilir. Burada müəllif çox maraqlı bir fikirlə öz gələcək söz-söhbətinə zəmin hazırlayır: “Axı keçmişin rəngi təkcə qaradan ibarət deyil. Qədim Naxçıvan albomunda əbədiyyətə aparılası o qədər mənzərələr var ki”. Bu minvalla söhbətinə başlayan müəllif Naxçıvanın məşhur “Narbənd” (Buna “Nalbən” də deyilir – müəllif) ağacından söhbət açır və bununla da digər məsələlərə keçid verir. Səbəb budur ki, Narbənd təkcə adi bir ağac deyil, həm də yalnızca Naxçıvanda bitməklə rəmzi bir anlam kəsb edir. Narbənd ağacı Naxçıvanı iqlim və təbii şəraiti ilə rəmzləşdirən bir ağacdır. Həm də, müəllifin də bəhs etdiyi kimi, bu ağac göbələkşəkilli olmaqla sıx yarpaqları ilə yayda istidən, yağışda islanmaqdan qoruya bilən nadir ağaclardandır. Bu ağacın nəslinin kəsilib tükənməkdə olması müəllifi çox sarsıdır və qayğılandırır. O üzdən müəllif Narbənd ağacının kəsilib soyunun tükədilməsilə bağlı narahatlıqlarını dilə gətirir.“Narbənd ağacına baxdıqca ağıllı, zəhmətkeş babalar yadıma düşür. Onların əkdiyi, indi isə yalnız adı qalmış badam, püstə bağlarını, bir çox üzüm növlərini xatırlayıram”, - deyə Narbənd ağacı timsalında müəllif həm də əməksevər babaların qayğıkeşlik, zəhmətsevərlik, səxavətlilik və qonaqpərvərlik xüsusiyyətlərini ümumiləşdirir. Müəllif Naxçıvanın qədim, əzəmətli, şöhrətli günlərinə, şanlı keçmişinə qayıdır, onun könüllər fəth edən ulu, dəbdəbəli keçən günlərindən danışır:“...bu Nəqşi-cahan şəhəri neçə əsrlər (hətta eralar da deyə bilərəm) bundan əvvəl belə dünyada məşhur imiş. Yaxın və Orta Şərqdən, İran və başqa ölkələrdən Rusiya və Avropaya gedən ticarət karvanlarına Naxçıvan qapı açar, onların yüklərini düşürdüb xırıd edər, özünün bir çox malını, xüsusilə misli-bərabəri olmayan meyvəcatını Avropa və Şərq bazarlarına yola salardı. Dünya ilə geniş əlaqə burda memarlıq, rəssamlıq və poeziyanın inkişafına da təkan verirdi. Naxçıvan memarları özlərinə məxsus abidələr, qalalar, saraylar tikib min illərin imtahanına vermişlər. Rəvayətə görə, ölkələr fəth edən, alınmaz qalalar dağıdan Teymurləng Əlincə qalasında kəskin müqavimətə rast gəlib geri qayıtmışdır. Onlar dünən idi... Babaların dünəni...” . Vaxtilə şeirlərindən birində “Dünənimi döşdən asan deyiləm, Nə qədər ki öz əlimdən yazanım”, - deyə bildirən şair publisistikasındakı bu qeydlərlə də babaların şanlı, şöhrətli dünənini əks etdirsə də, bu günə, o babaların bugünkü nəvələrinin əməllərinə bir az da tənqidi nəzər salmaq istəyir. Dəyişən, inkişaf edən Naxçıvanın öyə-öyə bitməyən müasir halından bəhs edir. Yeni nəsillərin qurub-yaratdıqları şəhərə də gözəl nəzərlərlə baxıb onu vəsf edir. Babaların zəhmətinin yerdə qalmadığını bildirir. “Zaman necə dəyişib, ay baba, indi ayılıb bir saatlığa gəzsən o illərdə gördüyün şəhərin hara köçdüyünü soruşacaqsan”, – deyə Naxçıvanın necə sürət və vüsətlə dəyişdiyini publisist məharətlə ifadə edir. Lakin əsərin sonuna doğru müəllif mədəni gerilikdən, təhsil sahəsindəki nöqsanlardan təəssüflə bəhs edir. 60-cı illərin Naxçıvanında mədəniyyət və təhsil sahəsindəki vəziyyəti təhlil edən müəllif bir ziyalı kimi nöqsanlardan bəhs etməklə bərabər, “necə kömək oluna bilər?” kimi suallar istiqamətində də narahatlıqlarını dilə gətirmişdir. Müəllifin 1967-ci ildə qələmə aldığı “Bəzi “Sizlərə” müraciət” adlı məqaləsində də bu tənqid ruhunu görmək mümkündür. “Hörmətli yoldaşlar! Geoloqlar Naxçıvanı “geoloji muzey” adlandırırlar. Burada hələ torpağın təbii, mineral sərvətləri boldur, həm də relyef geoloji cəhətdən rəngbərəngdir” deyən müəllif bu təbii sərvətlərin əhalinin sosial rifahı üçün istifadə edilməməsindən acıqlı-acıqlı bəhs edir. “Bizim bu günümüz” məqaləsində Naxçıvanın tarixi, mədəniyyəti və müasir inkişafı dilə gətirilərək yenə müasir dönəmlərinin qayğılarından bəhs edir. Müəllif bu publisist məqaləsində də sanki ana yurdun torpağına oxucuları səyahət etdirir: adbaad yazaraq müxtəlif yerləri tanıtdırır, gəzdirir, dolandırır. Bu torpağın yerinə, havasına, suyuna, yaşayışına, qayğılarına üz tutub onunla tanış etdirir: Mirzə Cəlilin “Xatiratım”sayağı “Araz sahilində dünyaya göz açmışam. Araz sahilindən dünyaya baxmışam. Hərdən mənə elə gəlir ki, bu torpaqda hər çayın, hər bulağın dilini bilirəm; hər daşın, hər qayanın tərcümeyi-halına bələdəm. Üçqardaşdan, Kəçəldağdan, Dərələyəz silsiləsindən üzüaşağı – Araza doğru nə qədər “qoşun” çəkmişəm, küləklərlə gizlənpaç, şimşəklərlə çilingağac oynamışam”, - deyə, sözün əsl mənasında, bir Naxçıvan albomu, Naxçıvan salnaməsi, kiçik publisistik avtobioqrafiya (yaxud avtobioqrafik publisistika! – R.Q.), publisistik-etnoqrafik səyahətnamə ortaya qoymuşdur. Burada Naxçıvanın neçə yer-yurd adı – toponimləri özünə yer alıb tanıdılır. Uşaqların oyunlu-ocaqlı keçən həyatından bəhs açmağa fürsət tapır. Həm də uşaqların sevimli oyunlarından olan “Gizlənpaç” və “Çilingağac” oyunlarını xatırladır. Sanki keçmişin – uşaqlıq aləminin canlı bir xatirəsini dilə gətirməklə həm də onu gözlər önünə gətirə biləcək şəkildə təsvir və təəssürat yaradır: budur, balaca, dəcəl Məmməd gözlərini yuman uşağın “açdım, qaç, gizlənpaç” deyən səsindən sonra qaçıb gah bir bir ağac koğuşunda, gah bir qalaxda (heyvan təzəyindən yapılan içi boş bir gümbəzə deyilir – R.Q.), gah bir divar dalında, gah da bir damda gizlənir. Və yaxud budur, balaca, dəcəl Məmməd öz yoldaşları ilə iki, ağacdan düzəldilmiş biri balaca ucları sivrilmiş, bir də nisbətən ondan böyük, çomağa oxşar bir çubuq əllərində meydana gəliblər. Püşk atıb ilk oyunçunu seçiblər. Əlindəki iri çubuqla ucları sivrilmiş kiçik çubuğun yanına vurub göylərə qaldırır, sonra onu göydəcə hədəfləyib güclü bir zərbə ilə daha uzaqlara getməsinə çalışır, uduzan tərəflər isə o çubuğu gətirmək üçün ardınca qaçır və beləcə, çilingağac oynayan uşaqlığın şən, gözəl günlərini dadır, şaqraq gülüşlərini, şirin xatirələrini gələcəyə xatirə olaraq buraxır. Bəli, bunlar bir çox yerlərdə, xüsusilə də günəşi bol, istisi çox, yayı uzun Naxçıvanda ən çox oynanılan sevimli uşaq oyunları idi ki, Məmməd Araz da bir çox əsərlərində bu oyunları xatırlamaqdan doymur, xatırladıqca sanki uşaqlığına, o qayğısız günlərinə qayıdır, sanki gələcəyə bir xatirə-memuar ədəbiyyatı, böyük bir etnoqrafik mənbə buraxmış olur.
Böyük publisistik ustalıqla bir vətənpərvər ziyalı, yazar kimi Məmməd Araz “Mənim Naxçıvanım”, “Arpaçayın aşıb-daşan nəğməsi”, “Dağ çayının nəğməsi”, “Könül nəğməsi” kimi məqalə və ssenarilərində Naxçıvanın qədim tarixindən, mədəniyyətindən bəhs etməklə bərabər diqqəti xüsusilə qurulub yenidən yaranan, inkişaf edən Naxçıvandan, onun həyat tərzi və mədəniyyətindən, bu inkişafda öz ağlı, zəhməti, bacarığı ilə yorulmadan iştirak edən əmək qəhrəmanlarından söhbət açır. İkihissəli sənədli televiziya filminin ssenarisi olan“Mənim Naxçıvanım” adlı məqalədə müəllif yenə Naxçıvanın 5 min illik şəhər mədəniyyəti, onun simvoluna və əzəmət təcəssümünə çevrilən vüqarlı dağlarından – Nəhəcir, İlanlı dağlarından bəhs edir, bu dağların şiş uclarından başlayaraq Araz çayı və dəryaçasına enir:“Kinoobyektiv bizi Dərələyəz silsiləsindən Şahbuz dağlarına, oradan Əbrəqunus və Ordubad dağlarına gətirir. Musiqi güclənir. Yaxınlaşır. Coşqun dağ çayları nərildəyib axır. ...Nəhəcir və İlanlı dağının ətəkləri ilə bir atlı çapır. Dağlar arxasından günəş “bir sicim boyu” qalxıb... Araz vadisi, Araz dəryaçası, Naxçıvan şəhəri aydın görünür”. Burada jurnalistin: “Mənim nəğməmin ilk qonşusu bu çaylar olub. Mənim nəğməm ilk rəngini bu dağlardan alıb. Bu təbii boyalı dağlardan. Ağlım kəsəndən günəşə tərəf at çapmışam (Nəhəcir və İlanlı dağlarının ətəkləri ilə at çapan təkrar görünür). Oradan dünyaya baxmaq istəmişəm” kimi sözlərlə tamaşaçıya müraciəti bizə bu sözlərin avtobioqrafik olaraq Məmməd Arazın özünə aid olduğuna heç bir şübhə yeri buraxmır. Çünki bəhsi açılan bu sözlər bizi dərhal Xalq şairi Məmməd Arazın eyniadlı, “Mən burdan baxıram bütün aləmə” misralı “Mənim Naxçıvanım” başlıqlı şeiri ilə üz-üzə gətirir, müqayisələndirir və qarşılaşdırır.
Bu kinossenaridə ən maraqlı nüanslardan biri xalq yaradıcılığı və el mədəniyyətinə bağlı olan sənətkarın Naxçıvanın mədəni incisi hesab edilən yallılara müraciət etməsi, bu tarixi-mədəni sərvətə səyahət edib onun haqqında bəhs açmasıdır:“İlk dəfə burada o tay-bu tay sözü eşitmişəm. Araz boyunca yallı tutan cavanların sırasına qoşulmaq istəmişəm. İndi buna “Şərur yallı ansamblı” deyirlər. (Ekranda kadr: “Şərur yallısı”) Bir vaxt kəndlərimizdə hamı toylarda belə oynardı. Mənim yaşıdlarım, qırxıncı illər yadınızdadırmı? Onda cəbhəyə gedənlər bu yallı üstündə qəzəbini ovxarlayıb yola düşərdi”.
Məlumdur ki, yallı xalq qrup rəqs oyunları kimi Azərbaycanın Naxçıvan bölgəsinin mədəni sərvəti, incisi hesab edilir. Doğrudan da, Xalq şairi yazmışkən, Naxçıvanın elə bölgəsi, elə toyu-büsatı olmaz ki, camaat yallı tutmasın, xalq öz sevincini, dərdini, kədərini bu həmrəylik, birgəlik rəqsi ilə təzahür etdirməsin. Hətta böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov vaxtilə Naxçıvanda olarkən bu yallıları müşahidə etmiş, onu çox bəyənmiş, nota köçürmüş, onu Naxçıvanın – Şərurun incisi kimi xarakterizə etmişdir. Yallıları Azərbaycan xalqının, Naxçıvan ərazisinin milli-mədəni sərvəti kimi Almaniyada folklor festivalına çıxararaq birincilik əldə edən Əminə Dilbazi də bu xalq qrup rəqs növünün məhz Naxçıvana aid olduğunu, onun bir çox növünün varlığını bildirmişdir. Bu xalq qrup rəqsinin Azərbaycan xalqının Naxçıvan əhalisinin milli-mənəvi sərvəti, mədəni incisi kimi YUNESKO-nun təcili qorunma siyahısına salınması da bu xalqın nə qədər zəngin mənəvi irsə malik olduğundan xəbər verir və qürur doğurur. Yallıların mədəni miras kimi yaşadığı, xalq etnoqrafiyasında vazkeçilməz yer tutduğu ərazilərdən biri də məhz Xalq şairi Məmməd Arazın doğulduğu, gözünü açıb böyüdüyü, boya-başa çatdığı Şahbuz ərazisidr. Milli ziyalı kimi Məmməd Arazın da Naxçıvan mədəni mühiti və sərvətlərindən bəhs edərkən yallıları yada salması, ona xüsusi əhəmiyyət verməsi, haqqında bəhs açması məhz onun Naxçıvan mühitində tutduğu əhəmiyyətli yerdən, bu vətənpərvər ziyalının xalq yaradıcılığı, sənəti, həyat tərzinə bağlılığından irəli gəlir. Özü də diqqət edilsə, Xalq şairi Azərbaycanın o tay-bu tay faciəsini dilə gətirəndən sonra sanki rəmzi məna daşımaq üçün həmrəylik, birlik rəmzi olan yallı qrup rəqsindən bəhs açır, elə bil Azərbaycanın bütövlüyü uğrunda el birliyini nümayiş etdirir.
Məqalənin maraqlı, olduqca da məzmunlu sonluqla bitməsi də diqqətdən yayına bilməz. “Biz ölkəmizin Cənub sərhəddinin, cənub səmasının keşiyindəyik” və yaxud, “Naxçıvana gəlib Şahbuz dağlarından ona baxmasam, bizim olub “bizim olmayan” Ermənistan dağları ilə çiyin-çiyinə oturmasam hesabdan deyil”, - deyə yanıqlı şəkildə dərdini ifadə etməsi oxucunu və ya tamaşaçını da üzüntü, kədər, həsrət içərisində buraxır. Eyni zamanda oyaqlığa səsləyir, mübarizəyə hazırlaşdırır. Artıq iki əsrə yaxın bir dövr ərzində Azərbaycanın ikiyə bölünməsi (1828-ci il Türkmənçay müqaviləsi – R.Q.), yarılanması və yaralanması, Azərbaycanın, Xalq şairinin deyimi ilə desək, o tay-bu taya bölünərək bir ölkənin iki şəkildə adlandırılması, ərazilərinin işğalı üzərində saxta Ermənistan dövlətinin yaradılması ilə bir də başqa bir yara alması, bu yaraların məhz Naxçıvanda daha çox hiss edilməsilə müşaiyət edilən kədər, yara kimi səciyyələnməsi yazıçı ustalığı, məharəti ilə təqdim edilmişdir.
Beləliklə, Məmməd Araz təkcə bədii yaradıcılığında, axan çaylarının, zümzüməli göz yaşıtək duru bulaqlarının, tərtəmiz, al-əlvan, yamyaşıl təbiətinin havası, suyu, səsi, dadı hopmuş şeirlərində deyil, həm də vətəndaşlıq mövqeyinin fəal, mübariz silahına çevrilən publisistikasında da bütün varlığı ilə bağlı olduğu Naxçıvan torpağından bəhs etmiş, onu tərənnüm, vəsf etməkdən doymamış, bir Naxçıvannamə - “Naxçıvan albomu” yaratmışdır. Naxçıvan haqqında yazılmış ən yaxşı yazılar kimi bir Naxçıvannamə adlandırıla biləcək bu əsərlərdə Naxçıvanın keçmişi, bu günü, tarixi, mədəniyyəti, həyat, düşüncə və yaşayış tərzi və s. müxtəlif şəkildə öz əksini tapmışdır.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 218
Bölməyə aid digər xəbərlər

1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR