22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir
Tarix: 07-03-2026 15:23 | Bölmə: Sosial

Bu gün Azərbaycanda qadın siyasəti uğurla davam etdirilir və daha da inkişaf etdirilir
Dünyanın bir çox ölkələrində qeyd olunan Beynəlxalq Qadınlar Günü Azərbaycanda da xüsusi ehtiram və diqqətlə qeyd olunur. 8 Mart ölkəmizdə rəsmi bayram günü kimi təsis edilmiş və dövlət səviyyəsində qeyd edilən əlamətdar günlərdən biridir. Bu bayram Azərbaycan qadınlarının cəmiyyətin inkişafında oynadığı mühüm rolu bir daha vurğulayır, onların əməyinə və xidmətlərinə verilən yüksək dəyərin ifadəsinə çevrilir. Qadınların xidmətlərinin belə yüksək səviyyədə qiymətləndirilməsi həm də gənc nəslə böyük stimul verir. Bu, cəmiyyətdə qadınların fəallığının artmasına, onların elmə, təhsilə və ictimai fəaliyyətə daha çox maraq göstərməsinə şərait yaradır. Belə mükafatlar həm də qadınların gələcək fəaliyyətləri üçün böyük motivasiya rolunu oynayır. Eyni zamanda 8 Mart bayramı münasibətilə ölkənin müxtəlif bölgələrində mədəni tədbirlər, konsert proqramları, sərgilər və ictimai görüşlər təşkil olunur. Bu tədbirlərdə qadınların cəmiyyətin inkişafındakı rolu, onların əldə etdiyi nailiyyətlər və gələcək perspektivləri haqqında geniş müzakirələr aparılır. Məktəblərdə, universitetlərdə və müxtəlif təşkilatlarda keçirilən tədbirlər qadınlara olan hörmət və ehtiramın daha da gücləndirilməsinə xidmət edir. Azərbaycan dövlətinin qadın siyasəti qadınların hüquqlarının qorunmasına, onların cəmiyyətdə fəal iştirakının təmin edilməsinə və sosial rifahının yüksəldilməsinə yönəlib. Bu siyasətin nəticəsi olaraq qadınlar dövlət idarəçiliyində, parlamentdə, elmi və ictimai fəaliyyət sahələrində mühüm mövqelərə sahibdirlər.
Sovet dövründə və daha sonra müstəqillik illərində Heydər Əliyevin rəhbərliyi ilə qadınların sosial-siyasi həyatdakı rolunun artırılması istiqamətində mühüm addımlar atılmışdır. Qadınların təhsil alması, rəhbər vəzifələrdə çalışması və ictimai fəaliyyətə cəlb olunması üçün geniş imkanlar yaradılmışdır. Bu siyasət nəticəsində ölkədə çoxlu sayda savadlı və peşəkar qadın kadrlar yetişmişdir. Müstəqil Azərbaycan dövlətinin qurulmasından sonra da qadın siyasəti dövlətin əsas prioritetlərindən biri kimi müəyyən edilmişdir. Ulu Öndər qadınların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətdə rolunun artırılması istiqamətində mühüm qərarlar qəbul etmişdir. Bu siyasət Azərbaycan qadınlarının ictimai və siyasi proseslərdə fəal iştirakına geniş şərait yaratmışdır.
1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ölkədə qadın siyasətinin həyata keçirilməsi baxımından mühüm addım olmuşdur. Bu qurum qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və qadınların cəmiyyət həyatında fəallığının artırılması istiqamətində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edir. Ulu Öndər qadın şəxsiyyətinə böyük hörmətlə yanaşır, Azərbaycan qadınının zəhmətkeşliyini, sədaqətini və mənəvi gücünü yüksək qiymətləndirirdi. O, müxtəlif çıxışlarında Azərbaycan qadınlarının tarix boyu cəmiyyətin inkişafına böyük töhfələr verdiyini qeyd edir və onların bu ənənəni davam etdirməsinin vacibliyini vurğulayırdı. Heydər Əliyevin fikrincə, qadınların güclü mövqeyə sahib olduğu cəmiyyət daha dayanıqlı və inkişaf etmiş cəmiyyət olur. Bu siyasətin nəticəsi olaraq Azərbaycan qadınları dövlət idarəçiliyində, parlamentdə, diplomatiyada, elm və təhsil sahələrində mühüm mövqelər tutmağa başlamışdır. Onlar ölkənin sosial-iqtisadi inkişafında və milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayırlar.
Bu gün Azərbaycanda qadın siyasəti uğurla davam etdirilir və daha da inkişaf etdirilir. Bu siyasətin davam etdirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti mühüm rol oynayır. Eyni zamanda ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi humanitar və ictimai layihələr Azərbaycan qadınının cəmiyyətdəki nüfuzunun daha da artmasına xidmət edir.
Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan dövlətinin “yumşaq güc” siyasətinin mühüm elementlərindən biri kimi qiymətləndirilir. Humanitar layihələr, mədəniyyətlərarası dialoqu təşviq edən təşəbbüslər və xeyriyyəçilik tədbirləri vasitəsilə Azərbaycan dünyada daha yaxından tanınır və yeni dostlar qazanır. Bu layihələr müxtəlif qitələri və ölkələri əhatə edərək ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Xüsusilə mədəniyyət sahəsində həyata keçirilən layihələr Azərbaycan irsinin dünyada təbliği baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın zəngin mədəniyyəti, musiqisi, ədəbiyyatı və incəsənəti beynəlxalq tədbirlər və layihələr vasitəsilə geniş auditoriyaya təqdim olunur. Bu fəaliyyət nəticəsində Azərbaycan dünya mədəniyyət məkanında daha fəal və tanınan ölkələrdən birinə çevrilmişdir. Bununla yanaşı, Mehriban Əliyeva ölkənin sosial problemlərinin həllinə də xüsusi diqqət yetirir. Onun təşəbbüsü ilə həyata keçirilən xeyriyyə aksiyaları aztəminatlı ailələrə, uşaqlara, şəhid ailələrinə və digər sosial qruplara dəstək göstərilməsinə yönəlmişdir. Bu fəaliyyət Azərbaycan qadınının mərhəmət, humanizm və yüksək mənəvi dəyərlərə malik olduğunu nümayiş etdirir.
Son illərdə ölkəmizdə rəqəmsal transformasiya və innovasiya siyasətinin inkişafı da dövlət prioritetlərindən birinə çevrilmişdir. Bu istiqamətdə mühüm addımlardan biri 27 fevral 2026-cı ildə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması olmuşdur. Bu quruma rəhbərlik də Mehriban Əliyevaya həvalə edilmişdir. Şuranın əsas məqsədi ölkədə rəqəmsallaşma prosesinin sürətləndirilməsi, elektron hökumət sisteminin inkişafı, süni intellekt və innovasiya sahələrinin genişləndirilməsi, eləcə də milli texnoloji potensialın gücləndirilməsidir. Bu təşəbbüs Azərbaycanın gələcək inkişaf modelində innovasiya və texnologiyanın mühüm rol oynadığını göstərir. Rəqəmsal iqtisadiyyatın inkişafı, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi və rəqəmsal suverenliyin gücləndirilməsi ölkənin strateji hədəfləri sırasında yer alır.
Ümumilikdə, Mehriban Əliyevanın fəaliyyəti müasir Azərbaycan qadınının gücünü, intellektual potensialını və humanist dəyərlərini nümayiş etdirən parlaq nümunədir. Onun həyata keçirdiyi layihələr yalnız ölkənin inkişafına xidmət etmir, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə böyük töhfə verir. Mehriban xanım Əliyevanın dövlətçilik, humanizm və mədəni diplomatiya sahəsində gördüyü işlər Azərbaycan qadınının cəmiyyətdəki rolunun nə qədər yüksək və əhəmiyyətli olduğunu bir daha sübut edir. Bu fəaliyyət gələcək nəsillər üçün də nümunəvi bir model kimi qiymətləndirilir. Beynəlxalq Qadınlar Günü Azərbaycanda yalnız bayram xarakteri daşımır, həm də qadınların cəmiyyətin inkişafındakı rolunun dövlət səviyyəsində qiymətləndirildiyini göstərən mühüm gündür. Hər il qadınlara verilən fəxri adlar, orden və medallar onların zəhmətinin və fədakarlığının yüksək qiymətləndirildiyini bir daha sübut edir. Bu bayram Azərbaycan qadınının cəmiyyətdəki nüfuzunu, gücünü və mənəvi dəyərlərini əks etdirən əlamətdar gün kimi ölkəmizdə böyük sevgi və hörmətlə qeyd olunur.
Rüstəmova Aybəniz Vilayət qızı,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 510
Bölməyə aid digər xəbərlər

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi