Bütün xəbərlər
Hayfada 15 yeraltı dayanacaq bomba sığınacağına çevrilib
Tarix: 11-03-2026 20:02 | Bölmə: Karusel


 İsrailin Hayfa şəhərində 15 yeraltı dayanacaq bomba sığınacağına çevrilib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Hayfa Bələdiyyəsinin Fövqəladə Hallara Hazırlıq Departamentinin rəhbəri Leonid Reznik "Vesti" Xəbər Agentliyinə bildirib.
Onun sözlərinə görə, insanlar çölə çıxmağa icazə verilənə qədər bomba sığınacaqlarında qalırlar. Reznik qeyd edib ki, axşama qədər sığınacaqlar dolub.
İnsanlar demək olar ki, bütün bomba sığınacaqlarına köçüblər. Həmçinin, hazırda bomba sığınacağı kimi istifadə edilən 15 yeraltı dayanacaq açmışıq... Bunlar aşağı, sıfırdan aşağı mərtəbələrdə yerləşir.
Daha əvvəl Hayfa şəhərinin fövqəladə hallara hazırlıq şöbəsinin rəhbəri İranın atəşə tutulması ilə əlaqədar şəhərdəki mövcud vəziyyət barədə danışmışdı.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər